Bu, faciədir

Bu, faciədir
Xəbərlər
10.09.2017 68
Kürdəmir sakini olan 1983-cü il təvəllüdlü Kamilə Rzayeva (ad şərtidir) 5 uşağı ilə bərabər küçələrdə yaşamağa məcbur edilib. Böyüyü 5 yaşında, kiçiyi isə bir neçə aylıq olan körpələri ilə bərabər dini nikahla evləndiyi həyat yoldaşı tərəfindən tərk edilən qadın "Təmiz dünya" İctimai Birliyinə müraciət edib. 
Birlikdən AzNews a verilən məlumata görə, rəsmi nikah olmadığından qadının 5 övladının heç birinin doğum haqqında şəhadətnaməsi yoxdur: 
"Bununla yanaşı ataları uşaqlara aliment vermir. Buna görə də qadın hazırda çox pis vəziyyətdə yaşamaq məcburiyyətindədir". 
20-ci sahədə kirayə ev tutan qadının ev kirayəsi və yemək xərcləri hazırda qonşular tərəfindən ödənilir: "Qadın bu gün 5 uşağı ilə bərabər təşkilata müraciət edib. Sabahdan etibarən uşaqların sənədlərinin hazırlanması ilə məşğul olacağıq. Həmçinin uşaqlara aliment verilməsi üçün məhkəməyə müraciət ediləcək".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!