Qaynı ilə eşq yaşayıb öz ərini qətlə yetirən qadın cəza aldı

Qaynı ilə eşq yaşayıb öz ərini qətlə yetirən qadın  cəza aldı
Xəbərlər
10.09.2017 44
Lənkəran
Ağır Cinayətlər Məhkəməsində ərini xüsusi amansızlıqla qətlə yetirməkdə
ittiham olunan Sabirabad rayon sakini Gülbəniz Ələkbərovanın cinayət
işi üzrə məhkəmə başa çatıb.

İttihama görə, Sabirabad rayon sakini Zeynal Ələkbərovun itkin düşməsi barədə
polisə ötən il avqustun 3-də məlumat verilib. Aparılan araşdırmalar
zamanı onun 2011-ci il yanvar ayının 16-da qardaşı Əlibaxış (2011-ci
ilin aprel ayında öz əcəli ilə ölüb) və arvadı Gülbəniz Ələkbərova
tərəfindən öldürülərək Suqovuşan kəndindəki evinin zirzəmisində
basdırılması müəyyən edilib. Gülbəniz Ələkbərova tutulub.

İstintaq
müəyyən edib ki, 2011-ci ilin yanvarında rayonun Suqovuşan kənd sakini
Zeynal Ələkbərov Qazaxıstanın Aktau şəhərindən Azərbaycana qayıdıb.
Qazaxıstanda xırda ticarətlə məşğul olan Zeynalın kəndə qayıtması ağır
cinayətə səbəb olub.

O,
həyat yoldaşı Gülbəniz Ələkbərova tərəfindən baltalanaraq qətlə
yetirilib. Qadın ərini qətlə yetirəndən sonra meyiti bir neçə hissəyə
bölüb və daha sonra sellofana bükərək evin zirzəmisində basdırıb.

Bu
qətl hadisəsindən bir neçə ay sonra Zeynal Ələkbərovun kiçik qardaşı
Əlibaxış qəfil vəfat edib. Gülbəniz Ələkbərova qaynının hüzn mərasimində
iştirak etsə də, Zeynalın olmaması qohumlar arasında narahatlığa səbəb
olub. Buna görə də hər kəs Zeynalın cavan qardaşının yas mərasiminə gələ
bilməməsi ilə maraqlanıb.

Lakin
Gülbəniz deyib ki, guya əri imkansızlıqdan hüzrdə iştirak edə bilməyib.
Əlibaxışın 40 mərasimindən sonra qohumlar yenə Zeynalla maraqlansalar
da, Gülbəniz deyib ki, bir dəfə zəng edib, qardaşının yasına gəlmədiyi
üçün xəcalətlidir, ona görə bacı və qardaşlarına zəng etməyə utanır.

Bu
qətl olayından 1 il 4 ay keçəndən sonra, 2012-ci ilin aprelində Zeynal
Ələkbərovun bacısı Səfiyyə qardaşını xəbər alır. Gülbəniz yenə də ərinin
imkanı olmadığını və qardaşının ilinə də gələ bilməyəcəyini deyib. Bacı
qardaşının Qazaxıstanda olan telefon nömrəsini istəsə də, Gülbəniz
bəhanə gətirərək vermir. Səfiyyə bundan sonra qohumlarına qardaşı barədə
polisə xəbər vermək qərarına gəldiyini bildirib.

Bundan
sonra Zeynal Ələkbərov barəsində Sabirabad rayon Polis Şöbəsinə şikayət
olunub. Şikayət əsasında araşdırma aparılıb və Zeynalın 2011-ci ilin
yanvarında Qazaxıstandan Azərbaycana gəldiyi və geri qayıtmadığı məlum
olub.

Aparılan
araşdırmalar nəticəsində Z. Ələkbərovun həyat yoldaşı Gülbəniz
istintaqa dəvət edilib. Onunla aparılan sorğu-sual nəticəsində dəhşətli
cinayətin üstü açılıb. G.Ələkbərova ərini qətlə yetirdiyini və evlərinin
zirzəmisində basdırdığını etiraf edib. Gülbənizin etirafından sonra Z.
Ələkbərovun meyiti basdırıldığı evin zirzəmisindən çıxarılıb.

G.Ələkbərova
ifadəsində hadisənin təfərrüatlarını da açıqlayıb. O, deyib ki, əri
Qazaxıstanda olan zaman mərhum qaynı Əlibaxışla münasibətdə olub. Onun
sözlərinə görə, əri Qazaxıstandan qayıdanda qardaşı öz evində Əlibaxışın
həyat yoldaşı Gülbənizlə yataqda olduğunu görüb: "Bu zaman hər iki
qardaş arasında dava düşdü. Mən də balta ilə ərimi qətlə yetirdim”.

Onun
ifadəsinə görə, ərinin qətlində qaynı Əlibaxışın günahı olmayıb.
Məhkəmənin hökmü ilə Gülbəniz Ələkbərova 13 il 6 ay müddətinə azadlıqdan
məhrum edilib.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!