Sevdiyi qızı dostları ilə qaçırıb zorlayan gənc [Dəhşətli hadisə]

Sevdiyi qızı dostları ilə qaçırıb zorlayan gənc [Dəhşətli hadisə]
Xəbərlər
10.09.2017 154
Ağstafa rayonunun Muğanlı kənd sakini 21 yaşlı
Vüqar Sofiyev Ağgöl kəndində ərdə olan bacısı Nurlanagilə gedib-gələrkən
onlarla qonşuluqda yaşayan Aytəni (qız azyaşlı olduğundan adı şərtidir)
görüb bəyənib.
Azyaşlı qıza vurulan Vüqar bacısının qohumlarının köməkliyi ilə Aytənin mobil telefon nömrəsini öyrənir.Vüqar Aytənə zəng edərək onu sevdiyini bildirir.

Aytənin ona inanmadığını görən Vüqar bacısının qaynanası Balaxanımı
Aytəngilə elçiliyə göndərib. Aytənin anası elçiliyə gələn Balaxanıma 
"mənim qızım hələ 11-ci sinifdə oxuyur, ondan böyük bir bacısı var, bu
iş olmaz” - deyə cavab verib.

Elçiləri yox cavabı alsa da Vüqarın Aytənə olan sevgisi günbəgün artıb.
Artıq həyatını Aytənsiz təsəvvür etməyən V.Sofiyev sevgilisinə məktub
yazaraq bacısının baldızı ilə ona göndərir.

Vüqarın məktubda yazdığı sözlər qızın ürəyini bir az yumşaldır. Aytən
Nurlananın qaynından Vüqara xəbər göndərir ki, sim nömrə göndərsin
danışaq.

Vüqarda sim nömrə alaraq bacısının baldızı ilə Aytənə göndərir. Aytənlə
söhbət zamanı Vüqar onun 17 yaşının tamam olduğunu öyrənir və onu
təbrik edir.

Lakin telefon söhbəti zamanı Aytən Vüqara onu sevmədiyini və bir daha
onu narahat etməməsini xahiş edir. Aytənə onu başa düşdüyünü deyən Vüqar
sim nömrəni geri qaytarması üçün kənddəki bulaq başında görüş təyin
edir.

Telefon söhbəti zamanı Vüqar sevgilisinin xalası oğlu ilə ailə həyatı quracağını da öyrənir.

Yaşadığı kəndə qayıdan Vüqar bir qədər fikirləşdikdən sonra sevgisi
uğrunda mübarizə aparmaq qərarına gəlir. Dostu Pərvin Yusifovla görüşən
Vüqar ona Aytəni qaçırtmaq istədiyini bildirir. Pərvin də ona qızı
qaçırtmaq üçün maşın lazım olduğunu bildirib.

Maşın üçün dostlar Kənan Allahmanovla görüşürlər. Kənan da razılıq
verdikdən sonra Vüqar yeznəsi Sarı Alıyev və Elmar Kərimovu da bu işə
cəlb edir.

Dostlar Kənanın atasına məxsus avtomobillə Ağgöl kəndindəki bulaq
başına gəlirlər. Onlar bulağın yanına çatanda Vüqar avtomaşından düşür
Kənan isə maşını danışdıqları kimi bir az kənarda saxlayaraq Vüqarın
işarəsini gözləyir.

Bundan sonra o, mobil telefonla Aytənə zəng edərək görüş yerində
olduğunu deyib. Təxminən beş dəqiqədən sonra Aytən də bulaq başına
gəlib. Aytən sim kartı qaytarandan sonra Vüqardan getməsini tələb edib.

Vüqar dostlarına gəlin işarəsini verəndən sonra Kənan maşını bulağa
sürüb. Pərvin avtomobildən düşəndə Vüqar sevgilisinin əllərini arxaya
buraraq kürəyindən qucaqlayıb. Aytən müqavimət göstərdiyindən Vüqarın
qızla tək bacarmadığını görən dostları qızı maşına mindirməkdə ona
köməklik ediblər.

Sarı avtomaşının arxa oturacağında Aytənin sağ tərəfində oturaraq qolundan tutub, o da sol tərəfində əyləşib.

Həmin vaxt Kənan avtomaşını yaşadıqları Muğanlı kəndinə tərəfə sürərkən
yolda Aytən ayağı ilə onları təpikləyib qışqıraraq buraxılmasını tələb
etdiyindən Vüqar Aytənin ayağından, Sarı isə əli ilə ağzından tutaraq
onun qışqırmasının və müqavimət göstərməsinin qarşısını almağa
çalışıblar.

Kəndə daxil olandan sonra camaatın görməməsi üçün Aytənin başını aşağı
əyiblər, qızın qışqırıq səslərinin ətrafa yayılmaması üçün isə
avtomaşında olan maqnitofonun səsini qaldırıblar.

Dostlar avtomaşını əvvəlcə həmkəndliləri Allahverdinin həyətinə sürüb,
lakin Aytənin qışqırıq səslərinə evdən çölə çıxan Allahverdinin anası
Ərəbzəngi "bu kimdir gətirmisiniz, aparın bunu yiyəsinə verin” - deyərək
əlinə ağac alıb onları qapıdan qovub.

Bundan sonra Pərvin dostu Elmar Kərimova zəng edib bu barədə ona bildirib və onun razılığını alıb Aytəni onlara aparıblar.

Onlar Elmargilə çatıb Aytəni avtomaşından düşürdükdən sonra Sarı ilə Kənan çıxıb gediblər.

Vüqar Aytənin qolundan, Pərvin isə ayaqlarından tutub onu evə aparıblar.

Bu zaman Elmarın kiçik qardaşının arvadı Qərənfillə Elmarın öz arvadı
Günay Aytənin qışqırıq səsinə çölə çıxıb ondan "bu nə məsələdir” - deyə
soruşanda Vüqar onlara "Aytəni qaçırtmışıq” - deyə cavab verib.

Həmin vaxt Qərənfillə Günay ona "olmaz, bura gətirmə” - desələr də o,
onlara "Elmar gələndə cavabını verəcəm, sizlik deyil” - deyib Aytəni
içəri otağa salıb.

Aytən pəncərədən tullanıb qaçarkən Vüqar Pərvinlə Ayseli həyətdə tutub yenidən otağa salıblar.

Həmin vaxt Elmar gəldiyi üçün Pərvin də çıxıb evlərinə gedib.

Otaqda tək qalan Aytən servantın içərisində olan stəkanı götürüb
sındıraraq şüşə parçası ilə qolunu kəsmək istəyərkən Elmar içəri daxil
olub şüşəni onun əlindən alıb qızın üzünə də bir sillə vurub.

Bundan sonra Vüqarla Elmar Aytəndən öz razılığı ilə gəlməsi barədə
məktub yazmasını xahiş edərkən, Aytən "öz razılığımla gəlməmişəm. Niyə
elə yazmalıyam” - deyərək onların təklifini rədd etsə də məcbur edilən
qız "özüm gəlmişəm, məni axtarmayın, artıq gəlinəm” məzmununda məktub
yazıb.

Vüqar həmin məktubu polis əməkdaşlarına çatdırılması üçün ora gələn atası Məmmədə verib.

Günay Aytənin yuyunması üçün su hazırlayıb. Aytən yuyunandan sonra Vüqar onunla cinsi əlaqədə olmaq üçün otağa girib.

Həmin vaxt Aytən ona onunla cinsi əlaqədə olmaq istəmədiyini deyəndə
Vüqar "səni qaçırtdığımı bütün kənd camaatı bilir, səni buraxa bilmərəm,
yoxsa biabır olaram, bu həm sənin üçün, həm də mənim üçün yaxşı olmaz” -
cavabını verib.

Vüqar qızı cinsi əlaqədə olmağa razılığa gətirə bilməyəndə məsələyə
Elmar qarışıb. Otağın çöl tərəfində dayan Elmar Aytənə "niyə müqavimət
göstərirsən, onsuz da gəlmisən”, Vüqara isə "tez ol, nə oldu, nə yaman
uzun çəkdi?” - deyə irad bildirib.

Təxminən bir saat mübahisədən sonra Vüqar Aytənə yaxınlaşıb qollarından tutaraq yerə yıxıb onunla zorla cinsi əlaqədə olub.

Vüqar işini görəndən bir qədər sonra Elmar mobil telefonla Məmmədə zəng
edərək Aytəni polis əməkdaşı ilə danışdırıb və qız polislərə öz
razılığı əsasında gəldiyini bildirib.

Axşam saat 8 radələrində bir neçə polis əməkdaşı Elmarın evinə gələrək
qızla söhbət etmək istədiklərini bildiriblər. Vüqarın iştirakı ilə olan
söhbətdə Aytən könüllü gəldiyini deyib. Qızın təsir altında ola biləcəyi
üçün polis əməkdaşları Aytənlə təklikdə söhbət ediblər. Təklikdə edilən
söhbətdən sonra polis əməkdaşları Aytəni və Vüqarı polis şöbəsinə
aparıblar.

Bundan sonra Ağstafa rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 144-cü
(adam oğurluğu) və 149-cu (zorlama) maddələri ilə cinayət işi başlanıb.

Məhkəmənin qərarı ilə adam oğurluğu və zorlamada təqsirli bilinən Vüqar
Sofiyev 11 il, Elmar Kərimov 10 il 6 ay, Sarı Alıyev 4 il, Pərvin
Yusifov 4 il, Kənan Allahmanov isə 1 il 11 ay müddətinə azadlıqdan
məhrum edilib.


Məhkəmədə ifadə verən Aytən Vüqarı və onun dostlarını bağışladığını və şikayətçi olmadığını bildirib.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!