Gecə barlarındakı cinayətlər – ŞOK STATİSTİKA

Gecə barlarındakı cinayətlər – ŞOK STATİSTİKA
Xəbərlər
10.09.2017 13
Gecə həyatının ən qaranlıq məqamları Qadinlar.Biz-də



Dünyanın inkişaf etmiş ölkələrində gecə əyləncəsi həyatın bir hissəsi
hesab edilsə də, bu əyləncə məkanları heç də həmişə təhlükəsiz olmur.
Buna görədir ki, gecə klubları, bar və diskotekalar həm də kriminal
ünsürlərin hədəfinə tuş gəlir, qanlı hesablaşmalar məkanına çevrilir.
Dünya zaman-zaman belə qanlı hadisələrə şahidlik edib. AzNews.az
dünyanın gecə həyatının qana boyanmış tərəfini təqdim edir.





Meksika liderdir



Barda törədilən dəhşətli cinayət faktlarına görə Meksika mütəmadi olaraq
dünya mətbuatının gündəminə gəlir. Bu ölkədə bir-birinin ardınca çox
sayda insan tələfatı ilə nəticələnən kriminal hesablaşmalar barların
nüfuzunun azalmasına təsir göstərməyib. Barlar yenə həmişəki kimi dolub
daşır. Bu günlərdə Meksikanın Çiuaua şəhərində baş verən hadisədə 7
nəfər güllələnib. Polisin məlumatına görə, ov tüfəngi ilə bara daxil
olan şəxs 4 kişi və 3 qadının güllələyib. Daha 2 nəfər yaralanıb.

Üzünü örtən kişinin məqsədinin məhz öldürmək olduğu əyninə geyindiyi bronojiletdən məlum olub.



Çiuaua şəhəri barlardakı qanlı hesablaşmalarla 2012-ci ildə də adından
söz etdirmişdi. Ötən ili aprelin 12-də bu şəhərdə bir qrup silahlı şəxs
barı gülləboran edib. Hadisə nəticəsində 15 nəfər ölüb. Ölənlərin
arasında iki jurnalist də var. Amma polis hesab edir ki, hücumun hədəfi
onlar olmayıblar. Başqa hadisələrdə olduğu kimi bu hadisədə də polis
hadisənin motivlərini bəlli olmadığını bildirib, ehtimallar isə gecə
məkanları sahiblərinin bağlı olduğu qrupların bir-birinin təsir
dairəsinə zərbə endirməkdən başqa bir şey olmadığı yönündədir.

Xüsusən də əgər söhbət Çiuaua şəhərindən gedirsə, qanlı bitən əyləncələr
bu şəhər üçün artıq adiləşib. Məhz bu şəhərdə əyləncə məkanlarından
birində konsert zamanı 9 nəfər, o cümlədən, 5 musiqiçi güllələnmişdi.



Gecə əyləncəsinin qanla başa çatdığı başqa məkan isə Meksikanın məşhur
turizm obyektlərindən biri olan Kankun istirahət mərkəzi olub. Mərkəzin
barına daxil olaraq şəxs 7 nəfəri öldürüb və 5 nəfəri yaralayıb.
Ölənlərin çoxu taksi sürücüləri olduğundan hadisənin taksi biznesi ilə
əlaqəsinin olduğu güman edilir. Silahlı şəxslər Kankun hotel şəbəkəsinin
"The Mermaid” barına daxil olaraq avtomat və əl silahlarından atəş
açmağa başlayıblar.

Əgər nəzərə alsaq ki, Kankun Meksikanın Karib dənizi sahillərində əsas
turizm mərkəzindən biridir, bu hadisənin istirahət mərkəzinə gələnlərin
sayını azaldacağı güman edilir. Ancaq deyəsən Meksikada barlarda qanlı
hadisələr o qədər adiləşib ki, istirahət mərkəzinin sahibləri
müştərilərini itirəcəklərindən qətiyyən narahat deyillər.





Meksikanın digər kurort şəhəri olan Masatlandakı barların birində
2010-cu ildə baş verən atışma isə mafioz qruplaşmalar arasındakı
hesablaşmanın nəticəsi idi.

Naməlum silahlı şəxslər bara daxil olaraq insanlara avtomatdan atəş
açıblar. Hadisə zamanı 6 nəfər həlak olub. Bu hadisədən sonra
hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, silahlı basqında 3
nəfər iştirak edib və onların hamısı hadisə yerindən qaçmağa müvəffəq
olublar. Masatlan kurort şəhəri narkotik maddələr satışı ilə məşğul olan
Meksika mafioz qruplarının məskunlaşdığı Sinaloa ştatında
yerləşdiyindən budəfəki hadisənin də məhz onlara bağlılığı istisna
edilmirdi.





Avropada da barlar qana "yox” demir



Avropada da insanların gecə əyləncəsini qanlı xatirəyə çevirən hadisələr
baş verir. İstirahətin daha yaxşı və təhlükəsiz təşkili ilə öyünən
Fransanın Orli şəhərində ötən ilin noyabrında baş verən atışma bu barədə
təsəvvürləri alt-üst edib. Ancaq bu dəfə atışma əyləncənin başladığı
gecə saatlarında yox, günorta vaxtı baş verib. Orli şəhərindəki barların
birində baş verən atışma nəticəsində 3 nəfər ölüb, 6 müştəri yaralanıb.


Hadisə yerinə gələn polis şahidlərin ifadəsinə əsasən bildirib ki,
günorta vaxtı BMW markalı avtomaşınla gəlmiş iki nəfər barın qarşısında
dayanmış şəxsə atəş açıb. Sonra onlardan biri maşından düşərək bara
daxil olaraq heç bir səbəb olmadan içəridəki müştərilərə odlu silahdan
atəş açmağa başlayıb. Nəticədə bir qadın və iki kişi aldıqları güllə
yarasından elə hadisə yerindəcə keçinib, 6 nəfər isə yaralanıb. Qatillər
maşını bir saatdan sonra yanmış vəziyyətdə tapılıb.





Rusiya mafiyası barda hesablaşır



Rusiyada da qruplaşmalar arasındakı haqq-hesab yeri əsasən barlar olur
ki, bu zaman xəsarət alanlar arasında müştərilərin də ola biləcəyi
qruplaşmaları fikrindən döndərə bilmir. Belə "haqq-hesablarda” bəzən
azərbaycanlıların da iştirakı təsdiq edilir. Ötən il dekabrın 20-də
Sankt-Peterburqda rus, çeçen, inquş və azərbaycanlılar "problemlərini”
silah yolu ilə həll etmək üçün məhz barı seçiblər. "Malaya Morskaya”
küçəsində "Music Bar”da baş verən hadisədə 26 yaşlı çeçen əsilli Adəm
Daşayev ölüb. 28 yaşlı inquş Həmzət Moquşkov və 32 yaşlı Kostin soyadlı
peterburqlu güllə yarası alıb. Münaqişə əvvəlcə iki qafqazlı ilə üç
azərbaycanlı arasında baş verib. Daha sonra silahlara əl atılıb və
nəticə ortadadır.



Türkiyədə narkotik satmayan barlar hədəfdə



Türkiyədə isə gecə əyləncə məkanları əsasən narkotik satışı ilə məşğul
olan qruplaşmaların hücumuna tuş gəlir. Bu məkanların narkotik
satışından imtina edən sahibləri güllələnir, başqalarına "göz dağı”
vermək üçün bar atəşə tutulur. 2012-ci il dekabrın 31-də dünya yeni ili
qarşılamağa hazırlaşarkən Ankaradakı bar sahibləri məhz bu səbəbdən
gülləyə tuş gəlib. Bir bar sahibinin öldürüldüyü, 3 nəfərin də
yaralandığı hadisə Çankayada baş verib.



Akay küçəsindəki "Bacardi”, "1001 gecə” və "Ciklet” kimi barlara edilən
hücumun arxasında narkotacirlər dayanıb. Bar sahibləri öz məkanlarında
narkotik maddələrin satışına imkan verməyəcəklərini bəyan etməsi
narkotacirlərin xoşuna gəlməyib və cavab güllələrlə verilib.



Türkiyənin istirahət bölgələrindən biri olan Antalya da zaman-zaman qanlı hesablaşmalara şahidlik edib.

2000-ci illərin əvvəllərindən başlayaraq əyləncə məkanlarında qanlı
hadisələr tez-tez təkrarlanmağa başlayıb. Burada hətta bar sahiblərini
də öz aralarında yaranan problemlərin silahlı "həlli” zamanı müştərilər
az zərər çəkməyib. "Qərənfil” və "Karvan” adlı 2 bara edilən silahlı
hücumda yoldan keçən bir nəfər də ölüb. Ümumiyyətlə bu şəhər belə
hadisələrə tez-tez müşahidə olduğundan əyləncənin tempinə təsir
göstərmir.





Bar davaları Azərbaycandan da yan keçməyib



Azərbaycanda gecə həyatının hələ kütləviləşməməsinə baxmayaraq,
zaman-zaman barlardan bəd xəbərlər gəlməkdədir. Bakı barlarında hətta
masanın üstünə qoyulan telefonu götürüb qaçanlar da var. Məsələn,
"Kakadu” barında belə bir hadisə ilə üzləşən qadının şikayəti əsasında
23 yaşlı gənc tutulub.



Ötən il Bakının Nəsimi rayonu ərazisində "Zero” adlı barda bir nəfər
mübahisə etdiyi barın sahibinə tapança ilə atəş açıb. Nəticədə bar
sahibi ayağından yaralanıb. Yenə ötən il Bakıda gecə klublarının birində
kütləvi dava nəticəsində qan tökülüb. Bül-bül prospektində yerləşən
gecə klubunda naməlum şəxslər 2 nəfəri bıçaqlayıb, 1 nəfəri isə möhkəm
döyüblər.





Barda kütləvi təcavüz və işgəncə



Gecə həyatının bir hissəsi olan qanlı hadisələr zaman-zaman filmlərə də
mövzu olub. Türkiyədə çəkilən "Barda” filmi bu qəbildən çəkilən ən yaxşı
və ən sərt filmlərdən biri hesab olunur. Filmin süjet xətti 1997-ci
ildə Ankarada baş verən hadisədən götürülüb. 7 nəfərlik qrup bir bara
daxil olaraq qadın və kişilərdən ibarət bir qrupa 17 saat ərzində
təcavüz edərək işgəncə verib. Ancaq hadisədən sonra barda təcavüz və
işgəncəyə məruz qalan qurbanlarını həyatı əvvəlki kimi olmayıb. Cəmiyyət
hadisəyə heç də birmənalı yanaşmayıb, hətta işgəncə görən qrupun
arasında olan kişilər barədə müxtəlif fikirlər səsləndirilib. Nəticədə
əyləncə üçün getdikləri barda üzləşdikləri hadisədən sonra onların
həyatı tamamilə alt-üst olub. Onların arasında olan 28 yaşlı gənc
hadisədən sonra Türkiyəni tərk edərək İngiltərəyə gedib. Türkiyədə
təhlükəsizliyi təmin olunmadığı üçün Hollandiya vətəndaşlığına qəbul
edilib. 28 yaşlı başqa bir qurban isə qəsəbəyə köçüb. Hər il bir neçə
dəfə intihara təşəbbüs edir. Hadisənin 29 yaşlı başqa bir iştirakçısı
olaydan sonra Almaniyaya gedib. 33 yaşlı qadın qızı ilə birlikdə
hadisədən xəbərdar olmayan kiçik bir kəndə köçərək orada hamını gözündən
uzaq yaşayır.




 
Gecə barlarındakı cinayətlər – ŞOK STATİSTİKAскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!