Məşhur azərbaycanlı müğənni arvadını başqa kişi ilə tutdu

Məşhur azərbaycanlı müğənni arvadını başqa kişi ilə tutdu
Xəbərlər
10.09.2017 28
"Onları öz evimizdə, yataq otağında tutdum” 

Musa Musayevlə Təranə Qumral qalmaqalla ayrılıblar. 

"Qafqazinfo” Oxumeni.az-a istinadən xəbər verir ki,cütlük təxminən 2 həftə əvvəl Nərimanov rayon məhkəməsində rəsmi qaydada boşanıb. Lakin bu xəbər tərəflərin razılığı ilə mətbuatdan gizli saxlanılıb. Fakta aydınlıq gətirmək üçün Musa Musayevlə əlaqə saxladıq. Müğənni deyilənləri təsdiqləyərək ayrılmaqlarının səbəbini açıqladı: "Təranədən çoxdan şübhələnirdim. Telefonda başqa bir kişi ilə danışdığını, onunla eşq yaşadığını hiss edirdim. Amma dünən onları öz evimizdə, yataq otağında tutdum. 

Təranəni ov tüfəngi ilə vurmaq istədim, alınmadı, qaçıb qonşuda gizləndi. O, məndən 17-ci Polis Bölməsinə şikayət edib”, - deyə açıqlama verən M.Musayev həyatının uzun illərini Təranə Qumrala həsr etdiyi üçün peşman olduğunu sözlərinə əlavə etdi: 

"Ona görə uzun illərdir Cabbarla küsülü idim. Onu çox sevirdim, inanırdım. Amma sən demə, Təranə q...ə imiş. Məni şəmkirli biznesmenlə aldatdı. Özü mənə dedi ki, daha məni sevmir, onu sevir”.

Xatırladaq ki, Təranə Qumral 2 nəvənin nənəsidir.





 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!