Qadınla evlənən qadının cinayəti...FAKT

Qadınla evlənən qadının cinayəti...FAKT
Xəbərlər
10.09.2017 1
Taliyə Məmmədova 1980-ci ildə Goranboy rayonunda anadan olub.
Uşaqlıqdan kişi paltarı geyinməyi xoşlayan Taliyəni qız kimi yaxın qohumları və məktəb yoldaşları tanıyıb.



Qalan hamısı onun oğlan olduğunu düşünüb. Taliyə Məmmədova özünə kişi adı kimi Taleh Məmmədov seçib.



Qadın psixologiyasını yaxşı bilən xanım Taliyə kişi paltarları
geyinərək onlara özünü Tahir kimi təqdim edib və yaxın əlaqələr qurub.



Maddi imkanı zəif olan Taliyə ona etibar edən qadınları aldatmaq qərarına gəlir.



Nazilə adlı bacısının xeyriyyəçilik məqsədi ilə Bakıda imkansız adamlar
üçün ucuz qiymətə ev tikəcəyini deyən Taleh, yəni Taliyə ona inanan
şəxslərin etibarından istifadə edərək 200 min dollardan çox pul
mənimsəyib.



Taliyə Məmmədovaya bu işdə Reyhan Həmzəyeva adlı rəfiqəsi də köməklik edib.



Taliyə Reyhanla məhkəmədə tanış olub. Taliyə Reyhana ərindən
boşanmasında köməklik edib. Boşanma nəticəsində də Reyhana 1 otaqlı
mənzil çatıb.



Ərindən boşanan Reyhan Taliyə ilə yaşamağa başlayıb. Reyhan Taliyənin "çöldə xoruz evdə fərə” olmasını bilib.



Vətəndaşları aldadarkən Taliyə Məmmədova ər, Reyhan Həmzəyeva isə onun həyat yoldaşı rolunu oynayıb.



Ər-arvad mənzil almaq istəyən insanlarla görüşüb, Talehin bacısının tikdiyi bina barədə məlumat veriblər.

 

Talehin qadın olmasından şübhələnməyən alıcılar da ucuz qiymətə ev alacaqlarını fikirləşib ona külli miqdarda pul ödəyiblər.



Talehin qurbanlarından Natiq Cəfərov beh kimi 12000, Xuraman Xəlilova 3
otaqlı mənzil üçün 14000, Sara Əhmədova 19500 dollar ödəyib. Ümumilikdə
Taleh on vətəndaşdan 214 min dollar alıb.



Talehin əməlindən ən az zərərçəkən kişi kostyumları satışı ilə məşğul
olan dükan olub. Taliyə oradan pulunu sonra ödəmək şərti ilə 560 manat
dəyərində kişi kostyumu götürərək pulunu verməyib.



Taliyə yığdığı pulun əksəriyyətini şou-biznesə daxil olmaq üçün
xərcləyib. Taleh Məmmədov disklərin buraxılmasına sponsurluq edib.



Taliyə xanımın, yəni Taleh bəyin əməlində ən çox zərərçəkən Rəna adlı xanım olub.



Rəna Hüseynovaya Taliyə özünü Reyhanın qaynı kimi təqdim edərək ondan
30 min dollar alıb və əvəzində yeni tikilən binada 6 otaqlı mənzil söz
verib.



Bir müddət gözləyən Rəna xanım mənzilinə köçmək istəyəndə Taleh onu
reklam lövhəsində Taleh MTK adı yazılan tikinti firmasına gətirərək "bu
binada tikilir sənin evin, hazır olsun 5-ci mərtəbədə 6 otaqlı ev
sənindir” deyib.



Daha bir qədər gözləyən Rəna xanım Taliyənin göstərdiyi "Taleh MTK”ya
gəlib evinə baxmaq istəyib. Binanın girişində içəri buraxılmayan qadın
müdir Taleh Məmmədovun yaxın adamı olduğunu bildirib. Rəna xanıma burada
elə adam tanımırıq cavabı veriblər.



Rəna Hüseynova Talehə zəng edərək məsələyə aydınlıq gətirməsini
istəyib. Talehdə "məni Avropa Şurası axtarır, ona görə orada sənə elə
deyiblər” deyərək qadını sakitləşdirib.



Bundan sonra Taleh Rəna xanıma evin qiymətinin bir qədər bahalaşmasını deyərək daha 10 min dollara yaxın pul alıb.



Rəna xanımla vəziyyətin ağırlaşdığını görən Taleh, yəni Taliyə onun
boşanan qızı ilə evlənmək qərarına gəlir. Qızla tanış olan Taleh onun
razılığını alandan sonra ailəsinə qızla evlənmək istədiyini bildirir.



Ailəsinin təəccübləndiyini görən Taliyə Türkiyədə əməliyyat olunaraq artıq kişi olduğunu bildirib.



Elçilər Rəna xanımın evinə gələrək qızını qızları Taliyəyə-Talehə
istəyiblər. Həri olandan sonra 2 gün qonaqlıq olub. Birinci gün evdə,
sonra da Taleh bəy restoranda ziyafət verib. Bəylə gəlinin əlinə üzük də
taxılıb.



Rəna xanımın qızı nişanlısının qız olmasından xəbərsiz olub.



Nişanlanma Taleh bəyə düşməyib. Talehin, yəni Taliyənin aldatdığı
şəxslər dələduzların qurbanı olmalarını fikirləşərək polisə şikayət
ediblər.



Polisə şikayət edən zərərçəkənlər Taleh Məmmədov tərəfindən
aldadılmalarıdan şikayət ediblər. Polisin işini çətinləşdirən də bu
olub. Zərərçəkənlərdən heç biri qadın tərəfindən aldadıldıqlarını
bilməyib.



Polis telefon zənglərini və digər xüsusatları araşdırandan sonra Taleh Məmmədovun Taliyə Məmmədova olmasını müəyyən edib.



Binəqədi polisinin keçirdiyi əməliyyat nəticəsində Taliyə Məmmədova və Reyhan Həmzəyeva saxlanılıb.

 

İşdə maraqlı məqamlardan biri də o olub ki, zərərçəkənlərdən heç biri
külli miqdarda pulunu verərkən bunu rəsmiləşdirməyib. Hamısı Taleh
Məmmədovun kişi sözünə inanıblar.



Keçirilən məhkəmədə Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla
dələduzluq etmə maddəsi ilə təqsirli bilinən Taliyə Məmmədova 11 il,
Reyhan Həmzəyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib.



Qadınlar həbsxanasında cəza çəkən Taliyə xanım 6 ildən sonra azadlığa çıxacaq.



Taliyə xanımın özünü kişi kimi aparmasını nəzərə alsaq, onun üçün qadınlar həbsxanası o qədərdə darıxdırıcı olmamalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!