Məşhur aktrisanının sifətinə yumruq vurdular

Məşhur aktrisanının sifətinə yumruq vurdular
Xəbərlər
10.09.2017 15


Məşhur Hollivud aktrisası Cennifer Eniston toyuna az qalmış sifətindən yumruq zərbəsi alıb.

44 yaşlı aktrisa dava edən iki şəxsi ayırmaq istəyərkən yumruq zərbəsi alıb. Eniston böyük ehtimalla belə zərbəyə məruz qalacağını ağlından belə keçirmişmiş. Aktrisa böyük cəsarətlə dalaşan iki nəfərin arasına girib və onları sakitləşdirməyə çalışıb. Amma buna baxmayaraq, qüvvələr bərabər olmayıb və aktrisa yaralanıb. Ən maraqlısı isə buduru ki, bütün bunlar çəkiliş meydançasında baş verib. Eniston hər şeyi ssenariyə uyğun edib, ancaq öz həmkarlarına lazım olandan daha çox yaxınlaşıb. Aktyorların öz rollarına başı o qədər qarışıb ki, onlardan biri istəmədən də olsa, aktrisaya yumruq vurub.

Zərbə alandan sonra aktrisa yerə yıxılıb. Onu qrim otağına çatdırıblar, çəkilişlərə isə bir müddətlik fasilə verilib. Aktyorlar baş verən hadisəyə görə, Cenniferdən dəfələrlə üzr istəyiblər, aktrisa isə baş verən hadisədə özünün səhvinin olduğunu deyib və onları sakitləşdirib.

Cenniferin pərəstişkarlarını və yaxınlarını ən çox qorxudan isə yumruq zərbəsindən sonra onun sifətində izlərin qalmasıdır, belə ki, bu yaxınlarda aktrisanın toyu olacaq və o, öz toyunda gözəl görünmək istəyir.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!