Azərbaycanlı qadın müğənnilər - Kimi kim saxlayır?

Azərbaycanlı qadın müğənnilər - Kimi kim saxlayır?
Xəbərlər
10.09.2017 238


Zaman-zaman
mətbuatda şou-biznesin xanım nümayəndələrinin onları maliyyələşdirən
şəxslərlə-sponsorlarıyla sevgili olduqları haqda məlumatlar yayılır
Bəzi xanım sənətçilər isə bunu səmimi şəkildə etiraf edirlər. Təbii ki, söhbət onların vətəndaş nikahında yaşamasından gedir.


Modern.az vətəndaş nikahında yaşayan şou-biznes nümayəndələrinin siyahısını təqdim edir.

Əməkdar
artist Mətanət İsgəndərlinin rəsmi evliliyindən Kərim adlı oğlu, Ülkər
adlı qızı var. Sənətçinin vətəndaş nikahında yaşadığı bir neçə nəfər
olub. Onlardan biri MTN-in 2003-cü ildə itkin düşmüş əməkdaşı Mahir
Abdullayevdir. Ancaq bundan sonra da İsgəndərli vətəndaş nikahında
yaşayıb. Müğənnin 2010-cu ilin aprel ayının 2-də Lent.az-a verdiyi
müsahibədən:

"– Ərə getmisiniz təzədən?
– Yoox, 7-8 ildir... Söz-sözü çəkdi, dedim.
– Özünüz də istəməzsiniz ki, sənətinizə pul qoysun?

O əsl Azərbaycan mentalitetli kişidir. Layihə, filan belə şeylərə
sponsorluq edilməsinə razı deyil. Özünün o qədər də imkanı yoxdur. Olsa,
edir”.

Məntiqlə yanaşsaq, görərik ki, bu müsahibə götürüləndə
Mahir Abdullayevin itkin düşdüyü yeddi il idi. Eynilə Mətanət
İsgəndərlinin dediyi kimi. Yəni həmin müsahibədə haqında danışılan şəxs
Mahir Abdullayev deyil.

"Toylar kraliçası” yarışmasının qalibi,
son zamanlar ANS-in efirindən dediyi meyxanalarla daha da populyarlaşan
Samirə Yusifqızı də xeyli müddətdir ki, vətəndaş nikahında yaşayır.
Sənətçidən 2011-ci ildə aldığım müsahibədə bildirmişdi ki, ilk həyat
yoldaşı seçimi valideynlərindən də yaşlı olub: "Həyat yoldaşım 1997-ci
ildə dünyasını dəyişdi. Hüquq-mühafizə sistemində çalışırdı, kapitan
idi. Əgər yoldaşım sağ olsaydı, sənətə görə heç vaxt ailə dağıtmazdım.
Mən onu sevib ailə qurmuşdum və 22 yaş fərqimiz var idi. Təsəvvür edin
ki, həyat yoldaşım valideynlərimdən də böyük idi. İndi həyatımda bir
nəfər var. Çoxları elə bilir ki, bu münasibət nəyəsə görədir. Ancaq sizə
desəm ki, indi həyatımda olan insan taksi sürücüsüdür, bəlkə də
inanmazsınız. Sadəcə, mən onu sevdiyimə görə bir yerdəyəm”.

Rəqqasə
Fatimənin isə özündən xeyli gənc iş adamı ilə bir yerdə olduğu
bildirilir. Lakin bir həftə öncə sənətçi haqda yazdığım yazıdan sonra
redaksiyaya zəng vuraraq "ərim nazirlikdə yüksək vəzifədə işləyir”
deməsindən sonra yeni versiya ortaya çıxır. Ola bilər ki, həmin şəxs
məmurluqla yanaşı, biznes fəaliyyəti ilə də məşğuldur. Qeyd edək ki,
Fatimə Fətəliyeva 2011-ci ildə ikinci dəfə ana olub.

Rəqqasə
Sevda da vətəndaş nikahında yaşayan sənətçilərin sırasındadır. Hətta
təxminən iki il öncə Sevda xanımın həmin şəxsdən hamilə olması ilə bağlı
məlumatlar da var idi. Lakin əldə etdiyimiz məlumata görə, sənətçinin
səhhətindəki problemlərə görə uşaq tələf olub.

Rəqqasə Aytən isə
yaxın zamanlara qədər bir iş adamı ilə vətəndaş nikahında yaşayırdı.
Onun ilk nikahından bir övladının olduğu bildirilir.

Müğənni
Rəqsanə İsmayılova da tez-tez sevgililərini dəyişməsi ilə gündəmə gəlir.
Xatırlayırsınızsa, sənətçi təxminən bir il əvvəl Faiq adlı
sevgilisindən qalmaqallı şəkildə ayrılmışdı. İsmayılovanın kiçik qızı
Yağmurun atasının kim olduğu da mediaya bəlli deyil. Amma müğənni
jurnalistlərlə söhbətində belə bir cümlə işlədib: "Diqqətlə
fikirləşsəniz qızımın atasının kim olduğunu bilərsiniz. Həmin insan da
sənətdədir”.
Qeyd edək ki, Rəqsanənin ilk və son rəsmi evliliyi 1997-ci ildə 18 yaşında ikən olub.

"Yeni
ulduz” müsabiqəsinin qalibi, son vaxtlar tez-tez Almaniya turnesinə
çıxan müğınni İlhamə Qasımova da bir dəfə rəsmi şəkildə ailəli olub.
Sənətçinin övladı yoxdur. Qasımova özü də etiraf edib ki, hazırda
vətəndaş nikahında yaşadığı şəxs var:
"Amma nə birinci, nə də ikinci
nikahdan övladım var. Ona görə yox ki, bunu istəmirəm. Sadəcə buna
vaxtım olmayıb. İndinin özündə də çox istəyirəm ki, uşağım olsun. Rəsmi
nikaha girmək istəmirəm. Düşünürəm ki, bu, artıqdır. Bizim kəbinimiz var
və bu, kifayətdir. Rəsmi nikah sadəcə pasportda möhürdən başqa bir şey
deyil. Ərim mənim dayağımdır. Məni dəstəkləyir, yaradıcılığımda kömək
edir, qətiyyən qısqanmır və ən başlıcası da budur”.

Xalq artisti
Aygün Kazımova ilk dəfə 1989-cu ildə ailə həyatı qurub. Amma bundan
sonra sənətçinin vətəndaş nikahında yaşadığı bir neçə şəxs olub. Həmin
şəxslər arasında iş adamlarının daha çox olduğu qeyd edilir. Xalq
artistinin əvvəllər eks-spiker Rəsul Quliyevin bacısı oğlu Rza Quliyevlə
vətəndaş nikahında yaşadığı barədə də informasiya var. Amma bu elə
Rəsul Quliyevin spiker olduğu dönəmlərə təsadüf edir. Kazımovanın
vətəndaş nikahında yaşadığı insanlar arasında ən tanınmışı isə meyxanaçı
Namiq Qaraçuxurludur. Özlərinin də dolayısıyla etiraf etdiyi kimi,
Qaraçuxurlu və Kazımova 2004-2011-ci illərdə sevgili olublar. İndi isə
meyxanaçı ailə qurmağa hazırlaşır, Kazımova isə yenidən sevdiyini deyir.

Müğənni
İranə İlkin isə Elşad Abdullayevin yaydığı videoqalmaqalda adı hallanan
iş adamı Arzu Kazımovla vətəndaş nikahında yaşayıb. Sənətçinin
A.Kazımovdan səkkiz yaşlı qızı var. A.Kazımov hazırda həbsdədir. Xanım
müğənni isə bu günlərdə verdiyi müsahibədə yenidən vətəndaş nikahında
yaşadığını bildirib.

Müğənni Nazənin hazırda nənə olsa da,
vətəndaş nikahında yaşadığı şəxsin olduğu haqda məlumatlar var. Bir neçə
il öncə oğlu Fəxrini evləndirən sənətçi deyilənə görə, dövlət
qurumlarında birinin rəhbər şəxslərindən olan bir nəfərlə vətəndaş
nikahındadır. Qeyd olunur ki, Nazəninin bir neçə ay öncə dünyaya
gətirdiyi uşağın atası elə həmin şəxsdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!