Bakının hansı rayonunu fahişələr üçün leqallaşdırmaq olar?

Bakının hansı rayonunu fahişələr üçün leqallaşdırmaq olar?
Xəbərlər
10.09.2017 26
İctimaiyyət olaraq fahişəliyin əleyhinə ola bilərik. Lakin, faktlar onu
sübut edir ki, bu sahədə ölkə olaraq ciddi problemlərimiz var. Bu dəfəki
yazının məqsədi dünya praktikasından çıxış edərək Azərbaycanda intim
xidmət göstərən obyektlərin konkret küçələrə daşınmasının mümkünlüyünü
araşdırmaqdır.



Təsəvvür edin ki, həyat yoldaşınız və ya
sevgilinizlə axşam yeməyi üçün restorana gəlmisiniz. Yeməyin şirin
yerində polislər içəri daxil olur. Obyektdə fahişəlik xidmətinin
göstərildiyini, qanunsuz hərəkətlər olduğunu sizə deyirlər. Restoranda
araşdırma başlayır, hay-küy qopur. Sizinlə heç kimin işi olmasa belə,
gününüz zəhərə dönür. Yaxud da həyat yoldaşınız, rəfiqənizlə saunaya
gəlmisiniz. Buxarın içində gözünüzə polislər görünür. Ancaq
gördükləriniz xəyal olmaya da bilər. Dincəlmək, buxarlanmaq üçün
gəldiyiniz sauna fahişəlik yuvası da çıxa bilər. Siz günahsız olduğunuzu
sübut edənə qədər diabet xəstəsi ola bilərsiniz.



Sadaladığım
durumların heç birindən sığortalanmamışıq. Çünki, Azərbaycanın, demək
olar ki, hər bölgəsi haqda həftə səkkiz, mən doqquz fahişəlik xidməti
göstərən obyektlər ifşa edilir. Ən maraqlı detal isə ifşa olunan
obyektlər uzun illər göstərdiyi fəaliyyətdən sonra yada düşür.

intim
xidmətdən istifadə də bizdə bir çox sahələrdəki kimi "Elə, amma heç kim
bilməsin” məntiqi ilə fəaliyyət göstərir. Azərbaycan Qanunvericiliyinə
görə fahişəlik cinayət hadisəsi yox, inzibati xətadır. Həmçinin pullu
intim xidmətdən istifadəyə görə də heç kimi asıb-kəsmirlər.



Hitler və fransız fahişəsi



Hitler
deyirdi ki, o ölkə xoşbəxt və mükəmməl olardı ki, fahişəsi fransız,
əsgəri türk, mühəndisi alman olardı. Fransada fahişəlik rəsmən olmasa
da, hamı tərəfindən Kral Louisin sayəsində qəbul edilib. Kral Louis "Xaç
yürüşü” zamanı 13 min fahişəyə əsgərləri yaxşı ruhi vəziyyətdə saxlamaq
üçün maaş verib. Ümumilikdə isə Fransada 64 ildir ki, fahişəlik rəsmən
qadağan edilib. Parisdə və müxtəlif şəhərlərdə fahişələr pərakəndə
fəaliyyət göstərirlər. Qanuni fahişəliyə isə Fransada ən çox etiraz
edənlər məhz fahişələrdir. Onlar Fransadakı vergilərdən narahatdırlar.



Dünya nə deyər



İnsanların
müəyyən yaşdan sonra intimual tələbatını ödəyə bilməməsini, buna hansısa
qadağanın qoyulmasını şərh edərkən sosioloq David Stuckler deyir ki, bu
insanlığın məhvi ola bilər. Daxildə basdırılmış intimual istəklərin sonu
ictimai partlayışa, insani hisslərin heyvaniləşməsinə, cəmiyyətə qarşı
aqressiyaya, bir çox cinayətlərə gətirib çıxara bilər.



Bakıda
fahişəlik xidməti göstərən rayonun tarixi neftin fontan vurması ilə
üst-üstə düşür. Bakı sənaye şəhərinə çevrildikdən sonra intim xidməti
göstərən qadınların toplandığı yer də müəyyənləşib. İndiki Nizami
Gəncəvinin heykəlinin yerləşdiyi ərazinin ötən əsrin əvvəlindəki adı
Parapet bağı olub. Axşam saatlarında erməni və rus qadınları
toplaşarmış. Bakının özündəndeyən kişiləri də qadın seçmək üçün məhz
bura gəlirmişlər.



Şərqdə qadağan olunmuş arzular



Heç
kimə sirr deyil ki, homointimual münasibətlərin yaranması və tüğyanı
Şərqə məxsusdur. Biz nə qədər Şərqi mühafizəkar, ali hisslər beşiyi kimi
təqdim etməyə çalışsaq da, tarix bunun əksini deyir. Şərqdə qanunsuz
cinsi əlaqənin, intim xidmətinin qadağan olunması, cəzaların ağırlığı
homointimual münasibətləri həmişə qabardıb. Məncə, bunu da heç kim danmaz
ki, qadınların cinsi zorakılıq, insest əzablar çəkdiyi ölkələr də məhz
Şərq ölkələridir. Əfqanıstanda, Pakistan və Hindistanda və sair Şərq
ölkələrində evdə yaxınları tərəfindən zorlanmış, qanaxmadan dünyasını
dəyişmiş qızlar haqda mətbuatda davamlı yazılar gedir.



İran və Sudanda fahişəlik edəni və fahişə xidmətindən istifadə edəni ölüm cəzası gözləyir.

Macarıstanda
və Hollandiyada fahişəlik fəaliyyəti leqallaşdırılıb. Hollandiyada
leqallaşdırmanın başlıca səbəbi narkomaniya, HİV-ə yoluxmaya nəzarətin
gücləndirilməsidir. Amsterdamda fahişəlik məşhur qırmızı fənərli rayonla
məhdudlaşdırılır.



ABŞ-da intim xidməti yalnız Nevada ştatında leqaldır. Nevada da konkret rayonda intim xidməti göstərilir.



Türkiyədə
küçə fahişəliyi qeyri-leqal olsa da, fahişəlik xidməti göstərən evlər
leqaldır. İstanbulda da Kadıköy adlanan ərazidə "Genelev sokağı”, yəni,
"fahişəxana küçəsi” intim xidmətdən istifadə etmək istəyənlərə açıqdır.



300
000-nə yaxın fahişəsi olan İspaniya öz fahişələrinə sarı rəngdə gödəkçə
paylayıb. Məqsəd isə gecə saatlarında maşınların qabağına qaçan
fahişələri qəzadan qorumaqdır. İspaniyanın paytaxında və digər
şəhərlərində də fahişəlik fəaliyyəti üçün konkret ərazilər nəzərdə
tutulub.



Turizm və intim xidməti



Turizmin
inkişaf etdiyi bütün ölkələrdə, hətta ən qatı İslam ölkələrində belə,
paytaxt şəhərlərində intim xidməti göstərən obyektlər fəaliyyət göstərir.


İranda İslam inqilabından sonra Tehranda "Yeni Qəsəbə” adlanan
qırmızı fənərli küçə dağıdıldı. Ələ keçən "Xüsusi qadın” adı verdikləri
fahişələrin bəziləri öldürüldü. Qalanları isə Tehranın hər yerinə
səpələndi. Bundan sonra rəsmi fahişəlik-siğə yarandı. Hazırda Tehranın
Cacrud vilayətində fahişə rayonları çox məşhurdur. Vilayətin valisi
rayonu dağıtmağı yox, fahişələri maarifləndirməyi məsləhət görüb.



Təbəqələşmə



Qədim
peşə sahiblərinin fəaliyyəti gözə çarpaçaq şəkildə artan kimi
aralarında təbəqələşmə yaranıb. Bu təbəqələşmənin nəticəsi olaraq
fahişələrin xidmət göstərdiyi küçələr, rayonlar meydana gəlib. Hələ orta
əsrlərdə İtaliyada, Yunanıstanda fahişə küçələri var idi. Bu
küçələrdəki evlərdə orta səviyyəli və çox bahalı fahişələr intim xidməti
göstərirdi. Onların qiymətini isə yaşları, gözəllikləri və işlədikləri
adam müəyyənləşdirirdi. Ucuz və yaşlı fahişələr isə daha çox
qəbiristanlıq həndəvərində və ucuz kafelərdə kişilərə indi adı
"fast-food intim” olan xidməti göstərirdilər.



Bakı sakininə sirr
deyil ki, "28 May” metrosunun qarşısı, "Səməd Vurğun” bağı Bakıda ən
ucuz -5 manata- intim xidmətin olduğu yer hesab edilir. Burada daha çox
yaşlı qadınlar işləyir. intim xidməti isə yaxınlıqdakı tualetlərdə və
yaxın ərazilərdəki "sutkalıq” adlanan evlərdə göstərilir. Bir vaxtlar
"Avropa” otelinin yaxınlığına toplaşan gey və transintimuallar isə 3-cü
mikrorayon və Yasamal qəbiristanlığı tərəfə "transfer” edilib.



Bar və diskotekalar



Orta
statistik azərbaycanlı üçün bar və diskoteka intim xidməti göstərən
qızların toplaşdığı məkandır. Bakıda bar və diskotekalarda
"razılaşmadan” sonra cütlük fahişənin əvvəlcədən hazır etdiyi evdə intim
xidməti göstərir.

Avropalı üçün istirahət etməyə, həftə sonu
viskisini içibb həzin musiqi dinləmək üçün gəldiyi barlar, Bakıda fahişə
xidməti göstərən qeyri-leqal məkanlardır. Odur ki, hazırda Bakıda
azərbaycanlıların, türklərin girişi qadağan olunan barlar fəaliyyət
göstərir. Bakıda işləməyə, yaşamağa gələn insanlar bara yalnız fahişə
"tutmağa” gələn yerli sakinlərin olmadığı obyektlərdə rahat istirahət
edə bilirlər.



Əslində Bakıda da intim xidməti göstərən masaj
salonlarının, saunaların, barların yerləşdiyi küçələr müəyyənləşdirilib.
Şəhərin "28 May” metrosundan başlayaraq "Sahil”, "İçəri şəhər”,
"Fəvvarələr meydanı” ərazilərində hər tinbaşı bar tapmaq mümkündür.
Azərbaycanda leqallaşma olmadan da Bakıda fahişəlik fəaliyyətinin
təbəqələşməsi, obyektlərin yerləşməsi çoxdan özünü sübut edib. Belə ki,
orta və bahalı intim xidməti göstərən fahişələr Bakının mərkəzindəki
obyektlərdə xidmət göstərir, eləcə də şəhərin mərkəzi hissələrindəki
evlərdə kirayədə yaşayırlar. Ən ucuz intim xidmətnin göstərildiyi
məkanlar isə "Neftçilər” metrosunun, "20 Yanvar” metrosunun, "Həzi
Aslanov” və "Əhmədli” metrosunun yaxınlığındakı obyektlərdir.



intim
xidməti göstərən obyektlərin rayonlaşması yaxın illərdə real görünməsə
də, turizmin inkişafı bu vəziyyəti getdikcə sürətləndirəcək. Bunu danmaq
yersiz olardı. Bakı indidən fahişəliyin rayonlaşmasına hazır olmalıdır.
İnkişaf etmiş bütün ölkələr bu prosesi keçib. Fahişəlik fəaliyyətinin
sıxışdırılması isə daha böyük təhlükələr vəd edir.



Dövlət və
ictimaiyyət olaraq fahişəliyin qarşısının alınması üçün pafoslu çıxışlar
edə bilərik. Həmçinin, bu fəaliyyəti məhdudlaşdıran qatı qanunlar da
qəbul edə bilərik. Lakin, internet əsrində bu mümkün deyil. intimual
tələbatını ödəmək istəyən cəmiyyəti boğmalamaq yazının əvvəlində
deyildiyi kimi yaxşı şeylər vəd etmir.



Azərbaycanın internet
məkanında musiqi və əyləncə saytlarında açıq-aşkar fahişə xidməti
təbliğatı gedir. Qadınlar, geylər, transintimuallar göstərdikləri
xidməti, telefon nömrələrini "Facebook” ünvanlarını yerləşdirir. Konkret
musiqi və əyləncə saytlarında yəqin ki, rastınıza bu cür elanlar çıxıb:

"Adım
Gülyadır. Transam. Hər cür intim xidməti göstərirəm. Heç bir xəstəlikdən
söhbət gedə bilməz, tam sağlamam. Evimdə görüşürəm. Ciddi olmayanlar
zəng etməsin”.

İkinci elanı yazanın dediyinə görə adı Sevincdir.
Sevinc intim xidmətindən əlavə masaj da vəd edir. Görüş isə Sevincin
təyin etdiyi oteldə baş tuta bilər.



Sevinc və Gulya kimi
internetdə saysız-hesabsız qeyri-leqal xidmət göstərənlər var. Onları
izləmək, fəaliyyətini məhdudlaşdırmaq isə mümkün deyil. Həmin elanlardan
faydalanmaq istəyənlərin çoxu isə yetkinlik yaşına çatmayanlardır. Bu
da yeni bir təhlükəyə yol açır. Qeyri-leqal fəaliyyət göstərən fahişə
yeniyetmənin yoluxa biləcəyi xəstəliklərə və müxtəlif təhlükələrə
cavabdeh deyil.



İctimaiyyət olaraq fahişəliyə və bu xidmətdən
istifadə edənlərə üzdə qarşı ola bilərik. Amma bu faktdır ki,
Azərbaycanda fahişəlik xidməti göstərən xeyli qadın var. Statistik
rəqəmlər göstərir ki, hər il müxtəlif qəza və xəstəliklər nəticəsində
yüzlərlə fahişə həyatını itirir. Son 11 ay ərzində ölkədə 500-ə yaxın
vətəndaş HİV-ə yoluxub.



Söhbət qətiyyən əyləncə və intimual istəkləri nəzarətə götürməkdən getmir, xəstəlik və təhlükələri aradan qaldırmaqdan gedir.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!