Özündən 33 yaş böyük kişiyə ərə getdi, hər mənada razıdı

Özündən 33 yaş böyük kişiyə ərə getdi, hər mənada razıdı
Xəbərlər
10.09.2017 11
"Gənc oğlanları sevmirəm"



Bu
dəfəki müsahibim xanım tanışlarımdan biridi. Xanımlarla bağlı
yazılarımı oxuyandan sonra mənə zəng elədi və danışmaq istədiyini dedi.
Arqumentisə güclü idi, 23 yaşlı xanım 56 yaşlı sevgilisindən hamilədi,
onun uşağını dünyaya gətirməyə hazırlaşır.



- İlk tanışlığınızda siz hələ ona aşiq deyildiz, necə oldu ki, onu yaxına buraxdız? Yaş fərqi sizə mane olmadı?



-
O aralar problemlərim var idi və mənəvi dəstəyə ehtiyacım olanda
yanımda yalnız o var idi. Vaxt keçdikcə ona simpatiyam, pərəstişim
yarandı və ona yavaş-yavaş aşiq olmağa başladım.



- Ailəlidi? Yəqin ki, övladları var.



- Xanımından boşanıb. Hə var, mənlə yaşıd iki qızı var.



- Onları görmüsüz? Sizin varlığınızdan xəbərləri var?



-
Görmüşəm, hə xəbərləri var, amma mənimlə münasibətləri yoxdu, yəqin ki,
atalarının cavan sevgilisindən xoşları gəlmir və bu təbiidi.



- Seçiminiz tam fərqli ola bilərdi. Gənc oğlanlar sizi cəlb etmir?



-
Bilirsiz , mənim 23 yaşım var. Bu vaxta qədər kifayət qədər gənc oğlan
görmüşəm, onlar sadiq olmurlar, onlar atalarının cib xərcliyi ilə
dolanırlar, onlar qeyri-ciddidirlər. Yox, gənc oğlanları sevmirəm.



-
Adətən gənc qızların yaşlı sevgilisi olanda hamı başa düşür ki, bu
yaşlı adam çox varlıdı, amma mən bildiyimə görə sizin sevgiliniz elə də
varlı deyil.



- Yox, milyonları yoxdu, yüzlükləri var. Amma
məsələ pulda deyil, o mənə dayaqdı, o mənə arxadı, o məni anlayır, burda
pulun nə dərəcədə rolu ola bilər? Yox.



- Uşağınızın gələcəyi haqda nə düşünürsüz?



- Əla olacaq hər şey. Heç narahat deyiləm. Allahın işini bilmək olmaz. O xoşbəxt olacaq.



- Siz elə düşünmürsüz ki, seçiminizdə ailənizin müəyyən qədər günahı var?



- Hə, müəyyən dərəcədə var, amma onları günahlandırmıram.



- Bəs kimi günahlandırırsız? Özünüzü?



- Heç kimi. Günahlandırmalı nə var axı burda? Hər şey yaxşıdı, biz bir-birimizi sevirik, böyüdüləsi bir şey yoxdu.



- Onlar bu uşağı qəbul edəcək?



- Məcburdular. Niyə də yox? Onlara atasız nəvə doğmayacam ki, uşağımın atası var.



- Amma uşağın babasıyla həmyaşıd atası olacaq.



- Bunun heç bir əhəmiyyəti yoxdu. O handa bir cavan atadan qat-qat yaxşı baxacaq mənim övladıma.



- Münasibətləriniz necədi? Cavan sevgilisini çox qısqanır?



-
Hə, qısqanclığı var, çox qısqancdı, amma bu məni narahat etmir, əksinə
mənim bundan xoşum gəlir. Sevir ki, qısqanır, bu normaldı, itirməkdən
qorxur.



- Yaşının çoxluğu, bədəni və s. cinsi münasibət vaxtı sizə mane olmur?



- Yooox, qətiyyən. İnanın mənə hər şeyi yerindədi. (gülür)



- Nə zamansa peşman olmaq ehtimalı var?



- Peşman olmayacam, bilirəm, əminəm. Amma yenə də həyatdı, heç vaxt heç nə üçün gec deyil



- Valideynlərinizi necə yola gətirdiz? Sizdən 33 yaş böyük biri ilə yaşamağınıza necə razı oldular?



-
Onlara mənim rəsmi nigahsız da olsa ərə getməyim lazım idi. Yaşlı
olduğunu öyrənəndə tərəddüd etdilər, sonra öyrəndilər ki, evi də, mebeli
də, cehizi də o özü alır və bu onları şirnikləndirdi. Onsuz da məndən
bezmişdilər və razılaşdılar. İndi anam da, atam daha rahatdı, bilirlər
ki, qızları küçədə deyil, onun arxası var, onun sevəni var, onu qoruyan
var. Çünki bu vəzifəni valideynlərim heç vaxt tam yerinə yetirə
bilməyiblər. Heç vaxt.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!