Azyaşlı bacısı qızından uşağı dünyaya gələn dayının cinayəti

Azyaşlı bacısı qızından uşağı dünyaya gələn dayının cinayəti
Xəbərlər
10.09.2017 56
 
Tükürpədən hadisə Qusar rayonunda baş verib.Kənd orta məktəbinin 9-cu sinif şagirdi Xəyalənin (ad şərtidi) yay tətilindən sonra məktəbə qayıtmaması müəllimləri narahat edib.

Dərslərin başlamasından 2 ay keçməsinə baxmayaraq Xəyalə bir dəfə də olsun məktəbə gəlməyib. Müəllimlərin Xəyalənin valideynlərinə etdikləri müraciətlər də cavabsız qalıb.

Qızın taleyindən narahat olan müəllimlər polisdən kömək istəyiblər. İşə polis əməkdaşları qarışandan sonra məlum olub ki, 14 yaşlı Xəyalənin dərsə gəlməməsinə səbəb hamilə olmasıdır.

14 yaşlı qız 7 aylıq hamilə olub.

Xəyalə vəziyyətinə görə utandığından məktəbə getmək istəməyib.

Qızlarının hamilə olmasından gec xəbər tutan valideynləri də kənddə biabır olmamaq üçün Xəyaləni evdən bayıra buraxmayıblar.

Polisdən söhbət zamanı Xəyalə dayısından hamilə olduğunu bildirib.
Xəyalə may ayında dayısı Nərimangilə qonaq getdiyi və bu hadisənin də o vaxt baş verdiyini bildirib.

Qonaq getdiyi dayısı evli olub və 2 uşağı var.

Dayısının arvadı heyvanların arxasınca getdiyindən Xəyalə dayısı Nərimanla evdə tək qalıb.

Bacısı qızına göz qoyan Nəriman Yarəliyev onunla evdə tək olmasından istifadə edərək qızı qucaqlayıb.

Azyaşlı Xəyalə də dayısının onu qucaqlayıb öpməsinə etiraz etməyib.

Azyaşlı qızı qucaqlamasından ehtiraslanan dayı bacısı qızı ilə cinsi əlaqədə olub.

Bundan sonra Nəriman mütəmadi olaraq bacısı qızını evinə qonaq çağırıb və onunla cinsi əlaqədə olub.

Qızın hamilə olmasından xəbər tutanda isə artıq gec olub.

Qızın ifadəsindən sonra polis əməkdaşları Nəriman Yarəliyevin yaşadığı ünvana gələrək onu həbs ediblər.

Dindirmələr zamanı Nəriman Yarəliyev bacısı qızı ilə aralarında olanları etiraf edib.

Hər şeyin qarşılıqlı razılıqla olmasını deyən Nəriman bacısı qızı ilə evlənməyə hazır olduğunu bildirib

Nəriman həyat yoldaşının da onun bu istəyinə etiraz etmədiyini bildirib.

Nərimana izah olunub ki, qanunvericiliyə əsasən azyaşlı qızla onun razılığı ilə də cinsi əlaqədə olma da cinayətdir.

Yəni evlənməklə Nəriman məsuliyyətdən boyun qaçıra bilməyəcək.

Azyaşlı bacısı qızına qarşı intimual hərəkətlər etməkdə ittiham olunan Nəriman Yarəliyevin cinayət işinin istintaqı yekunlaşandan sonra məhkəməyə göndərilib.

Həmin müddət ərzində Nəriman Yarəliyevin həyat yoldaşı 9 aylıq körpə uşağı ilə onun evini tərk edərək ata yurduna qayıdıb.

Ondan hamilə qalan bacısı qızı isə 15 yaşında ana olub.

Keçirilən məhkəmədə Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı intimual hərəkətlər etmə) maddəsi ilə təqsirli bilinən Nəriman Yarəliyev 14 il müddətinə azadlıqdan məhrum edilib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!