Rəfiqəsi sevgilisini, sonra da ərini əlindən aldı

Rəfiqəsi sevgilisini, sonra da ərini əlindən aldı
Xəbərlər
10.09.2017 24
Cəmilə 1974-cü ildə Şəki şəhərində
dünyaya gəlib. Ailənin yeganə qız övladı olduğu üçün üzərində həmişə
ciddi nəzarət olub. Özündən yaşca böyük olan qardaşları onun dərsləri və
tərbiyəsi ilə ciddi məşğul olub. 

Orta
məktəb illərindən məhəllənin tanınıb seçilən ailələrinin birinin övladı
olan Şaban adlı oğlanla bir-birilərini gizli sevirlər. Cəmilə
qardaşlarının qorxusundan heç vaxt dərsdən kənarda Şabanla görüşüb
söhbət edə bilmir. Doqquzuncu sinifdən məktublaşmağa başlayırlar. Bütün
məktəb və məhəllə onların sevgisindən xəbər tutur. 
Cəmiləgilin qonşuluğunda yaşayan Gülnarə adlı rəfiqəsi isə Cəmilənin Şabana yazdığı məktubları daşıyır. 

Gülnarə
ilə Cəmilə qonşuluqda böyüsələr də, ailələrin bir-birilərinə münasibəti
yaxşı olmur. Gülnarənin anası və özü haqqında ətrafda pis fikirlər
dolaşdığına görə Cəmilənin qardaşları Gülnarə ilə bacılarının
rəfiqəliyinə qadağa qoyurlar. Beləliklə, Şabanla Cəmilənin məktublarının
arası kəsilir. 

Cəmilə
ilə Şaban məktəbi bitirdikdən sonra ali məktəbə daxil olurlar. İkisi də
Bakıya ali təhsil almağa gəlsələr də, münasibətlər tamamilə kəsilir.
Üçüncü kursun sonunda Cəmilə Bakıdan Şəkiyə qayıdanda Şabanla Gülnarənin
nişanlandığını eşidir. O, eşitdiklərinə inana bilmir. Gülnarə
məhəllənin ən çirkin və haqqında müxtəlif söz-söhbət dolaşan qızı və
onun rəfiqəsi idi. Şaban isə imkanlı ailənin yaraşıqlı oğlu və onun
sevdiyi insan idi. Gülnarə Cəmilə ilə Şabanın sevgisindən həmişə
xəbərdar olmasına baxmayaraq Şabanla nişanlanıb.

Şəkidə söz-söhbət yayılmağa başlayır. Gülnarə Şabandan hamilədir. Şaban bu səbəbdən onunla evlənməyə məcbur qalıb. 

Cəmilənin
ürəyi sınır. Anası Cəmilənin halından xəbərdar olduğu üçün universiteti
bitirənə qədər dayısıgildə qalıb Şəkiyə qayıtmamağı xahiş edir. 
Cəmilə iki il sevdiyi insanın və rəfiqəsinin xəyanətini unuda bilmir. Əsəbləri korlanır, təhsildən geri qalır. 

Universiteti
bitirdikdən sonra Cəmilə Şəkiyə qayıdıb ixtisası üzrə orta məktəbdə
dərs deməyə başlayır. Ara-sıra Gülnarə ilə Şabanı görsə də, fikir
verməməyə çalışır. Bu müddətdə ona bir neçə oğlan elçi göndərsə də,
təklifi qəbul etmir. Günlərlə üzündə gülüş görünmür. 
Rusiyada
yaşayan xalası oğlu ona evlilik təklif edir. Sırf ölkədən  çıxıb hər
şeyi unutmaq üçün təklifi qəbul edir. Toydan sonra gənc ailə Rusiyaya
yola düşür. 

İki
ildən sonra Cəmilənin əkiz övladı dünyaya gəlir. Yaxşı gedən ər-arvad
münasibətləri daha da möhkəmlənir. Cəmilə zamanla Gülnarəni və Şabanı
unudur. 
10 ilə yaxın müddət
keçir. Şabanla Gülnarənin boşandığını, Gülnarənin uşaqları Şabana verib
ərə getdiyini eşidir. Keçmiş xatirələri gözündə yenidən canlanır. Bu
müddətdə onun ürəyində sevgi yox, kin və qınaq hissi qalır. İllərlə
ürəyində Şabana cavabsız suallar verir. 
10 il sonra Şabanla ilk dəfə, öz evində üz-üzə gəlir...

Rusiyada
iş axtarmağa gələn Şabanı həyat yoldaşı qonşu kimi evlərinə dəvət edir.
Şaban Cəmilənin evində olduğu müddətdə bircə dəfə də Cəmilənin üzünə
baxa bilmir. Öz evində Şabanla qarşılaşacağını düşünməyən Cəmilə şoka
düşür. 

Şaban Cəmilənin ərinə başına gələnləri nəql edir:
"Məhəllədən
bir qızı sevirdim. Aramızda məktub aparıb-gətirən bir qız
münasibətlərimizi korladı. Hər dəfə mənə məktub gətirəndə deyirdi ki,
guya məktubun eynisindən sevdiyim qız başqa oğlanlara da yazıb göndərir.
Özünü mələk kimi göstərib guya məni xilas etdi. Bakıda oxuduğum vaxt
bir gün universitetdə Şəkidən bir nəfərin gəlib məni gözlədiyini
dedilər. Həmin məktub gətirən qız idi. Bakıya qonaq gəldiyini, gəldiyi
evin sahiblərinin evdə olmadığını, gedəcək yerinin olmamasını dedi.
Məcbur qalıb onu yaşadığım evə apardım. Gecə mənimlə qaldı...

İki ay sonra Şəkiyə qayıdanda isə mənə dedi ki, hamilədir. Onunla evlənməli oldum”.
Cəmilə
Şabanı eşitsə də, onu yanıltdığı üçün ürəyindəki kin keçmir. Onların
xoşbəxt olmamasının səbəbini isə ürəyindəki kinə bağlayır. 

Şaban
bir il Rusiyada yaşayır. Rusiyada gəncliyindən bəri əziyyət çəkdiyi
revmatizm və diabet xəstəliyi şiddətlənir. Ayağı kəsilir. Şabana
qohumları sahib çıxmır. Uşaqları isə uşaq evinə verilir. Şabana
Cəmilənin əri baxıcı tutur. Şaban min bir zillətlə dünyasını dəyişir. 
Vaxtilə sevdiyi insan onun əllərində canını tapşırır. Bu şokdan sonra Cəmilə bir müddət özünə gələ bilmir. 

Şabanın cənazəsini Cəmilənin əri Şəkiyə gətirib özü dəfn edir.
Dəfnə
Gülnarə də gəlir. Cəmilə özünü ələ alıb Gülnarəyə başsağlığı vermək
istəyir. Gülnarə ikinci pisliyi edir: Cəmilənin ərinin yanında ona
"Ərimin meyitindən də əl çəkmədin” deyir. Söhbəti anlamağa çalışan
Cəmilənin əri uzun müddət aldadıldığını düşünür. Gülnarə ona Şabanla
Cəmilənin vaxtı ilə sevgili olduqlarını, Cəmilənin nişanlı olduqları
zaman onları ayırmaq istədiyini deyir. Cəmilə ilə ərinin həmin gündən
münasibəti korlanır. Ər-arvad arasındakı yaxşı münasibət, inam, sevgi
yoxa çıxır.

Cəmilənin
əri içkiyə qurşanır. Arvadını keçmiş sevgilisi ilə münasibətlərini ona
demədiyi üçün bağışlaya bilmir. Dəfndən sonra ərinin tez-tez Şəkiyə
getməsi ona qəribə gəlir. Cəmilənin bacısı bir müddət sonra telefonla
Cəmiləyə dəhşətli xəbəri verir. Onun əri Gülnarə ilə ona xəyanət edir.

Cəmiləni dəhşət bürüyür. Keçmiş rəfiqəsi sevgilisini əlindən almaqla qalmamış, onun əri ilə də iyrənc münasibət yaşayırmış. 
Onların
münasibətləri bir daha bərpa olmur. Cəmilə ərindən boşanır. Uşaqları
ilə Şəkiyə qayıdır. Gülnarə isə onun əri ilə Rusiyaya köçür. 

Cəmilə
əkizləri özü böyüdüb boya-başa çatdırır. Həyatındakı dəhşətlərin
səbəbini isə özünü bilir. Özünün lazımsız səbri, təmkini, kinsizliyi
onun həyatını alt-üst edir. 
Cəmilə
övladları ilə indi xoşbəxtdir. Əri isə Gülnarə ilə yaşadığı müddətdə
mübahisə nəticəsində cinayət törətdiyi üçün həbsdədir. 

Taleyi, bəlkə də qonşu qızı, özünə rəfiqə hesab etdiyi Gülnarə onun ömrünü müəyyən zaman kəsimlərində məhv edib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!