++++++++++++Hilari Daff

++++++++++++Hilari Daff
Xəbərlər
10.09.2017 4
 

Sevilən aktrisa Hilari Enn Daff 1987-ci ildə sentyabrın 28-də Amerika Birləşmiş Ştatlarının Texas ştatında anadan olub. Hilari 6 yaşı olarkən sevdiyi rəqslə məşğul olmağa başlayıb və elə həmin ildə "Şelkunçik" baletində ilk dəfə olaraq səhnəyə çıxıb.

Televiziya reklam çarxlarına çəkildikdən sonra aktyorluq sənətinə meylliliyini anlayan Hilari "Kasper Uendini qarşılayır" filmində kiçik ifritə obrazını canlandırıb. Daha sonra isə o, "Kadet Kelli" filmində baş rola dəvət olunub. Hilari Duff Delani və Reyleç Li ilə birgə "Əsl qadın" mini serialında iştirak edib. Daha sonra aktrisa "Soul Collector" filminə çəkilib. Bu film Duffa "İkinci planda ən yaxşı aktrisa" kateqoriyasında "Ən yaxşı gənc aktrisa" mükafatını qazandırdı. 2003-cü ildə aktrisa "Agent Kodi Benks" filmindən sonra isə "Lizzi Makquyer" serialının film versiyasına çəkilib. Aktrisanın böyük şöhrət qazanması "Lizzi Makquayer" serialında canlandırdığı obrazdan sonra baş verdi. Böyük şöhrət qazanan Hilari müxtəlif filmlərə çəkilməklə bərabər, eyni zamanda müğənniliklə də məşğul olur. Aktrisalığıyla şöhrət qazanan Duff, müğənniliyində şöhrət zirvəsini fəth etməyi bacardı. 2002-ci ilin payız aylarında, Hilari Duffın debüt sinqlı işıq üzü görüb. Bu,"Lizzi Makquyer" filmindən soundtrek idi. Daha sonra sevilərək şöhrət qazanan aktrisanın 2003-cü ilin avqust ayında "Metamorfoza" adlı albomu satışa buraxılıb. Alboma daxil edilən mahnı janrlarının siyahısına romantik balladalardan tutmuş, müxtəlif mahnılar daxil olunub. Rok mahnıları albomda xüsusi yer alıb. Bundan başqa Hilari Duff üzgüçülüklə, tay-bo və hip-hop tərzi ilə də maraqlanır. Bütün bunlarla yanaşı, aktrisanın böyük ürəyi var. Hilari xeyriyyəçiliklə də məşğuldur. Belə ki, o, Odri Hepbernin uşaq fondunun Xeyriyyəçilik Şurasının üzvüdür


++++++++++++Hilari Daff

 



 



 

++++++++++++Hilari Daff

 



 

++++++++++++Hilari Daff

 



 

++++++++++++Hilari Daff

 



 



 

++++++++++++Hilari Daff

 

++++++++++++Hilari Daff

 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 



 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!