Azərbaycanda zorlanaraq hamilə qalan qızı məktəbdən qovdular [video]

Azərbaycanda zorlanaraq hamilə qalan qızı məktəbdən qovdular [video]
Xəbərlər
10.09.2017 34



Rayon təhsil şöbəsinin müdiri qızın bundan sonra məktəbdə oxumasını düzgün hesab etmir



Bir
müddət əvvəl Zərdabda məktəbli qızın cinsi zorakılığa məruz qalması
haqda xəbər vermişdik. Mövzuya yenidən qayıtmağımıza səbəb var.
Zorakılığa məruz qalmış qıza normal həyata qayıtması üçün kömək əvəzinə,
indi o, təhsil almaq hüququndan da məhrum olunub. Bu qərarı məktəb və
rayonun təhsil şöbəsi verib.



Zərdabda zorlanan azyaşlı Əminənin
hamilə olduğu ortaya çıxdıqdan sonra məktəbdən uzaqlaşdırılıb. Əminənin
başına gətirilən bu hadisə isə onun 2 bacısının məktəbə buraxılmaması
ilə nəticələnib. Qeyd edək ki, bu azyaşlı qız başına gətirilən bu
hadisəni sirr olaraq saxlayanadək, zahirən normal həyat yaşayıb. Digər
yaşıdları kimi, məktəbə gedib, rəfiqələri ilə ünsiyyət qurub, kənddə,
ailədə normal insan kimi həyatını sürüb. Birinci halda Əminənin ismətinə
təcavüz edilmişdisə, ikinci dəfə bu zərəri məhz təhsil müəssisəsi
ictimai qınağa tuş gələcəyini bəhanə edərək çıxardığı qərarla onun
düşüncələrinə, arzularına, gələcəyinə zərbə vurmuş oldu.



Zərdab
rayon təhsil şöbəsinin müdiri Baba Babayev: "Mən məruzə elədim bizim
koordinatora. Mənə göstəriş verdilər ki, qızın bundan sonra o məktəbdə
oxuması düzgün deyil. Uşağın özü də, valideynlər də israrlı oldular ki,
məktəbdən getsin”.



Əminənin yenidən cəmiyyətə reabilitasiya
olunması üçün hazırda o Bakıdakı uşaq sığınacaqlarından birinə
yerləşdirilib. Sığınacağın direktoru Kəmalə Ağazadənin sözlərinə görə,
həmin məktəbin qanunsuz hərəkəti ilə bağlı məhkəməyə müraciət ediləcək.



Uşaq
psixoloqları isə hesab edirlər ki, məktəbin bu addımı zorakılıqdır və
heç bir hüquqi əsası yoxdur. Qeyd edək ki, bu gün Azərbaycanda yüzlərlə,
bəlkə də minlərlə qızlar müxtəlif səbəblərdən təhsildən uzaqlaşdırılır.
Çıxarılan bu yalnış qərarlarla isə azyaşlı qızlar orta təhsil alma
hüququndan məhrum olur və bunula da, onların gələcəyinə ağır zərbə
vurulur. Statistikaya görə, insan alveri qurbanların 1/5-i azyaşlı
qızlardır və onların əksəriyyəti isə təhsilsizdir.




VIDEOYA BAX



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!