“Arvadından qorxaraq aşiq olduğu tələbəsini öldürdü” [olmuş hadisə]

“Arvadından qorxaraq aşiq olduğu tələbəsini öldürdü” [olmuş hadisə]
Xəbərlər
10.09.2017 39

 
23 yaşında qızını itirən ana övladının taleyini danışır.
Əsmər
18 yaşında ailə qurur. Yaşadığı Bakı şəhərindən köçüb ər evinə rayona
gəlir. 1 il sonra qızı Aydan doğulur. Ailənin sevinci birə beş artır. Bu
sevinc uzun çəkmir. Ailə başçısı Xalid işlədiyi işıq idarəsində qəzaya
düşür, yanaraq dünyasını dəyişir. Əsmər bir müddət özünə gələ bilmir.
Qızını da götürüb Bakıya valideynlərinin yanına qayıdır. Anasının köməyi
ilə qızını böyüdür. Bütün ömrünü yeganə övladı, ərinin yadigarı Aydana
həsr edir. Aydan məktəbə getdikdən sonra isə bütün diqqətini onun yaxşı
oxumağına sərf edir. Aydan orta məktəbi əla qiymətlərlə bitirib hüquq
fakültəsinə daxil olur. Ən böyük arzusu isə universiteti bitirdikdən
sonra elmi dərəcə almaq olur. 3-cü kursu bitirdikdən sonra yay tətilində
Fərid adlı oğlanla tanış olur. Ailələrin də razılığı ilə gənclər ailə
qurmağa qərar verirlər.
Əsmər xanım deyir ki, Fəridi ilk gördüyü
andaca qızına layiq ər olacağını anlayıb: "O həm yaraşıqlı, həm
təhsilli, həm də mədəni oğlan idi. Qızım da onu çox sevirdi. Ailə
qurduqdan sonra Fəridin atasının aldığı iki otaqlı mənzildə gənclər tək
yaşayacaqdılar. Çox sevinirdim. Çünki hər şey hamının ürəyincə idi.
Atasız, əziyyətlə böyütdüyüm qızımın xoşbəxt ailəsi olacaqdı”.
Toy
çox təmtəraqlı keçir. Fəridin atası yeganə övladı üçün yaxşı toy edir.
Toydan sonra gənclər onlar üçün alınmış evdə yaşayırlar.
Təhsilini
davam etdirən Aydan gününün çox hissəsini universitetdə, kitabxanada
keçirir. Fərid isə işlədiyi firmadan evə qayıtdıqdan sonra ev işləri ilə
məşğul olur. Aydan universiteti bitirdikdən sonra magistr imtahanlarına
hazırlaşır. Kitabxana və universitetdə keçirdiyi vaxt getdikcə artmağa
başlayır. Gənc ailə bir yerdə daha az vaxt keçirməyə başlayır. Fərid ilk
vaxtlar Aydanın təhsilini davam etdirməyinə mane olmamaq üçün heç nə
demir. Lakin Aydan getdikcə evə daha gec gəlməyə başlayır. Fərid Aydanla
açıq söhbət etmək qərarına gəlir. Onların gənc ailə olduqlarını, bir
yerdə daha çox vaxt keçirə bilməmələrindən narahat olduğunu deyir.
Aydana imtahanları verdikdən sonra Türkiyəyə yay tətilinə gedib
istirahət etməyi təklif edir.
Aydan imtahanları uğurla verib
magistraturaya daxil olur. İş elə gətirir ki, Fərid xarici pasport
almağa gecikir. Aydan isə çox yorulduğunu, istirahətə ehtiyacı olduğunu
bəhanə edib Fəridin pasport almasını gözləmədən rəfiqəsi ilə Türkiyəyə
istirahətə gedir. Fərid yenə də ailə münasibətlərini korlamaq istəmir.
İstirahətdə
olduqları zaman Aydanın rəfiqəsi sosial şəbəkələrdə Türkiyədə çəkilmiş
fotoları paylaşır. Fərid fotoların birində çimərlik geyimində olan
arvadını qucaqlayan əl görür. Şəkildəki əlin sahibinin bütünlükdə bədəni
isə fotoda görünmür. Aydan Türkiyədən qayıtdıqdan sonra onların
arasında mübahisə başlayır. Fərid Aydana həmin əlin sahibin kim olduğunu
soruşur. Aydan cavab verməkdən imtina edir. Toydan bir müddət sonra
Fəridə, evlərinə qarşı tamamilə soyuyan Aydan Fəridə son qərarını deyir.
Aydan Fəriddən boşanmaq istədiyini, onu yersiz sorğu-sualların təngə
gətirdiyini deyir. O, davanın səhəri günü evdən çıxanda Fəridə bir də
gəlməyəcəyini deyib çıxır. Fərid isə Aydanın sözünü ciddi qəbul etmir.
Axşam dərsdən sonra mütləq evə qayıdacağını düşünür.
İşdən sonra
Fərid qaynanası Əsmərin evinə gedir. Qızı Aydanla aralarında
problemlərinin olduğunu, Aydanın ona qarşı soyuduğunu, evlə
maraqlanmadığını deyir. Əsmərə qızının ayrılacağını deyəndə qadın
ağlamağa başlayır. O, qızının hansı səbəbdən bu qədər dəyişdiyini
anlamaq istəyir. Çünki Aydan uzun müddət idi ki, anasını da görməyə
getmirdi.
Kürəkəni gedəndən sonra Əsmər özünü ələ alıb qızının
mobil telefonuna zəng edir. Onunla danışmaq istədiyini deyir. Qızı isə
söz verir ki, axşam dərsdən çıxıb anasıgilə gələcək. Əsmər Fəridə zəng
edib onu sakitləşdirir. Qızı ilə danışdığını, onu fikrindən
daşındıracağına söz verir. Əsmər Aydanın bu gecə evə gəlməyəcəyini,
onunla qalacağını Fəridə xəbər verir.
Əsmər qızını gecə saat 11-ə
qədər gözləyir. 11-dən sonra narahatlığı çoxalmağa başlayır. Qızı
gəlmir ki, gəlmir. Kürəkəninə zəng edib Aydanın öz evinə gəlib
gəlmədiyini soruşur. Fərid onun evə gəlmədiyini, telefonuna isə zəng
çatmadığını deyir. Narahat ər qayınanasının evinə gedir. Səhərə qədər
yaxın əraziləri, qohumların, tanışların evlərini axtarırlar. Əlacsız
qalıb polisə xəbər verirlər. Polis axtarışa universitetdən başlayır.
Universitetə gedib Aydanın dərsdə olub olmadığını yoxlamaq üçün
fakultənin dekanlığına gedirlər. Dekanlıqda rəhbər işçilərdən birinin
otaqda gərgin halda var-gəl etdiyini, polisi görən kimi stolun üstündəki
qadın çantasını gizlətməyə cəhd elədiyini görürlər. Fərid stolun
üstündəkinin Aydanın çantası olduğunu deyir. Polis sorğu-suala başlayır.
Dekanlığın işçisi özünü itirir. Və... Hər şeyi etiraf edir.
Gözləri
yuxusuzluqdan şişmiş, yaşı qırxı haqlamış adam Aydanı son dəfə
gördüyünü etiraf edir. Polis Aydanın izinə düşdüyündən əmin olur.
A-nın
42 yaşı var. Yaraşıqlı, mədəni insandır. Evlidir. İki övladı var.
Universitetdə demək olar ki, bütün tələbə qızlar həmişə ona diqqət
yetirib. Onun isə gözü həmişə uzun qara saçları, parlaq gözləri olan
Aydanda olub. Dediyinə görə münasibətlərinin başlanmasına səbən Aydan
özü olub. Axşam saatlarına qədər qalıb Aydanı imtahanlara hazırlaşdırmaq
təklifini isə o veribmiş. Aydanın evli olduğunu öyrəndikdən sonra isə
münasibətləri kəsmək istəyib. Aydan buna qəti etiraz edib. Ərini
sevmədiyini, ayrılmaq istədiyini deyib. Bir müddət sonra isə Aydanı dəli
kimi sevdiyini anlayıb. Yay tətilinə Türkiyəyə isə Aydanla birgə gedən
də məhz A olub. Bu təklif isə Aydandan gəlib. O, tətilə əri ilə getmək
istəmədiyini, A ilə getmək istədiyini deyib.
Münasibətlər
yaxınlaşdıqca Aydan A-nı qısqanmağa başlayıb. Dəfələrlə universitetdə
hansısa tələbə qıza qısqandığı üçün böyük davalar salıb. A yenə
münasibətləri bərpa edib.
Son gecə isə belə olub: Əri ilə
ayrılmaq qərarına gələn Aydan A-nın yanına gəlib əri ilə ayrıldığını,
onunla yaşamaq istədiyini deyib. A isə birgə tutduqları evə yalnız günün
müəyyən vaxtlarında gəlib gedə biləcəyini, ailəli olduğunu deyib. Aydan
isə ondan arvadından boşanmağı tələb edib. Mübahisə universitetdən
kənarda davam etməyə başlayıb. Oturduqları kafedə Aydanı sakitləşdirə
bilmədiyini görən A onu maşına oturub yola çıxıb. Aydan A-nı yolboyu ona
xəyanət etdiyini, başqa qadınlarla da görüşdüyünü iddia edib.
Daha
sonra bu gecə onunla qalmağa məcbur olduğunu, ona görə ailəsindən
ayrıldığını deyən Aydan ondan da boşanmağı tələb edib. A deyir ki, özünü
maksimum sakitləşdirməyə çalışsa da, Aydan buna imkan verməyib. Yolboyu
Aydan dəfələrlə ona şillə vurub. Aydana şəhərə qayıdıb onu ya anasının
evinə, ya da birgə tutduqları evə aparmağı təklif edib. Aydanın ərindən
boşanmasına səbəb isə onun olmadığını deyib. Məhz bu cümlə Aydanı dəli
vəziyyətinə çatdırıb. A-nın əlindən telefonunu alıb arvadına zəng edib
aralarında bütün olanları deməyə cəhd edib. Maşının içində əlbəyaxa olan
gizlin aşiqlər bir-birlərini döyməyə başlayıblar.
A məhkəmə
ifadələrində bildirir ki, maşını həmin vaxt dəniz qırağı ilə sürürmüş.
Maşından düşüb Aydanla kənarda söhbət etmək istəyib. Aydan maşından
düşən kimi yerdən daş götürüb ona vurmaq istəyib. Əlindən alıb kənara
atsa da hiddəti keçməyib. Aydanı maşının baqaj tərəfini açıb ora soxmaq
istəyib ki, qorxub sakitləşsin. Baqaj tərəfdə üz nahiyəsində hematoma
yarandığı üçün Aydan A-nı təhqir etməyə başlayıb. A-nı səbr kasası
dolub. Maşının baqajında əlinə keçən dəmir parçasını Aydanın başına
çırpıb. Qızcığaz o andaca keçinib.
İlkin istintaq zamanı hər şeyi etiraf edən A Aydanın hələ də maşının baqajında olduğunu deyib.
Gecə
saatlarında şəhəri ələk-vələk edən ana və ər ağıllarına da gətirə
bilməzdilər ki, qızları öldürülərək maşının baqajına qoyulub. Həmin
maşının saxlanıldığı ərazidən isə onlar dəfələrlə keçiblər.
Fakt üzrə cinayət işi açılıb. Cinayət Məcəlləsinin Maddə 120. – ə (Qəsdən adam öldürmə
120.1. Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə —
yeddi
ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.)
görə A-ya 12 il müddətində azadlıqdan məhrumetmə cəzası kəsilib.
A
–nın vəkili isə müvəkkilinin cinayət zamanı affekt halında olması ilə
bağlı vəsatət qaldırsa da, vəsatət qəbul edilmir. Onun affekt
vəziyyətində olması öz təsdiqini tapmır.
Əsmər yeganə övladının
qətlindən sonra özünə gələ bilmir. Kürəkəni Fəridin düşdüyü depressiya
isə onun psixoloji pozuntu yaşaması ilə nəticələnir. Əsmər gününün
yarısını qızının qəbrinin başında keçirir. O deyir ki, qızının
yaşadıqlarına, həyatını itirməsinə, kürəkəninin çəkdiyi əziyyətlərə,
onun göz yaşlarına yeganə səbəb A-dır. O, qızını yoldan çıxarmasaydı,
Aydan kimi ciddi və məsuliyyətli qız ərinə xəyanət etməzdi, ayrılmaq
qərarına gəlməzdi.
Əziz "Taleyin şəkli” oxucusu, gənclik insan
həyatına verilmiş nemətdir. O, nemət ki, heç nə ilə əvəz etmək olmur.
Gənclik xoşbəxtlikdir, saflıqdır. Ancaq gənclik bütün səhvlərə haqq
qazandırırmı? Səhvsiz gənclik arzusu ilə... // Publika

 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!