Ərlə arvad yenicə doğulan uşağa siçan zəhəri verib öldürdü

Ərlə arvad yenicə doğulan uşağa siçan zəhəri verib öldürdü
Xəbərlər
10.09.2017 46
 
Türkiyənin Sivas şəhərinə yaxın Divriyi qəsəbəsində iki günlük uşaq benzin tökülərək yandırılıb.


Beştəpə deyilən ərazidə yandırılmış bir oğlan uşağının cəsədini görən çoban polisə xəbər verib. Polislərin ilkin tətqiqatı nəticəsində uşağın benzin tökülərək yandırıldığı müəyyən edilib.

Cəsəd daha sonra tibbi ekspertiza üçün Cumhuriyyet Universitetinin Tibb fakültəsi Araşdırma və Tətbiqetmə xəstəxanasının morquna göndərilib. Çobanın verdiyi məlumat əsasında şübhəli yük maşınının sürücüsü M. Ö. (31 yaş) futbol oyunu izləyərkən həbs edilib. M.Ö.-nün arvadı T. Ö.(23 yaş) də həbs edilib.

Şübhəlilərin işi ilkin dindirilmədən sonra prokurorluğa göndərilib. M.Ö. və T.Ö.-nün prokurora izahat verdiyi öyrənilib. Atanın izahatında 1 yaşlı qızlarının olduğunu və ikinci uşağı istəmədiklərini yazdığı bildirilib.

Cinayəti etiraf edən cani öncəki gün dünyaya gələn körpəyə siçan zəhəri verdiyini deyib. Cani uşaq öldükdən sonra arvadını evdə qoyub, Beştəpəyə getdiyini və uşağı benzin tökərək yandırdığını da bildirib.

Arvadı da ilk altı ay ərindən və qohum-əqrabasıından gizlətdiyi hamiləliyinin bilinməsindən sonra abort etdirmək istədiklərini, ancaq qanuna zidd olduğu üçün bunun mümkün olmadığını bildirib. Uşaqdan azad olmaq üçün özünü ora-bura vurduğunu, hündür yerdən tullandığını və ağır yük daşıdığını söyləyən ana istəyinə nail olmadığını bildirib. Ər-arvaddan və uşaqlarından DNT testi üçün nümunə götürülüb. Faktla bağlı araşdırma davam edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!