Monica Bellucci

Monica Bellucci
Xəbərlər
10.09.2017 9

 Monika Bellucci – İtaliyanın ən məhşur model və aktrisadır.



Monika 30 sentyabr 1964-çü ildə İtaliyanın Citta-di-Kastello şəhərində dünyaya göz açıb. Ailəsinin kasıb olmasına baxmayaraq, valideynləri Monikanın bütün ehtiyaclarını qarşılamağa çalışırdılar.
Gənc yaşlarından gözəlliyi ilə hamını heyran edirdi. Məktəbdə qızlarların Monikadan zəhləsi gedirdi. Çünki, o gələndə oğlanların fikri onun üzərində cəmləşirdi.
Hamı Monikanın model kimi görürdü. Lakin, onun arzusu hüquqşünas olmaq idi. 1986-cı ildə Perudji Universitetinin hüquq fakültəsinə daxil olan Monika öz arzusuna çatır.
Müstəqil şəkildə yaşamaq və maddi ehtiyaclarını ödəmək  üçün unversitetin 1-ci kursundan model kimi işləyir. Model biznesində bir sıra uğurlar əldə edir.
Bir müddət sonra məşhur modelyerlər "Dolce & Gabbana” Monikanı İtaliyanın ən yaxşı model agentliyi olan "Elit”-ə dəvət edirlər. Bu dəvət onun həyatının dönüş nöqtəsi olur. Monika karyerasında uğur əldə etmək üçün təhsilini yarımçıq qoyur. Model biznesində ən yüksək zirvələri fəth edir.

1990-cı ildən sonra özünü aktrisa kimi sınayır. Bir neçə kinoda epizodik rolda çəkilir. Monikanı aktrisa kimi məşhurlaşdıran kino 1992-ci ildə çəkildiyi "Drakula” (rejisor: F.F. Koppola) filmi oldu. Monika Drakulanın arvadını canlandırırdı. Oynadığı rol o qədər uğurlu alındı ki, Avropadan, Amerikadan mütəlif janrda filmlərə çəkilmək üçün təkliflər gəldi. 1996-cı ildə "Mənzil” filimindəki Liza roluna görə "Sezar” mükafatını(Fransız oskarı) aldı.
Monika Belluccinin rol aldığı kinoların bəzilərinin siyahısı ilə tanış olun:
Drakula (1992)

Mənzil (1996)

Doberman

Stress(1997)

Malena(2000)

Asteriks və Abeliks: Kleopatra missiyası

Dönməzlik

Matrix Reloaded

Matrix Revolutions

Xristovun ehtirası (The Passion of the Christ - Mel Gibson)

Məxfi agentlər

Qrimm Qardaşları

Monika Bellucci evlidir, bir qızı var. Onun həyat yoldaşı məşhur fransız aktyoru Vinsen Kasseldir. Monika Vinsenlə  ”Mənzil” , "Doberman” ,  ”Dönməzlik” və s. kimi filmlərə birlikdə çəkiliblər.

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!