Evlənmək istəyən ərini baltalayan qadına hökm oxunub

Evlənmək istəyən ərini baltalayan qadına hökm oxunub
Xəbərlər
10.09.2017 35
İkinci dəfə evlənmək istəyən ərini baltalayan qadına hökm oxunub


Lənkəran Ağır Cinayətlər Məhkəməsində Sabirabad rayon sakini Gülbəniz Ələkbərovanın məhkəməsi başa çatıb.
Qadinlar.Biz-in məlumatına görə, hakim Oruc Cəlilovun
sədrliyi ilə keçirilən prosesdə G.Ələkbərova qəsdən adam öldürmədə
təqsirli bilinərək 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.



İttihama görə, Vətəndaş Səfiyyə Həşimova Sabirabad RPŞ-yə müraciət
edərək rayonun Suqovuşan kəndində yaşayan qardaşı 48 yaşlı Zeynal
Ələkbərovun itkin düşdüyünü bildirib. Bununla əlaqədar rayon
Prokurorluğu və rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata
keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində
2012-ci ilin avqust ayında Z.Ələkbərovun ötən il yanvarın 16-da həyat
yoldaşı Gülbəniz Ələkbərova tərəfindən öldürülməsi müəyyən edilib və o
tutulub.



İlkin istintaqla o da məlum olub ki, Gülbəniz Ələkbərova keçən il
yanvarın 16-da gecə saat 03.00 radələrində aralarındakı şəxsi
münasibətlər zəminində yaranmış mübahisə nəticəsində əri Zeynal
Ələkbərovun baş nahiyəsinə balta ilə vuraraq onu qəsdən öldürüb və
meyiti yaşadıqları evin zirzəmisində basdırıb. İstintaq-əməliyyat qrupu
tərəfindən zirzəmidə basdırılmış meyit çıxarılaraq müayinə olunub,
hadisə yerindən cinayətin aləti olan 1 ədəd balta və digər maddi
sübutlar götürülüb.



Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü gecə Qazaxıstandan
gələn əri onun üstünə başqa arvad gətirəcəyini bildirib. Bundan
əsəbiləşən qadın baltaya əl atıb.



İstintaq zamanı Gülbənizin də ərinə xəyanət etdiyi məlum olub.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!