"Çörəyim toylardan çıxır"

Xəbərlər
10.09.2017 8
Cavid neçə ildir televiziya sahəsindəsiz?

Televiziya sahəsi deyəndə, ilk öncə "internews"da başladım 2001 ci ildə. Televiziyaya gəldikdə isə 2002 ci ildən radio, 2005-ci ildən Atv Telekanalında aparıcı kimi çıxdım.



-İlk aparıcılıq etdiyiniz kanal və aparıcı olduğunuz verlişin adı?

Atv Telekanalında "Top 15" verlişi



-Cavidi ən çox tanıdan hansı verliş oldu?

"Russkiye zvezdi"



-Cavid sevdiyiniz xanım var?

Bütün gözəl xanımlar (gülür.)



-Son zamanlar model kimi tanınan Səbinə Allahverdiyeva ilə yayılan şəkillərinizdən görünür ki çox sıx münasibətdəsiz.Buna səbəb dostluq yoxsa sevgi münasibətidir?

Çox gözəl dostuq və iş birliyi edirik .



-Cavid həyatda ən böyük arzunuz?

Böyük arzular qurmuram.



-Eşitdiyimizə görə yeni verliş layihəsi hazırlayırsız.Bu layihə haqqında qısacada olsa danışın?

Veriliş ATV Telekanalında yayımlanacaq.Peşəkar qənnadçı texnoloq Bəhruz Qəlbinurla iş birliyi etmişik.Verlişin aparıcısı isə Şəhriyar Əbilov olacaq.



-Cavid toylarda aparıcılıq edir?

Təbii ki,pulumuz ordan çıxır.Son vaxtlar teleaparıcı Şəhriyar Əbilovla duet şəklində toylarda iştirak edirik və çox uğurlu alınıb.



-Gizli deyilsə toylarda aparıcı kimi hansı məbləğə iştirak etdiyinizi açıqlaya bilərsiniz?

Tək 1500 Amerika dolları və Şəhriyarla ikimiz aparanda 2000 AZN alırıq toy sahibindən.



-Cavid bir teleaparıcı kimi aparıcı olub və müğənnilərlə prodüserlik edən aparıcıları necə qarşılayır?

Hərənin pulu biryerdən çıxır,halal pul qazanan hərkəsə münasibətim yaxşıdır.



-Bəs özünüzə hansısa müğənnidən təklif gəldə onunla əməkdaşlıq edərsiniz?

Buna ehtiyac duymuram.



-Hansı orta məktəb və ali məktəbin məzunusunuz?


Binəqədi rayonu "135" nömrəli orta məktəbin və Təfəkkür Universitetinin "Jurnalistika" fakultəsinin məzunu olmuşam.



-Cavid sosial şəbəkələrdən istifadə edirsiniz? 

Bəli.



-Aktiv yoxsa passiv istifadəçiniz ?


Aktiv (gülür.)



-Cavidin ən böyük səhvi?

Onu axirətdə biləcəm (gülür.)



-Səhləri edərkən nəyisə özün üçün öyrənmisiz?

İnsan səhvlərlə öyrənir və əsas olan düzgün nəticə çıxarmasıdır.



-Cavid bu zamana kimi, fanatlarınızdan sevgi təklifi edən olub?


Fanatım yoxdu,şükür yoxdu .



Müsahibəni aldı: Ceyhun Məhərrəmovскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!