Fotomodel Zarina Nazarova "Ailə qayğısı çəkməyə çətinlik çəkirəm"

Fotomodel Zarina Nazarova
Xəbərlər
10.09.2017 11
1. Özünü təqdim et.

Zarina Nazarova.

2. Zarina Nazarova kimdir?

Sharmlı Fashionistka...

3. Özün haqda danış bizə.

Tələbə. Turizm sahəsi üzrə. Elmə çox önəm verən. Baxımlı. Fashionu aldığı hava kimi dəyərli hesab edən (gülür) Və ən əsası Allahın kiçik bəndəsi.

4. Ailən haqda danış bizə.

Ailəm dörd nəfərdən ibarətdir. Atam bizneslə məşğuldur. Anam evdar qadındır, amma sənəti müəllimədir. Qardaşım isə bankda çalışır. RF-da Yəqinki bu qədər yetərlidir. (gülür)

5. Valideynlərinin bütün arzularını reallaşdırmısan?

Valideyn olaraq əlbətdə ki məndən xoşbəxt ailə və nəvələr gözləyirlər. Birdə valideynlərimin arzusu məni xoşbəxt görməkdir. Mənsə bu gün ki, günümdə xoşbəxtəm. Təhsillə bağlı mücadilələr edirəm. İstədiyim pillələrə yüksəlmişəm, təbii ki planlarım tam həyata keçməyib, amma yaxın zamanda modalar evi açmaq fikrim var. RF-da.

6. Qürbət eldə çətin deyil sənə?

Əvvəl çətin idi, indi alışmışam.

7. Həyatından razısan?

Həyatımdan yox Allahımdan razıyam.

8. Həyatında nə çatışmır?

Həyatımda nə yox, kim çatışmır deyərdim ( gülür ) Yəqin ki, yaxın gəlcəkdə o da olar.

9. Bildiyimiz kimi nişanlısan, toya özünü hazır hiss edirsən?

Yox. Düzünü desəm hazır deyiləm (gülür ) ailə qayğıları çəkməyə çətinlik çəkirəm.

10. Sevgi yoxsa ehtiras?

Sevgi üzərində qurulmuş ehtiras...

11. Zəif tərəfin nədir?

Ürəyimin yumşağlığı.

12. Güzgüyə baxanda  nə düşünürsən?

Kiminsə gözündə gözəl olduğumu (gülür)

13. Minnət ediblər sənə?

Olub (gülür) Məncə hamının başına gəlib bu...

14. Axırıncı dəfə hansı kitabı oxumusan?

Teoder Drayzer "Sestra Kerri"

15. Çox səmimisən yoxsa belə də...?

Əslində belə görünüşüm özümdən razıdır. Deyilənə görə göründüyüm kimi deyiləm. Tanışlığın müəyyən zamanından sonra çox səmimi olduğumu eşidirəm. Birdə insanlarla ünsiyyət qurmağa ilk cəhd edə bilmirəm. Çətinlik çəkirəm.

16. Dəblə ayaqlaşırsan?

Bəli, mən ən son trendləri alıram və istifadə edirəm. Dəblə ayaqlaşmaq yox dəblə düzgün ayaqlaşmaq lazımdır.

17. Köhnə geyimləri neyləyirsən?

Ehtiyacı olanlara verirəm. Çünki mənim geyimlərim yeni qalır. Bir neçə dəfə geyinirəm i vso...

18. Necə oldu Qadınlar.bız-ə gəldin?

Təsadüfi bir görüş oldu. Nə isə axtarırdım Qadınlar.biz reklamını gördüm və daxil oldum. Göründüyü kimi bu günə kimi əl çəkə bilməmişəm. (gülür)

19. Səncə Qadınlar. biz tarixində qalacaqsan?

Məncə saytdən qeydiyyatdan çıxsam uzağı bir ay yadda qalaram (gülür) Çünki həmişə belədir. Hər şeyə alışılır hər yerdə...

20. Mənə münasibətin?

Sən bəyəndiyim bir neçə xanımlardan birisən, şəklinidə görmüşəm. Mələyə bənzəyirsən, eləcə də xarakterində.

21. Hansı sualı eşitmək istəyərdin?

" Həyat nədir ? " sualını eşitmək istəyərdim. Cavabında isə deyərdim " Həyat əzab və nəşhədən yoğrulmuş bir güldür. Tikanı olmasa gülü lətifliyindən məhrum olardı"

22. Müsahibəni oxuyanlara nə demək istəyərdin?

Demək istəyərdim ki, həmişə özlərinə hörmət etsinlərki, kənardakılarda onlara hörmət qoysunlar. Hərzaman Sharmlı olsunlar. İnşAllah Bakıda tezliklə zövqlü xanımları görmək ümidi ilə...

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!