Coli sinəsini xərçəngə qurban verdi

Coli sinəsini xərçəngə qurban verdi
Xəbərlər
10.09.2017 31
Məşhur amerikan aktrisası Anjelina Coli xərçəng xəstəliyinə tutulma riskini azaltmaq üçün döşlərini kəsdirib.

Qadınlar.biz in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə aktrisa "Nyu- York Tayms” qəzeti üçün qələmə aldığı yazıda qeyd edib.

Colinin sözlərinə görə, həkimlər onda 87 faiz döş xərçənginə və 50 faiz yumurtalıq xərçənginə tutulma riski olduğunu söyləyiblər. O, ilk öncə mastekomiya cərrahiyə əməliyyatını (süd vəzilərinin kəsilməsi) keçirməklə döş vəzilərinin müalicəsinə başlayıb.

Həkimlərin sözlərinə görə, müalicə nəticəsində, Colinin döş xərçənginə tutulma riski 87 faizdən 5 faizə düşüb.

Colinin əməliyyata qərar vermə və əməliyyatı keçirmə müddəti 3 ay – fevral ayından aprel ayına qədər davam edib. Onun kəsilmiş döşlərinin yerinə implant taxılıb.

Altı uşaq anası olan aktrisanın bu əməliyyata razı olmasının əsas səbəblərindən biri 56 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişmiş anası və uşaqları olub. O, yazısında uşaqlarının daha çox qayğısına qalmaq istədiyini, onları vaxtsız tərk etmək istəmədiyini bildirib.




 
Coli sinəsini xərçəngə qurban verdi
 
Coli sinəsini xərçəngə qurban verdi
 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!