Eurovision 2013 də sıra nömrəmiz bəlli oldu

Eurovision 2013 də sıra nömrəmiz bəlli oldu
Xəbərlər
10.09.2017 8
 
May ayında İsveçin Malmö şəhərində keçiriləcək "Eurovision Mahnı Müsabiqəsi" nin yarımfinal iştirakçılarının sıra nömrəsi elan olunub. Yanvarda keçirilmiş püşkatmanın nəticələrinə görə, Azərbaycan mayın 16-sı baş tutacaq İkinci Yarımfinalın ilk yarısında çıxış edəcək. Dünən isə yarımfinal iştirakçılarının sıra nömrələri yenidən elan olunub. Şou prodüserlərinin qərarına əsasən, Azərbaycan təmsilçisi Fərid Məmmədov ikinci yarımfinalda 4 nömrə altında çıxış edəcək

Digər ölkələr bu ardıcıllıqla çıxış edəcək.



İlk Yarımfinal



1. Avstriya

2. Estoniya

3. Sloveniya

4. Xorvatiya

5. Danimarka

6. Rusiya

7. Ukrayna

8. Niderland

9. Çernoqoriya

10. Litva

11. Belarus

12. Moldova

13. İrlandiya

14. Kipr

15. Belçika

16. Serbiya



İkinci Yarımfinal



1. Latviya

2. San-Marino

3. Makedoniya

4. Azərbaycan

5. Finlandiya

6. Malta

7. Bolqarıstan

8. İslandiya

9. Yunanıstan

10. İsrail

11. Ermənistan

12. Macarıstan

13. Norveç

14. Albaniya

15. Gürcüstan

16. İsveçrə

17. Rumıniya



Qeyd edək ki, bu il, ötən illərdən fərqli olaraq Yarımfinalda və Finalda ölkələrin hansı sıra nömrələri altında çıxış edəcəklərini müəyyənləşdirmək üçün püşkatmadan istifadə olunmayıb. Avropa Yayımlar Birliyinin qərarına əsasən bunu şounun prodüserləri özləri müəyyənləşdiriblər.

Xatırladaq ki, təmsilçimiz Fərid Məmmədov yarışmada "Hold me" mahnısı ilə çıxış edəcəkскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!