Bakıda əri xaricdə olan qadına sevgilisi tərəfindən qanlı işgəncə

Bakıda əri xaricdə olan qadına sevgilisi tərəfindən qanlı işgəncə
Xəbərlər
10.09.2017 48
Qadın bıçaqla tanınmaz hala salınıb.
Bakının Sabunçu rayonunda gənc qadına insanlığa sığmayan işgəncə
verilib. Bu gecə 20 yaşlı Əfşan Əhmədova məşuqu Ramin Mehdiyev tərəfindən
tanınmaz hala salınıb.
Qadın ağır vəziyyətdə 3 saylı Klinik Xəstəxanaya çatdırılıb
və həkimlərin səyi nəticəsində həyatı xilas edilib.
Sabunçu RPİ-nin istintaq şöbəsindən Milli.Az-a bildirildi
ki, dəhşətli hadisə Ə.Əhmədovanın yaşadığı mənzildə törədilib. Ailəli olan
Ə.Əhmədova xeyli müddətdir Raminlə qeyri-rəsmi görüşürmüş. Ötən gün aralarında
hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. R.Meydiyev bıçaqla Əfşanın sifətinə
silinməz kəsiklər atıb, kürəyindən, budundan, boğazının ön hissəsindən
ümumilikdə 11 bıçaq xəsarəti yetirib.
Qadın xəstəxanada izi itirmək məqsədilə özü-özünə xəsarət
yetirdiyini desə də, onun yalan danışdığı üzə çıxıb. R.Mehdiyev tapılaraq həbs
edilib.
Fəhləliklə məşğul olan R.Mehdiyevin belə amansız olmasının dəqiq
səbəbi bilinmir. Hadisəyə qısqanclığın səbəb olması ehtimal olunur.
Onu da əlavə edək ki, Ə.Əhmədovanın həyat yoldaşı hazırda
başqa ölkədədir.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığına ağır xəsarət
yetimə maddəsi ilə cinayət işi başlanıb. İşin gedişində işgəncə və qəsdən
adamöldürməyə cəhd maddələrinin tövsif edilməsi mümkündür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!