Musa Musayev - Təranə Qumral "fırtınası" ŞOK budur!

Musa Musayev - Təranə Qumral
Xəbərlər
10.09.2017 152
Musayevlərin evində toy-bayramdır: "Nəslimizin üstündəki ləkə təmizləndi!"

Musa Musayevin Təranə Qumraldan boşanması Musanın yaxın qohumları üçün şad xəbər olub.

"Bu xəbər bizim ailə üçün toy-bayramdır. Bütün nəsil Musanın Təranədən
ayrılmasını gözləyirdi. Hamı bizə göz aydınlığı verir. Nəslimizin
üstündəki ləkə təmizləndi! Şükür, bu günü gördük. Amma çox heyflər olsun ki, 1 il əvvəl dünyasını dəyişən kiçik
qardaşımız bu günü görmədi...". Təranə Qumralla xəyanət üstündə boşanan
Musa Musayevin qardaşı Əli Musayev Anspess-ə müsahibəsini bu sözlərlə
başladı. Əli bəy Təranə ilə evləndiyi üçün Musanı qardaşlıqdan
çıxartdıqlarını deyib: "O qadına görə hamımız ondan üz döndərmişdik.
Əmimiz Niyaməddin Musayev də Musa ilə tam əlaqəsini kəsmişdi. Biz çox
dedik, amma Musanı inandıra bilmirdik. Onu dəlicəsinə sevirdi, kor
olmuşdu. Musaya "Kor Musa" deyirdik..."

Əli Musayev qardaşının
Təranə Qumraldan rəsmən ayrıldıqlarından yeni xəbər tutduqlarını və
qardaşının illərdir aldanıldığını, istifadə edildiyini deyib: "Bütün
var-dövlət Təranəyə qalıb. Neçə ildir birlikdə yaşayıblar, birlikdə toya
gediblər, qazanıblar. Amma hər şey Təranənin adına imiş. Boşanandan
sonra hər şey ona qalıb. Musanın adına bir "Range Rover" var, o da
bankdadır. Əvvəlki ərindən olan 2 uşağı da Musanın üstünə yazdırıb. Guya
o uşaqlar da Musadandır".

--------

"Facebook"da yazılanlar həqiqətdirmi?

Facebook sosial şəbəkəsində "Cabbar Musayev söz-söhbətin əlindən Bakını
tərk etdi" yazıları heç də həqiqət deyil. Musiqiçinin dostlarından əldə
etdiyimiz məlumata görə, Cabbar, qardaşı Musa Musayevin ailəsindəki
dava-dalaşa görə ölkəni tərk etməyib.

O, Könül Kərimova ilə birlikdə Rusiyaya dəvət aldıqları məclisdə çıxış etmək üçün yollanıb və 5 gündən sonra vətənə qayıdacaq.

----------

Nərimanov Rayon Məhkəməsindən Milli.Az-a verilən məlumata görə, Təranə Qumral və Musa Musayev 2011-ci ildə rəsmi boşanıblar.



Bu barədə hakim Turqay Hüseynovun sədrliyi ilə məhkəmə qətnaməsi çıxarıb.

---------

Təranə Qumral keçmiş həyat yoldaşı Musa Musayevin ittihamları qarşısında susmadı:



Musa ilə mənim boşanmağım çoxdan olub. Mən bütün sənədləri göstərə
bilərəm. Sadəcə olaraq, uşaq atasız qala bilmədiyi üçün mən Musanı
qızımın başına fırlayıb dedim ki, ailə kimi olmasa da, bir yerdə
yaşamağa davam edək, həm də birgə yaradıcı fəaliyyətimiz də var. Bəzən
aramızda söz-söhbətlər də olurdu. İnanın külli miqdarda borclanmışdı.
Ondan-bundan borc yığıb pulları futbola yatırırdı.

3 min birindən, 3
min 6 yüz birindən, 10 min, 20 min də başqalarından alıb borca
girmişdi. Mən artıq cana doydum. Və dedim ki, səninlə bir yerdə yaşamaq
istəmirəm. O da dedi ki, mənimlə yaşamasan mən səni biabır edəcəyəm. Onu
da deyim ki, uzun müddət idi bağda yaşayırdı. Və bilmirəm çöllərdə mənə
qarşı kim öyrədir. Dünən evə gəldi, heç nə demədən üstümə hücum çəkdi.
Qarşısına qızım Fidan keçdi. Birinci onu vurdu. Bilmirəm o açıqlamanı
haradan verib, guya polisə şikayət etmişəm, belə bir şey olmayıb.


Heç indi də mobil telefonuna zəng çatmayıb. Azyaşlı qızım Sevgim
qorxduğu üçün mən qonşuya keçdim. Jurnalistlər istəsə, Musanın borclu
olduğu insanların nömrələrini onlara verə bilərəm.

Borc alıb
kimlərə yedirdəcək, mən niyə balalarımın boğaznmdan, geyim-keçimlərindən
kəsib ona xərcləməliyəm? Əvvəllər heç kim Musanı saymayanda mən onu
kəşf elədim, onu adam elədim. Nə olsun Musa yaxşı oxuyan idi? Yataqda
məni başqa birisi ilə tutduğuna gəlincə, qoy ad çəksin. Əgər, həqiqətən,
məni kimləsə tutubsa, niyə öldürməyib? Elə ikimizi də öldürərdi. Çox
xahiş edirəm jurnalistlər yazıb-pozmaq üçün bu mövzunu şişirtməsinlər.
Qardaşları bir yandan, anası bir yandan üstümə hücum çəkirlər. Onu da
deyim ki, Musanın psixoloji problemləri də var idi.

Ev şəraitində
müalicə də almışdı. Cavan qardaşı dünyasını dəyişəndə ona bəd xəbəri
verəndə başı pozulmuşdu. Ağlı üstündə olan adam belə bir müsahibə verməz
axı? Arvadın səndən boşanıbsa, birlikdə yaşamaq istəmirsə, daha nəyə
lazımdır elə yazılar yazdırmaq? Sabah başqa bir adama ərə də gedə
bilərəm. Bunun heç kimə aidiyyəti yoxdur. Mən efirə çıxıb onu biabır
eləmək istəmirəm. Övladlarımı, pərəstişkarlarımı düşünürəm”.



---------

"Musa qədər namussuz, qeyrətsiz insan heç Fransada da yoxdur".

"Musanın qeyrəti olsaydı, Təranədən çoxdan boşanardı".

Tanınmış bəstəkar Cabbar Musayev qardaşı Musa Musayevin Təranə
Qumraldan ayrılması xəbərinə  vasitəsi ilə münasibət bildirib.

"Biz nəsillikcə Musanı qohumluqdan çıxarmışıq, o, nəinki nəslimizin
adına, doğulduğu İmişlinin adına ləkədir. Vaxtında ona anam da, əmim
Niyaməddin də, mən də dedik ki, o qadından əl çək. Amma bizi eşitmədi,
dedi ki, iki dünya bir ola ondan ayrılmayacağam. İndi ölüb yerə girsin.
Mən onu qardaşlıqdan çıxarmışam. Bütün nəsil o adda adam tanımır. O
qadının Musanın başına gətirdiyi oyunları bilsəniz, tükünüz başınızda
biz-biz olar. Musanın bütün var-dövlətini yedi, qazancı hesabına özünə
nələr etdi. Amma Musanın adına bir pencək də yoxdur. Qardaşımın başını
yedi, xarab etdi”.

Birdən Musa əsəbiləşib Təranəyə xəsarət yetirə bilərmi?

"Haradaydı Musada o qeyrət. Elə qeyrəti olsaydı, vaxtında o işi
görərdi. Musa qədər namussuz, qeyrətsiz insan heç Fransada da yoxdur.
Amma qocalmış vaxtında əgər ayılıb o qadından əl çəkəcəksə, buna görə
Allaha min şükür etmək olar. Musa dünyanın ən bədbəxt insanıdır, bir
qadının əlində oyuncağa çevrilib, başı xarab olan bir insandır. O qadın
Musanın adına nələr böhtan danışmadı; gah narkoman dedi, gah alkaş.
Musaya o da azdır”.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!