Arvadının çılpaq fotolarını başqa kişilərdə görən kişi...

Arvadının çılpaq fotolarını başqa kişilərdə görən kişi...
Xəbərlər
10.09.2017 6
Sədaqət Füzuli rayonundan ailəsi ilə
birgə qaçqın düşüb Bakıda yataqxanaların birində məskunlaşıblar. Anası
vərəm xəstəsi olduğu üçün yataqxanadakı şəraitsizliyə davam gətirə
bilməyib dünyasını dəyişir. Bir müddətdən sonra atası ailəni dolandıra
bilmədiyi üçün Rusiyanın Tümen vilayətinə gedir. Sədaqət qoca nənəsinin
və özündən böyük iki qardaşının ümidinə böyüyür. Doqquzuncu sinifdən
sonra təhsilindən geri qalır. Sədaqətin bacıları ailə həyatı qurur.
Yaşlı nənəsi ilə tək qalan Sədaqətin həyatı dəyişir. Yaxın məhəllələrdən
olan Səid adlı oğlanla tanış olur. Onuncu sinifdə oxuyanda Səid onu
inandırır ki evlənəcəklər. Sədaqət ona aldanıb cinsi əlaqəyə girir. 3 ay
sonra hamilə olduğunu anlayır. Nənəsi onun hamilə olmasından şübhələnən
kimi döyüb evdən qovur. Sədaqətin həmin gündən həyatı alt-üst olur. 



O, küçələrə düşür... 



Kimsəsiz qızcığaz Səidgilə gedib hamilə olduğunu deyir. Səidin anası onu qapıdan qovur. Onlar həmin gündən görüşmürlər. 
Sədaqət
küçələrə düşür. Gecələmək üçün gəldiyi kafedə uzaq qohumlarının oğlu
ilə rastlaşır. Rəşad onu evlərinə aparır. Sədaqət yetkinlik yaşına
çatmadığı üçün orqanizmi baş verənlərə tab gətirmir və uşağını itirir.
Rəşadın anası bir aydan sonra Sədaqətin onlardan çıxıb getməsini tələb
etsə də, Rəşad Sədaqətlə evlənməyə qərar verir. Rəşadın anası nə qədər
çalışsa da, alınmır. O, fikrindən daşınmır. Nəhayət, ana da razılığa
gəlir. Sədaqətlə Rəşad evlənirlər. Sədaqət bir anın içində düşdüyü
çirkabdan, yoxsul həyatından qurtulur. Türkiyədə işləyən Rəşad bir ayın
yarısını Bakıda, digər 15 günü isə İstanbulda keçirir. 



Bir
ilə yaxın zaman keçir. Sədaqət Rəşadın tez-tez xaricə getməsindən
narazılığını bildirməyə başlayır. Münasibətlər soyuyur. Rəşadın
İstanbulda olduğu ərəfədə Sədaqət şəhərdə Səidlə qarşılaşır. Onun köhnə
hissləri oyanır. Səid onu kafeyə dəvət etsə də imtina edir. Telefon
nömrəsini ona verib ayrılır. İki gün sonra Səid Sədaqətə zəng edir.
Sədaqət əvvəl etiraz etsə də görüşə gəlir. Bir həftənin içində hər şey
dəyişir. Səidlə münasibətləri əvvəlki vəziyyətinə qayıdır. Mütəmadi
olaraq görüşməyə başlayırlar. Sədaqətlə ərinin münasibəti getdikcə
kəskinləşir. Rəşadın İstanbulda olduğu yay aylarını Sədaqət Səidlə
keçirir. 
Oktyabr ayında Rəşad
Bakıya dönür. Sədaqət ərinə boşanmaq qərarını deyir. Rəşadla aralarında
böyük dava olur. Rəşad evdən çıxan kimi Sədaqət Səidə zəng edib deyir
ki, onlar bir də görüşməyəcək. O, boşanmaq fikrindən daşınıb. 



Həmin
gecə hirsli ər dostları ilə içki məclisinə gedir. Həmin məclisdə
təsadüfən Səid də olur. Sədaqətdən hirsli olan Səid Rəşadın kimliyini
bilmədən görüşdüyü qızlardan danışır. O qızların şəkillərini dostlarına
göstərir. İçkili kişilər Səidin telefonundakı qız şəkillərinə baxırlar.
Rəşadın gözü birdən telefondakı şəkillərə sataşır. O, şəkillərin içində
arvadı Sədaqətin çılpaq, bilyard masasının üstündəki fotosunu görür.
Rəşadı dəhşət bürüyür. Səiddən bu qızı haradan tanıdığını soruşur. O isə
köhnə sevgilisi olduğunu, indi də görüşdüklərini deyir. Rəşad sakitcə
məclisdən ayrılıb evə gəlir. Evə girən kimi Sədaqətin boğazından yapışıb
haqq-hesab tələb edir. Sədaqət etdiklərini etiraf edir. Səidə zəng edib
bir daha görüşməyəcəklərini də deyib. 
Rəşad ikinci dəfə onu bağışlayır. 



Həmin
gündən onların həyatı dəyişir. Sədaqət Səidin etdiyi alçaqlıqdan sonra
ona nifrət edir. Sədaqət Rəşada bağlanır. Onu sevməyə başlayır. 
Rəşad
isə heç nəyi unutmur. Onu daxilində yaşatdığı qısqanclıq sakit
buraxmır. O, narkotikaya qurşanır. Bu gediş aylarla davam edir. Sədaqət
hamilə qalır. Hamiləliyinin üçüncü ayında Rəşad evə ərzaq almaq adı ilə
evdən çıxır. Onu qonşular səhəri gün binanın bloklarının birindən ölmüş
tapırlar. Həkim-ekspert onun yüksək dozalı narkotikadan dünyasını
dəyişdiyini deyir. Sədaqət yenicə sevməyə başladığı ərini itirir. Rəşad
öləndən sonra dəfələrlə intihara cəhd edir. Lakin sağ qalır. Həkimlər
onu qurtarır. Rəşadın anasının köməkliyi ilə qızını dünyaya gətirir.
Qızı iki yaşına çatanadək Rəşadın anasının maddi dəstəyi ilə yaşayır.
Sonra özü iş axtarmağa başlayır. Rəşaddan ona ev, bağ, maşın və bir
qədər pul qalsa da, qızını böyütmək üçün işləmək qərarına gəlir.



Sədaqət
deyir ki, Rəşad öləndən sonra çox peşman olur. Qızı Nərgizin atasız
böyüməyi ona pis təsir edir. Özünü bağışlaya bilmir. Səhvlərini bir daha
təkrarlamamağa söz verir. İran mallarının satışı firmasında işə
düzəlir. Dörd ay sonra yaxşı gəlir əldə etməyə başlayır. İşlədiyi
firmanın iranlı  sahibəsi ilə münasibətləri sıxlaşır. Bir müddət sonra
Sədaqət özü də satış üçün vəsait qoymağa başlayır. Qadın onu İrana-öz
evinə qonaq dəvət edir. Sədaqət qızını da götürüb İrana gedir. 



Sədaqət
İranda yaşadığı günlərini xatırlayınca gözləri dolur. Deyir ki, iranlı
Seyran adlı qadın onu evinə dəvət edəndə heç vaxt ağlına gətirməzdi ki,
yaşadığı əziyyətlərin üstünə İranda yeniləri əlavə olunacaq. Sədaqət bir
həftəlik qonaq getdiyi Rəştdən qayıtmaq istəyəndə Seyran ona icazə
vermir. Deyir ki, xəbərlərdə baxıb ki, Azərbaycanda vəziyyət
təhlükəlidir. İxtişaşlar yaranıb. Bir həftə də qalıb sonra geri qayıdar.
Sədaqət ona inanır. Onun xəbəri olmur ki, İranda olduğu vaxt işlərini
idarə etmək üçün etibarnamə verdiyi Seyranın azərbaycanlı ortağı Nail
onun hər şeyini əlindən çıxarmaqla məşğuldur. Sədaqət bir həftə
keçdikdən sonra Azərbaycana getmək istədiyini deyəndə Seyran ona deyir
ki, o bir də Azərbaycana gedə bilməz. Çünki onun passportunu cırıb.
Sədaqət Seyranın hərəkətlərini anlaya bilmir. Aralarında mübahisə
yaranır. Seyran Sədaqəti bərk döyür. 



Dava
Sədaqətin körpə qızı Nərgizin gözü qarşısında olur. Uşaq keçirdiyi
həyəcandan bir daha danışa bilmir. Seyran Sədaqətin Rəşaddan qalan hər
şeyini əlinə keçirdikdən sonra onu zorla yaşlı kişiyə ərə verir. Sədaqət
tanımadığı, dilini bilmədiyi yerdə nə edəcəyini bilmir. Uşağını da
götürüb zorla Taha adlı kişinin evinə köçür. Sədaqətə bu evdə yaxşı
baxılsa da, İranın ağır şərtlərinə dözə bilmir. Hər gün yaşlı ərinə
yalvarıb onu Azərbaycana göndərməsini istəyir. Nəhayət, iki ildən sonra
Sədaqətin sənədlərini düzəltmək mümkün olur. 



Sədaqət
Bakıya qayıdanda isə evində başqalarının yaşadığını görür. Evin yeni
sakinləri Nailin həmin evi onlara satdığını deyir. Nail Sədaqət
Azərbaycana qayıdana qədər Rəşaddan qalan evi, maşını və bağı satır.
Sədaqətlə qızının qalmağa yeri olmur. Hər şey əvvəlki vəziyyətinə
qayıdır. Sədaqət illər sonra yataqxanalarda atasını, bacılarını
axtarmağa başlayır. Nəhayət, atasını Ağcabədi rayonunda sınıq-salxaq
daxmada tapır. Atası şüurunu itirdiyinə görə onu tanıya bilmir. Sədaqət
yaşlı və xəstə atasının yanında yaşamağa başlayır.



Sədaqətin
qızı Nərgiz yaşadığı stresslərdən sonra hələ də danışa bilmir. Sədaqət
isə atasının yanından bir dəqiqə də ayrılmır. Ağcabədidə həyətyanı
sahədə əkib-becərdiklərinin pulu ilə yaşayır. Bakıya yalnız qızını
müalicə üçün gətirir. Sədaqət Bakıdan qorxur...
Əziz
oxucu, Sədaqətin səhvlərlə dolu qarmaqarışıq həyatı mənə bunları dedi:
Səhvsiz insan yoxdur, ancaq səhvi səhvə calamaq və başqalarına zərər
vermək bəlkə də günahların ən böyüyüdür.



Günay Muradlıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!