Leyla Əliyeva moda müsabiqəsində [foto]

Leyla Əliyeva moda müsabiqəsində [foto]
Xəbərlər
10.09.2017 109

Moskvada "RAGB-Fashion Day” moda müsabiqəsi keçirilib

Rusiyanın
Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü
ilə mayın 5-də Moskvanın mərkəzindəki "MOD-Design" Müasir Dizayn və
İnnovasiyalar Mərkəzində gənc Rusiya və Azərbaycan dizaynerlərinin
"AMOR-Fashion Day" moda müsabiqəsi keçirilib.

RAGB və "Baku"
beynəlxalq jurnalının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan
və Rusiyanın gənc dizaynerləri ən yeni geyim kolleksiyalarını təqdim
ediblər.

Möhtəşəm moda bayramında Heydər Əliyev Fondunun
vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyeva və Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak ediblər.

Gecəyə
gələnlər "MOD-Design" Mərkəzinin foyesində "Baku" jurnalının təqdimatı
ilə "BAKU-Fashion" fotosərgisi, habelə məhəndiyə (bədəndə xına ilə
rəsmlər) ustalarının işləri ilə tanış olublar.

Böyük nümayiş
zalında gecənin aparıcıları - RAGB-nin əlaqələndiricisi Natiq Əliyev və
Yelena Tereşşenko gənc dizaynerlər Səbinə Abışova, Ülviyə Şabanova,
Elnurə Bədəlova, Tamilla Baysaqurova, Ayna Maqomaliyeva, Vəfa Rəhmanova,
Natalya Litvinova, Xədicə və Luiza Arapxanovalar, Olqa Petrova,
Svetlana Privalovanın ən son moda kolleksiyalarından danışıblar.

Kolleksiyaların
hazırlanmasında bu mövsümdə çox aktual olan ipək, şifon, krujeva və
əlbəttə, hamının çox sevdiyi pambıq parçalardan istifadə olunmuşdu.
Podiuma çıxan modellərin təqdimatında gündəlik həyat üçün rahat
geyimlərlə yanaşı, qeyri-adi, avanqard üslubda ideyalar da maraq
doğurub.

Tanınmış Rusiya dizayneri və stilisti Vladislav
Lisovetsin rəhbərliyi ilə münsiflər heyətinin yekdil rəyinə əsasən
azərbaycanlı dizayner Səbinə Abışovanın "Cəsarət" (Derzost) kolleksiyası
birinci yerə layiq görülüb.
Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla xanım Əliyeva müsabiqənin diplomunu və "Baku" jurnalının
hədiyyələrini Səbinə Abışovaya təqdim edib.

Elnurə Bədəlova
"Dəlib keçən" ("Naskvoz") kolleksiyasına görə münsiflər heyətinin sədri
Vladislav Lisovetsin xüsusi mükafatını alıb.

Xədicə və Luiza
Arapxanovaların "Möhtəşəm yüz il", Ülviyyə Şabanovanın "Kəpənək uçuşu",
Natalya Litvinovanın "Çayın üstündən uçarkən" kolleksiyaları münsiflər
heyəti üzvlərinin ayrıca mükafatlarına layiq görülüb. Sonda dizaynerlər
tamaşaçıların alqışları altında kolleksiyaları nümayiş etdirmiş
modellərlə birlikdə podiuma çıxıblar.

Münsiflər heyətinin sədri
Vladislav Lisovets AzərTAc-ın müxbirinə deyib: "Çox şadam ki, Leyla
xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan və Rusiya dizaynerlərinin bir
meydanda işləməsinə imkan yaradan belə bir layihə həyata keçirilib. Bir
bakılı kimi də bu tədbirdə iştirak etməkdən məmnunluq duyuram. Bu gecə
burada olduqca səmimi ab-havanın şahidi oldum".

"RAGB-Fashion
day" bir çox beynəlxalq əhəmiyyətli moda müsabiqələrinə və nümayişlərinə
ev sahibliyi edən Rusiya paytaxtının mədəni həyatında əlamətdar
hadisəyə çevrilib. Müsabiqə iştirakçılarının fikrincə, layihə moda
aləmində ilk addımlarını atan dizaynerlərin beynəlxalq moda
industriyasına inteqrasiyası, ən qabaqcıl və cəsarətli ideyalarını
tamaşaçılara təqdim etməsi, mötəbər moda mütəxəssislərinin rəyindən
bəhrələnməsi, bu sahədə yeni tendensiyaları müzakirə etməsi üçün
misilsiz fürsətdir.

Gecənin qonaqları arasında Rusiya və
Azərbaycanın tanınmış ictimai xadimləri, məşhur stilistlər, Azərbaycanın
Rusiyadakı səfirliyinin əməkdaşları, Heydər Əliyev Fondunun Rusiya
nümayəndəliyinin, Ümumrusiya Azərbaycan Konqresinin təmsilçiləri var
idi.


[/center]
[center]

[/center]
[center]

[/center]
[center]

[/center]
[center]

[/center]
[center]

[/center]
[center]

[center][/center]скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!