“Məktəbli qızları yaşlı kişilər bu xəstəliyə yoluxdurur“ - AİDS dəhşəti

“Məktəbli qızları yaşlı kişilər bu xəstəliyə yoluxdurur“ - AİDS dəhşəti
Xəbərlər
10.09.2017 53
Cənubi Afrikada Respublikasında orta məktəb yaşlı qızlar arasında AİDS xəstəliyinə yoluxma halları dəhşətli dərəcədə artıb.



Qadinlar.Biz-in xəbərinə görə, orta məktəbdə oxuyan hər 100 qızdan 28-i AİDS xəstəliyinə yol açan HİV daşıyıcısıdır.



Cənubi
Afrika Respublikasının səhiyyə naziri Motsoaledi qızlar arasında AİDS-ə
yoluxanların sayının bu qədər çox olmasından şoka düşdüklərini
bildirib. Nazir oğlanlar arasında isə hər 100 nəfərdən 4-nün HİV
daşıyıcısı olduğunu deyib: "Qızlarla əlaqəyə girənlərin oğlan şagirdlər
olmadığı bəllidir. Qızlarla yaşlı kişilər əlaqəyə girir və onları bu
xəstəliyə yoluxdururlar. Bu cür yaşa bilmərik. Qızların pul qarşılığında
yaşlı kişilərlə cinsi əlaqəyə girməsinin qarşısı alınmalıdır.



Qeyd
edək ki, 2011-ci ildə Cənubi Afrikada ən kiçiyi 10 yaşlı olmaqla 94 min
qız hamilə qalıb. Onlardan 77 mini abort etdirib. 50 milyon əhalisi
olan Cənubi Afrikada 6 milyon nəfər HİV daşıyıcısıdır. 2012-ci ildə
ölkədə 260 min nəfər AİDS-dən dünyasını dəyişib.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!