Ana internetə qoşula bilmədiyinə görə oxlovla oğlunu öldürdü

Ana internetə qoşula bilmədiyinə görə oxlovla oğlunu öldürdü
Xəbərlər
10.09.2017 22
Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində övladını vəhşicəsinə
qətlə yetirməkdə şübhəli bilinən qadın həbs olunub. Hadisəyə səbəb isə
onun oğlunun kompüterin tənzimləmələrini dəyişməsi və anasının virtual
məkana daxil olmasını əngəlləməsi səbəb olub. Qadinlar.Biz NEWSru.com-a istinadən xəbər verir ki, ana azyaşlı oğlunu qətlə yetirdikdən sonra onun cəsədini hissələrə ayırıb.
İstintaq Komitəsinin məlumatına görə, qadın bir neçə il bundan öncə öz
ərini də qətlə yetirib. İstintaqın fərziyyəsinə görə, martın 24-də gecə
saatlarında 34 yaşlı qadın evdə olarkən kompüterdən internetə qoşula
bilməyib.
"11 yaşlı oğlunun kompüterin tənzimləmələrini dəyişdiyini anlayan qadın
övladını cəzalandırmaq qərarına gəlib”, - deyə komitənin
press-relizində bildirilir. Cani qadın məktəbli oğlunun müxtəlif yerinə
oxlov ilə bir neçə zərbə endirib. Uşaq isə aldığı xəsarətlərdən keçinib.
Oğlunun tərpənmədiyini görən qadın onun bədənini hissələrə ayırıb və
evin yaxınlığındakı zirzəmidə gizlədib. Martın 28-də o polisə gələrək
törətdiyi cinayəti etiraf edib.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi
(az yaşlının qətlə yetirilməsi) üzrə cinayət işi qaldırılıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!