“Gözəl sinəm və şirin söhbətim var...” [18+]

“Gözəl sinəm və şirin söhbətim var...” [18+]
Xəbərlər
10.09.2017 15
Məşhur feministin müsahibəsi

Keytlin
Moran ötən il İngiltərənin ən yaxşı jurnalisti və ən yaxşı köşə yazarı
seçilib. "Times” qəzetinin ən parlaq simalarındandır. Madonnadan tutmuş
Ledi Qaqaya qədər, "Rolling Stones”dan tutmuş "Radiohead”-ə qədər bir
çox tanınmış qruplarla müsahibələr edib. Necə edirsə, müsahibə aldığı
adamların hamısı ilə sonradan dost olur. Ona boş yerə "Ledi Qaqanın
sirdaşı” demirlər. Dünya miqyasında məşhurluq qazanan köşələrində isə
musiqidən yox, qadınlardan, qadın problemlərindən, feminizmdən yazır.

Ancaq
"fenimizm akademiklərin öhdəsinə buraxılmayacaq qədər ciddi işdir”
deyən bu qadını maraqlı edən daha bir şey də var: o, təkcə qadınlara
qarşı zorakılığı, abort haqlarını, qadınların əmək hüquqlarını dilə
gətirməklə kifayətlənmir, öz köşələrində masturbasyanın və bədən uyğun
büstqalter tapmağın çətinliklərindən, döşləri dikləşdirmə
əməliyyatlarında Braziliya üsulunun düzgün olmamağından da bəhs edir.

Qadinlar.Biz "Necə qadın olmalı?” adlı kitabının müəllifi Keytlin Moranın müsahibəsini təqdim edir:

-
Bu möhtəşəm kitabınız belə bir testlə başlayır: "A) Vaginanız varmı? B)
Onun məsuliyyətini öz üzərinizə götürürsünüzmü? – İkisinə də "bəli”
deyirsinizsə, təbriklər, siz bir feministsiniz”. Musiqidən yazan
jurnalist kimi tanınırdınız, amma oxucuların qabağına bu kitabla
çıxdınız. Niyə?

- Niyə də olmasın?! Feminist olmaq üçün xüsusi
istedada ehtiyac yoxdur. Mən indiyə kimi özünü "professional feminist”
adlandırıb, bu işdən pul qazanan insan görməmişəm. 2013-cü ildə qadının
nə demək olduğunu, biz qadınların nələrdən qorxub, nələrdən uzaq
durduğumuzu, nələri sevib-sevmədiyimizi mən də izah edə bilərəm, siz
də... Musiqidən yazan jurnalist olsam da, qadınam, həm özüm, həm də iki
balaca qızım üçün azadlıq istəyirəm. Əsas işimin nə olmasının heç bir
əhəmiyyəti yoxdur. Bu dünyada yaşayan hər bir qadın feminizmin
güclənməsinə, inkişaf etməsinə, yayılmasına öz köməyini göstərə bilər.
Məsələn, bir bloq açıb orda yaza bilərsiniz və yüzlərlə insan oxuyar.
Mən özüm bu mövzuda nəsə etməyi çox istəyirdim. Üstəlik, döşlərim və
intim haqda danışılası gözəl söhbətlərim vardı.

- Kitabınızın həm
gülməli, həm ciddi və məsuliyyətli olmağı xoşuma gəldi. Diskriminasiya,
abort kimi mövzularla yanaşı, daha az əhəmiyyətli – yəni masturbasiya,
Braziliya epilyasiyası kimi mövzulara da toxunmusunuz. Adətən feminist
yazıçılar bu cür mövzulara ciddi yanaşmırlar. Siz onlardan fərqli nə
etmək istəyirdiniz?

- Siz mənim yerimə izah verdiniz, əslində.
Mən qeyri-ciddi mövzular kimi qələmə verilən bu problemlərlə ciddi
ədalətsizliklərin ayrı-ayrı şeylər olmadığını göstərməyə cəhd etmişəm.
Medianın təqdim etdiyi gözəllik standartlarına uyğun gəlmədiyiniz üçün
güzgünün qarşısında dayanıb özünüzü çirkin, kök və pis geyinmiş hesab
etməyinizlə, "Ey, sən qadınsan, edə biləcəklərinin sərhədləri bəllidir”
deyən kişilərə qulaq asmaq eyni dərəcədə əzablıdır. Yeniyetmə cinsəlliyi
və özünü kəşf etməsi, həm qanlı və qorxu dolu, həm də çox əyləncəli ola
bilər, məncə. Yəni iki baxış bucağı da doğru və mühüm idi. Böyüməyi bu
formada danışan qadın yox idi, mən birinci olmaq istədim.

-
Vaginalar haqda bir kitabın deyək ki, Heminqueyin balıq tutmaq haqqında
yazdığı bir kitabdan daha mühüm olacağını düşündüyünüz üçün kitabınızda
bu mövzuya xüsusi bir bölüm ayırmısınız. "Qadınlar gizli bağçalarından
açıq şəkildə danışa biləndə dünya daha gözəl yer olacaq” deyirsiniz. Mən
də bu fikrə qatılıram. Bəli, yer üzündəki hər bir vaginanın çox təsirli
bir hekayəsi olduğunu hamımız bilirik, heç kim bu hekayələri dinləmək
istəməsə də...

- Əlbəttə. Kişi yazarlar bu günə kimi hər şeyi
qələmə alıblar. Ən əhəmiyyətsiz şeylər haqqında da nə düşündüklərini
bilirik. Fikirləri və baxışları ilə dünyamızı daha yaxşı yerə
çevirdiklərini bilirəm, bundan şikayət etmirəm. Təşəkkürlər penisilin,
təşəkkürlər Wi-Fi, təşəkkürlər Eynşteyn, təşəkkürlər Bitlz! Amma
qadınlar yazmaq bir yana, hələ danışmağa təzə başlayıblar. Niyə?
Kişilərlə aramızdakı fərq nədir? Balaca bir şey: vaginamız... Və hələ də
gizli, danışmağa utandığımız bir şey. Bu balaca, zərif detalla bağlı bu
qədər mühafizəkar mövqe tutmamalıyıq, məncə.

- ABŞ-da sorğu
aparıblar və bəlli olub qadınların cəmi 29 faizi özlərini feminist hesab
edir. Bizdəki vəziyyət yəqin ki lap bərbaddır. Sizcə, qadınlar
feminizmə ehtiyac olmadığına nə vaxt qərar verdilər?

- 80-ci
illərin əvvəllərində artıq qalib gəldiyimizə inandıq. Güclüydük.
Rahatlamışdıq, kişilərlə bərabər hüquqlara malik olduğumuzu düşünüb
abort hüququ ilə bağlı etiraz aksiyaları keçirməkdən əl çəkdik. Həm də
dayanmadan nəsə tələb etmək xoşumuza gəlmirdi. Sən demə, gücümüz ancaq
"Spice Girls”-un albomunu almağa yetirmiş, sonradan fərqinə vardıq.
Amerikada Respublikaçılar Partiyasından olan senator Rik Santorum o
məşhur nitqində 14 yaşlı qızına təcavüz edilsə, onu aborta
göndərməyəcəyini, uşağı Allahın bir hədiyyəsi kimi qəbul edəcəyini
demişdi. Təsəvvür edirsiniz, biz hələ nələrlə mübarizə aparırıq?
Ailədaxili zorakılığın, təcavüzün qanundan kənar olmağını istəyiriksə,
bəzi şeylərin dəyişməyi üçün tələblərimizi artırmalıyıq. Bunun adı
feminizmdir. Başqa söz tapa bilmirəm.

- Kitabda intimonu iyrənc adlandırır, həm də intimoya ehtiyacımız olduğunu yazırsınız. Təzadlı deyil?

-
Düzdür, təzadlıdır. Ancaq mən təkcə kişilərin yox, qadınların da
sevişməkdən həzz aldığı intimo filmlərin çəkilməyini istəyirəm. Qabağına
çıxanla sevişən yox, bir-birini həqiqətən arzulayan insanların
sevişməyinə baxmaq hamıya yaxşı təsir göstərə bilər.

- Ledi Qaqa
ilə dostsunuz. Kitabınızda onunla bağlı hissə çox maraqlı idi,
bilmədiyimiz çox faktlar vardı. Məsələn, alman şairi Rilkeni (Rainer
Mariya Rilke- red.) sevməyi...

- Valeh olduğum qadınlardan
biridir Ledi Qaqa. Bu kitabı yazmağa məni o cəsarətləndirdi. Fikirləşdim
ki, əgər o MTV mükafatları gecəsinə üst-başı qan içində gedə bilibsə,
mən niyə menstruasiyadan danışmaqdan utanmalıyam?

- Ədəbiyyatdakı feminist qəhrəmanlarınız hansılardır?

-
Ceyn Eyr və "Balaca qadınlar” romanındakı Co Març. Nöqsanları ilə
mübarizə aparan və yumor hissləri fərqli olan qəhrəmanlardır. Şahzadə
deyillər, sıravi insanlardır ikisi də, fəhlə sinfinin nümayəndələridir.
Gözəl də deyillər. Onlardan əvvəl yaradılmış bütün roman qəhrəmanları
bir-birinə oxşayırdı; nə etdiklərini yox, necə göründüklərini oxuyurduq.

Mənbə: Bizimbakuws
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!