15 yaşlı qızına təcavüz edilən ata qeyri-adi yola əl atdı

15 yaşlı qızına təcavüz edilən ata qeyri-adi yola əl atdı
Xəbərlər
10.09.2017 31
Türkiyənin Dənizli şəhərində 15 yaşlı qızının öz qohumu
tərəfindən təcavüzə məruz qaldığını deyən ata şübhəli şəxsin layiqli
cəza alması üçün qeyri-adi yola əl atıb.


Qadinlar.Biz-in
xəbərinə görə, ata sosial şəbəkələrdə "Qızım üçün ədalət istəyirəm"
başlığı altında imzatoplama kampaniyası başladıb.

Bir çox məşhur
sənətçi və jurnalistlərin də qatıldığı kampaniyadan sonra Türkiyənin
Ailə və Sosial siyasət naziri Fatma Şahin məsələyə müdaxilə edib. Rəsmi
Twitter səhifəsində açıqlama yayan nazir bu işlə ciddi məşğul olacağını
deyib: "Artıq qızımız dövlət tərəfində qorunacaq. Biz axıra qədər bu
hadisənin üstünə gedəcəyik".

İnternetdə
http://imza.la/tecavuze-ugrayan-kizim-icin-adalet-istiyorum başlığı ilə
başladılan imzatoplama kampaniyasına 12 min insan dəstək verib.
Kampaniyanın olduqca uğurlu keçdiyini deyən ata Əhməd İ. deyib ki,
yüzlərlə insan ona zəng edərək dəstək olub: "Qızımın kampaniyasına 12
min insan qoşulub. Ədalət üçün verilən bu dəstək məni çox sevindirdi.
Qızıma əzab verən o insanın lazımi cəza alması üçün axıra qədər mübarizə
aparacam".
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!