Qadınlar hərbçi kişiləri niyə xoşlayırlar?

Qadınlar hərbçi kişiləri niyə xoşlayırlar?
Xəbərlər
10.09.2017 42
Qadınlar hərbçi kişiləri niyə xoşlayırlar?



Psixoloqlar
qadınların niyə hərbi geyimdə olan kişiləri xoşladıqlarını
müəyyənləşdiriblər. Araşdırmalara görə, hərbi geyimdə kişilər qadınların
gözündə daha etibarlı və təşkilatçı təsir bağışlayırlar. Anspress-in
Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, əgər kişi özünü ciddi
aparırsa və nailiyyətləri ilə öyünmürsə, bu, onları daha da əlçatmaz
edir.

Məlum olub ki, hərbi geyimdə kişilər qadınların gözündə daha ailcənab
görünürlər. Kişilər nə qədər çox alicənablıq göstərsələr, bu, qadınların
xoşuna gəlir. Məsələn, hər bir qadın xoşlayır ki, kişi onun üçün qapını
açsın, stulu çəksin və s.



Digər tərəfdən bu geyim onlara həmişə işgüzar görkəm verir. Ekspertlər
hesab edirlər ki, duyğularını ifadə etmək hərbçilər üçün bir qədər
çətindir. Buna görə də mobil telefon hərbçilər üçün etibarsız ola bilər.
Onlar təklif edirlər ki, hərbçilər kağız məktub yazmaq kimi köhnə
ənənələrə qayıtsınlar.



Hərbçi kişi ilə ailə quran qadın həmişə uzun ayrılıqlara hazır
olmalıdır. Bundan sonra əvvəlki əlaqələrə qayıtmaq nisbətən çətin olur.
Bütün bunlara baxmayaraq qadınlar həmişə özlərini qoruyacaq tərəfdaş
axtarırlar. Buna görə də hərbi geyimdə olan kişilər qadınlar üçün həmişə
arzuolunandır.//MilliAz
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!