Tanınmış azərbaycanlı müğənni həyasız və ifritəliyi ilə öyündü

Tanınmış azərbaycanlı müğənni həyasız və ifritəliyi ilə öyündü
Xəbərlər
10.09.2017 20
Tanınmış estrada ulduzu Roza Zərgərli özünü aktrisa kimi sınayıb. "Tək olanda qorxma” adlı serialda Zeynəb obrazını canlandıran müğənni, təəssüratlarını oxucularımızla bölüşdü:
"İki gün öncə tamaşaçılar Space TV-nin efirində serialın ilk bölümünü izlədilər. Mən orada həyasız, ifritə qadın obrazını yaradıram. İnanın, ilk əvvəl bunu bacara bilməyəcəyimi yaradıcı heyətə söyləmişdim.
Amma, deyəsən, bacardım. İlk seriyanı izləyən tamaşaçıların fikirləri öz təəssüratlarımla üst-üstə düşdü. Bu işdə həyat yoldaşım rolunu oynayan tanınmış aktyor Ayşad Məmmədovun zəhməti oldu (Bu aktyor məşhur "Bəxt üzüyü” filmində sərxoş Hüseyn obrazı ilə daha çox tanınıb - red).
Tamaşaçılara onu demək istəyirəm ki, hər bazar günü biri-birindən maraqlı bölümləri izləsinlər. Çox maraqlı hadisələr yaşanacaq”.
 
Serialın məzmunu bir uşağın başına gələn hadisələrdən, onun qohumları, həmyaşıdlar və ətraf aləmlə münasibətlərindən bəhs edir. Serialın baş qəhrəmanı 6 yaşlı oğlan uşağıdır. Bu rolu istedadı ilə həmyaşıdlarından seçilən Rüfət Məmmədov canlandırır.
Azərbaycan televiziya və kino məkanında ilk dəfə olaraq 6 yaşlı uşaq 60 bölümlük serialın qəhrəmanıdır və əslində film hərbçi övladlarının başına gələn və gətirilən həyat hekayətindən ibarətdir.
Serial bütünlüklə film estetikası əsasında çəkilir. Dramatik və kəskin sujet xəttinə əsaslanan serial həm aktyor heyəti, həm də əhatə etdiyi coğrafiyasına görə geniş məkanı əhatə edir.
"Tək olanda qorxma”nın ssenari müəllifi Əyyub Qiyas, quruluşçu rejissoru Nadir Diridağlı, quruluşçu operatoru Elçin Əliyev, quruluşçu rəssamı Rəfael Əsədov, rejissoru Asif Rəhimov, operatoru Faiq Əliyevdir.
/Milli/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!