Qadın Rusiyada işləyən ərinə xəyanət edirsə...

Qadın Rusiyada işləyən ərinə xəyanət edirsə...
Xəbərlər
10.09.2017 113
Bu əhvalatı mənə bir dostum danışdı. Azərbaycanda A. şəhərində baş verib.



O deyir:



"Onu
hər dəfə eyvanda görəndə gözümü çəkə bilmirdim. Yaraşıqlı qadın idi.
Onsuz da tay-tuşlarla binanın qabağında yığışanda heç birimizə yaxınlığı
olmayan qadınlara bir qulp bağlayırıq.



Mən də gözümü çəkmirdim
ondan. Hiss edirdim ki, o da mənə qarşı laqeyd deyil. Balkona çıxanda,
paltar sərəndə, məhlənin qabağından ötəndə mənə baxır.



İki uşağı
var. Yoldaşı Rusiyada işləyir, məhlə uşağıdır. Qızın qardaşını da,
oğlanın qardaşını da tanıyıram. Çox ayıb bir iş gördüyümün fərqində
idim, məni ürəkləndirən onun baxışları idi.



Doğrusu, çəkinirdim
ona yaxınlıq etməyə. Bəlkə heç o mən deyən qadınlardan deyil. Bir binada
yaşayırıq. Yaxınlaşıb nə deyəcəm? Birdən acılayar, söyər, biabır edər
məni.



Nəhayət onunla görüşmək qərarına gəldim. Amma bilmirdim necə edim.



Ona görə də maşının üstünə "satılır” lövhəsi vurdum, nömrəmi də yazdım. Düşündüm ki, məndən xoşu gəlirsə, mütləq zəng edəcək.



Elə
də oldu. Həmin axşam zəng gəldi. O idi. Söhbətin necə, nə zaman yataq
mövzusuna gəldiyini bilmədik. Gecəyə doğru birdən mesaj gəldi ki, səni
istəyirəm. Doğrusu hər şeyin bu qədər tez alınacağını özüm də güman
etmirdim.



Həmin gün heç cür görüşə bilməzdik. Uşaqlar evdə idi. Səhərə razılaşdıq.



Unudulmaz bir gün yaşadıq. Həyatım boyu bu qədər ehtiraslı qadın görməmişdim.



Artıq
bir gündən bir məni istəyirdi. Evlərinin hər bir guşəsində sevişmişdik.
Evlərində alınmayanda küçəyə çıxırdı. Bir gecə blokda sevişdik. Bir
dəfə isə qaraja apardım, maşında sevişdik. Növbəti dəfə gizlicə maşınıma
mindi (hamının bir-birini tanıdığı bu məntəqədə necə də riskli işdir)
onu meşəyə apardım. Orda ağacların arasında çəmənlikdə sevişdik. Sonra
binanın qabağındakı yarımçıq tikilidə sevişdik.



Hətta bir dəfə məndən uşağa qalacaqdı. Yamanca qorxuya düşmüşdü. Dərman aldım, həll etdik.



Ömrümdə
onun qədər ehtiraslı qadın görməmişdim. Həyatımda heç vaxt bu qədər
ehtirasla sevişməmişdim. Özümü intimofilmlərin qəhrəmanı kimi hiss
edirdim. Onun mənə bağlılığını, hətta bir neçə dəqiqəlik intimual həzz
üçün özünü bu qədər riskə atmasını başa düşə bilmirdim. Axı əri Rusiyada
olsa da qardaşları, qaynı, qayınatası burda idi. Adına söz çıxsaydı,
bir anda bütün rayona yayılacaqdı.



Bir dəfə iki gün görüşə
bilmədik. Mən artıq onsuz dözə bilmirdim. O da eləcə. Binanın qabağında
dayanmışdım. Bir də gördüm ki, birinci sinfə gedən oğlu blokun ağzında
göründü, mağazaya tərəf yüyürdü. Dərhal yuxarı qalxdım. Qapını açdı. Ona
sarıldım. İniltiylə yalnız bunu deyə bildi: "Uşağı çörəyə göndərmişəm”.



Növbəti
sevişmələrimizin sonunda ondan soruşdum ki, axı niyə belə edirsən? Ərin
Rusiyaya çörək qazanmağa gedib. Arxayındır ki, arvadım sədaqətlə məni
gözləyir. Sənsə ona xəyanət edirsən.



O isə mənə dedi ki, nə
olsun çörək qazanmağa gedib, mənə çörək lazım deyil, kaş burda olaydı,
mən də ona xəyanət etməzdim. Mən də insanam. Mən də intim istəyirəm. O
gedəndən sonra neçə aydır kişi ilə olmurdum, xəstəliyə düşmüşdüm. O
gedib Rusiyada rus qızları ilə kefini çəkir, bəs mən nə edim? Mən insan
deyiləm? Elə bilirsiz qadınlar intim istəmirlər?



Mən ona nə deyəcəyimi bilmədim. Arada yaranan pauzanı siqaret yandırmaqla doldurmağa çalışdım.



İki həftə olar əri gəlib. Daha görüşə bilmirik.



İndi səndən soruşuram?



O
qadın haqlıdırmı? O nə etməlidir? Nə qədər dözsün. Əri ildə gəlib bir
ay qalır, yenidən çıxır gedir. Bəs onun da ehtiyacları var axı. Səncə o
qadın fahişədir?”



Doğrusu, mən də bilmədim dostuma nə cavab
verim. Əlac qalır məşhur filmdəki bəlağətlə sizdən soruşmağa: O qadın
nədir?! Fahişəmi? Xəyanətkarmı? Yoxsa, elementar fiziki ehtiyacını
ödəmək istəyən bir insanmı?



Kulis
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!