Azərbaycanda Universitetə hazırlaşan gənc qız namus ləkəsinə dözə bilmədi

Azərbaycanda Universitetə hazırlaşan gənc qız namus ləkəsinə dözə bilmədi
Xəbərlər
10.09.2017 18

 
Gənc qızı qaçıran ailəli kişi onun bakirə olmadığını deyib.



Beyləqan
rayonunda özünü öldürmüş gənc qızın ömrünü yarıda kəsməyə vadar edən
hadisənin səs-küylü məqamları ortaya çıxıb. İki gün əvvəl Yeni Mil
kəndində yaşayan 22 yaşlı Nahidə Bəşirzadənin yaşadığı evdə özünü
asmasının təfərrüatlarını əldə etmişik.
Milli.az hüquq-mühafizə
orqanlarından gənc qızı özünü öldürməyə vadar edən səbəbi öyrənib.
N.Bəşirzadə təxminən iki ay əvvəl özündən bir neçə yaş böyük olan ailəli
kişi tərəfindən qaçırılıb. Qızın ailəsinin polisə şikayətindən sonra
həmin qız tapılıb və geri qaytarılıb. Bakirəliyi itirilmiş olan qıza
daha böyük zərbəni isə elə yenə həmin kişi vurub.



O, qızı qaçırarkən bakirə olmadığını deyib. Bundan sonra sarsıntı keçirən N.Bəşirzadə özünü asıb.
Orta
məktəbi qurtaran Nahidə ali məktəbə hazırlaşırmış. Onu qaçıran şəxs isə
qardaşına məxsus tikinti materialları mağazasında işləyir.
Beyləqan
Rayon Prokurorluğundan Milli.Az-a bildirildi ki, N.Bəşirzadənin özünə
qəsd etməsinə keçirdiyi sarsıntı səbəb ola bilər. Prokurorluq qızın
qoşulub qaçması və sonradan geri qaytarılmasını təsdiqləsə də, onun
bakirəliyinin itirilməsi, qaçırılması və digər qaranlıq məqamlara
istintaqın gedişində aydınlıq gətiriləcəyi deyildi.
Hazırda
faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma
(125-ci) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!