Belə gözəl xanım indiyə qədər bakirədir?

Belə gözəl xanım indiyə qədər bakirədir?
Xəbərlər
10.09.2017 8
Taleyimizin bizim planlarla işi yoxdur, özü nə istəyirsə, onu da edir. Bunu Hollivudun ən gözəl qadınlarından olan aktrisa Ava Qardnerə
də aid etmək olar... Bu gənc, gözəl, yaşılgözlü qız katibə olmağın
xəyalını qurduğu bir vaxtda "katibəlik” qapısı bağlanır və üzünə o
möhtəşəm "Hollivud qapısı” açılır və vaxt gələcək adi əyalət qızı Ava
Amerikanın üç ən tanınmış kişisinin arvadı olacaq...!




Mələk simalı, ilahə bədənli Ava Qardner XX əsrin ən gözəl xanımları siyahısına daxil olub...

Ava
Laviniya Qardner 1922-ci il dekabrın 24-ü sadə fermer ailəsində dünyaya
gəlib. O, yeddi qızlı ailənin ən kiçiyi idi. Ailə kasıb, anası isə
ciddi, mühafizəkar qadın idi. Bütün bunlara baxmayaraq, Ava həmişə
uşaqlığının xoşbəxt xatirələrlə bol olduğunu söyləyirdi.




Aktrisanın
Hollivuda gedən yolu belə başlayır; 18 yaşında o, Nyu-Yorka bacısının
yanına gedir. Gözəl olduğunu Ava burda – Nyu-York küçələrində anlayır,
əks cinsin nümayəndələrindən biri də olsun gözəl qızı "diqqətsiz
buraxmırdı”... 

Bacısının əri Larri Ter Avanın bir neçə
şəklini çəkir və öz emalatxanasının vitrinini bu fotolarla bəzəyir və
dediyimiz o tale – "MGM” kinostudiyasının klerki emalatxananın yanından
keçərkən gözəl Avanın fotolarını görür və…

Kinostudiyanın
rəhbəri Avanın sınaq çəkilişlərinə baxıb söyləyir:- O nə oynaya bilir,
nə düz-əməlli danışa bilir, ancaq çox gözəldir! Gənc qız katibəlik
dərslərini bir kənara qoyub aktyorluq kurslarına yazılır.

Beləliklə, Ava Qardner çamadanını yığıb birbaş Hollivuda yollanır.




Onun ilk filmləri arasında "Fit dayanacağı”, "Qatillər” filmləri vardı, ancaq ilk uğurlu filmi 1947-ci ildə çəkildiyi "Xırda
alverçilər”, sonrakı illər isə "Veneranın bir toxunuşu”, "Kilimancaronun
qarları” filmləri olur. 

1953-cü ildə Ava Qardner "Moqambo” filmində çəkilir, bu filmə görə ən yaxşı aktrisa nominasiyasında
"Oskar”a layiq görülür və bununla Hollivudun ən irəlidə olan aktrisaları
siyahısında yerini möhkəmlədir. 




Aktrisanın
digər uğurlu filmləri arasında "Ayaqyalın Qrafinya”, "Günəş də qalxır”,
"Mələk qırmızı geyinir”, "Prezidentin qaçırılması”, ”Harem”i qeyd etmək
olar.




Ava Qardnerin kinodakı uğurları təəssüf
ki, onu şəxsi həyatında müşayiət etmir. İlk həyat yoldaşı Mikki Runi ilə
1942-ci ilin yanvarında evlənirlər. Miki Runi belə gözəl qadının bakirə
olduğunu öyrəndikdə xeyli təəcüblənmiş və bunu fəxrlə bütün aləmə car
çəkmişdi: – "Necə yəni? Belə gözəl xanım indiyə qədər bakirədir?!” Bu
Hollivud üçün qeyri-adi hal idi.




Runi Avaya ilk
gördüyü andan aşiq olmuşdu - dəli kimi, bu "dəli”lik isə 17 ay davam
edir. Runi digər qadınlarla eşqbazlıq edir, gecələr evdə gecələmirdi,
hər şey məntiqi sonluqla bitir- Ayrılıq, səbəb isə aydın məsələ - Mikki
Runinin qadınlara olan sonsuz sevdası...




Avanın
növbəti əri isə multimilyonçu Hovard Hyuz olur, təzə-təzə hər şey yaxşı
olsa da, tezliklə evlilik həyatı farşa çevrilir. Hər şey tərs gedirdi,
kinodakı uğurları azalmışdı, aktrisa iki il ərzində gənc aktyor Hovard
Daffla sevgili olur, ancaq bu "sevgi” də o nağıllardakı sevgidən olmur,
həqiqət "abort” və "depressiya”dan ibarət idi... 




Çox
keçmir ki, "Centlmenlər sarışınları üstün tutur” filminin premyerası
zamanı Frenk Sinatra Avanı görür və aktrisanın əvvəlki ərləri kimi ona
ilk baxışdan aşiq olur... Elə həmin gecə Frenk aktrisaya görüş təyin
edir...

Hər şey eyni ssenari ilə təkrar olunur, bir müddət Ava
xoşbəxtlikdən göylərdə uçur, hər necə olur-olsun Frenklə evlənməli idi.
Nəzərə alsaq ki, o zaman Frenk artıq evli idi və üç övladı vardı, hamı
Avanı başqasının evini dağıtmaqda təqsirləndirirdi, lakin cütlük
evlənmək məsələsində israrlı idi. Frenk Sinatra arvadı Nensidən tez bir
zamanda boşanır və Ava Qardnerlə evlənir. Bir neçə illik ehtiraslı,
səs-küylü evlilik Frenk Sinatranın qısqanclığı, və Avanın sərxoşluğuna
dözməməsi səbəbindən dağıldı.




Aktrisa artıq
Hollivuddan bezmişdi, o başını götürüb İspaniyaya köçür. Dostu Ernest
Heminquey aktrisada korridaya maraq oyadır, bu marağın nəticəsində
matador Luis Miqel Dominqin ilə tanışlıq baş tutur və bu tanışlıq
qismində "qısa müddətli” sevgi yaşanır...




10 il İspaniyada yaşayandan sonra Ava Qardner İngiltərəyə köçür və ömrünün sonunacan burada yaşayır.

1986-cı
il iki insultdan sonra o, yataq xəstəsinə çevrilir, bu müddət ərzində
bütün müəlicə xərclərini keçmiş əri italiyalı Frenk Sinatra ödəyir.

Gözəl aktrisa "Ava, mənim həyatım” adlı avtobioqrafik kitab yazır. 

Ava Qardner 1990-cu il yanvarın 25-də 67 yaşında ikən vəfat edir.

Gözəllik,
həqiqətən, heç nəyi həll etmir, Ava xoşbəxt olmağı bacarmadı, ölüm
yatağında olarkən onun son sözləri belə idi: - "Mən çox yorulmuşam...”




Aytən Cavanşir
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!