“Mən virus kimiyəm, bir kişinin qanına qarışdımsa, ölənə qədər çıxmıram” - FOTOLAR

“Mən virus kimiyəm, bir kişinin qanına qarışdımsa, ölənə qədər çıxmıram” - FOTOLAR
Xəbərlər
10.09.2017 5


 
Məşhur müğənni Hilal Cebebci
Türkiyə mətbuatına müsahibə verib. maraqlı olacağını nəzərə
alıb həmin materialı təqdim edir:
  




- Sizə müsahibə təklif etdikdə nə hisslər keçirdiniz?

-
Hmmm… Karyeram boyunca jurnallara ən çox manşet olan sənətçiyəm.
Fotosessiyalarımı yayımlayan jurnalların sayını heç kim keçə bilmir.
Mənim çəkilişlərimdə ortaya keyfiyyətli və estetik şəkillər çıxır.
Məndən öncə çəkilən şəkilləri gördükdə "Bu bir kabusdurmu?" deyirəm.
(Gülür)




[/center]
[center]


- Bəs indi çəkiliş necə keçdi?

-
Hər çəkilişdə olduğu kimi möhtəşəmdi. Mənim üçün detallar çox
əhəmiyyətlidi. Həmin anda işimə köklənirəm və bütün problemlər kənarda
qalır. İşimi çox yaxşı gördüyüm üçün çox vaxt uğurlu olur. Fotosessiya
zamanı istəmirəm ki, yanımda kişi olsun. Çünki həmin vaxt kamerayla
bütünləşirəm. O mənim sevgilim olur. Kamerayla adətən sevişirəm.
Boğazıma qədər örtülü olsam da, mənim bir baxışım hər şeyi söyləyir.




[/center]
[center] -
Fotosessiyadan əvvəl söhbət edərkən qarşımda çox mədəni bir qadın
gördüm. Səncə, səni tanımayan insanların da sənin barəndə fikirləri bu
cürdür?

- Məni sadəcə, ekrandan tanıyanlar, təbii ki,
həqiqi Hilalı anlaya bilməzlər. Şou dünyası əyləncəlidir. Biz siyasətçi
deyilik. Buna görə də həqiqi keyfiyyətlərimiz və dünyagörüşümüz də başa
düşülmür. Həmişə əyləncə proqramlarında göründüyümüz üçün də insanlar
bizim həyatımız boyunca əyləndiyimizi düşünürlər. Əslində şəxsi
həyatımda olduqca ciddi insanam. Bəzi vaxtlarda isə lap, kabus kimiyəm.
Həmin anda mənimlə danışmağa cəsarət edə bilməzsən.




- Məncə, özünü çox ağıllı hesab edirsən...

-
Bəli. Uşaqlığımdan bəri ağıllıyam. Ümumiyətlə kişilər ağıllı qadınları
çox da bəyənmirlər. Kişilərin nə istədiyini çox yaxşı bilirəm. Onların
nə qədər ağıllı olmağın veclərinə deyil. Buna görə də digər qadınlar
kimi baş-beyinlərini aparmıram. Qısaca, bir kişini idarə etməyi yaxşı
bilirəm. Mən virus kimiyəm. Bir kişinin qanına qarışsam, ölənə qədər
çıxmaram. Ətrafım məni unutmayan kişilərlə doludur. Təbii ki, bu da
mənim xoşuma gəlir. Ancaq əsla lovğalanmıram. Lovğalıq və qürur
sevmədiyim şeylərdir. İstərdim ki, qarşımda həmişə eqolarından uzaq,
sevgi dolu insanlar olsun.




                  




- Yaxşı məşuqsan?

-
Bir kişini xoşbəxt etməyin yolunu bilirəm. Bu məşhur "azadlığa düşkün"
xüsusiyyətim ucbatından, məndən ayrılan kişi dostlarım həmişə psixoloji
dəstək alırlar. Bu özünütənqiddir. Onlardan həqiqətən üzr istəyirəm.
Kişiləri xoşbəxt etdiyim qədər də özümün kədərlənməyim bir həqiqətdir.
Mən azad ruhluyam və çox məhdudiyyətlərə boyun əymirəm. Münasibətdəki
yeganə nöqsanım da budur.




- Qadınların məşhur "Doğru adam" adlandırdıqları insanla qarşılaşmısan?

-
Onsuz da, həmişə doğru adamlarla qarşılaşmışam. Ancaq həmişə
münasibətlərimdə yanlış olan adam mən oluram. Çox vaxt problem məndə
olur. Məni ələ almaq çox çətindir. Qəribə xüsusiyyətlərim var. Bəzən
dəli-dolu, bəzən psix və gözüdönmüş oluram. Bir kişi üçün ən pis şey
qadını idarə edə bilməməsidir.  Bəli, belə bir qadına dəli kimi aşiq ola
bilərlər, ancaq bir o qədər də acı çəkərlər.




- Panpişlərin səni gördüklərində nə hiss edəcəklər? Həmçinin aralarında qısqanclıq edənlər olurmu?

- Panpişlərim mənim hər şeyimdir. Bəli, öz aralarında qısqanclıq edirlər, ancaq onları heç bir kişiyə dəyişmərəm, Messi olsa da.




                     




- Messiyə elə dəyişərsən ki...

-
Yox, vallah, dəyişmərəm. Əminəm ki, bu jurnalda olan şəkillərimi
bəyənəcəklər və fotolarım onların otaqlarını bəzəyəcək. Ümid edirəm ki,
onların qəlbində əbədi qalacam. Ən böyük arzum məni çox sevmələridir.
Panpişlərimi çox sevirəm, onlar üçün möhtəşəm mahnılar hazırlayıram.
"Görəsən bəyənəcəklər?" deyə düşünərək vaxtaşırı mahnıları dəyişdirirəm.
Bütün bunlar da albom hazırlığının başa çatmasını uzadır. Onlara daha
yaxşısını vermək istəyirəm. Panpişlərimlə aramızda çox xüsusi bir bağ
var. Bunu anlamaq istəməyənlərə anlatmaq kimi bir məcburiyyətimiz isə
yoxdur. Bəziləri elə davranır ki, sanki Hilal Cebeci yeni törəyib.
Onlara sadəcə, gülürəm. Cəmiyyətimiz tənqid etmək alışqanlığını tərk
eməlidir.




- Səni heç narahat edən panpişlərin olurmu?

- Əsla olmur. Onlar mənim şirin panpişlərimdir, hər şeyimdir. Burdan onlara öpücüklər göndərirəm.




- Yaxşı, "panpiş” sözün medya tərəfindən çox bəyənildi. Yeni bir söz gələcəkmi bundan sonra?

- Yox, vaxtaşırı söz icad etmiyəcəm təbii ki. Hilalı sevən hər kəs panpişdir və bu artıq belə qalacaq.




- Səncə, reklamın yaxşısı pisi olur?

-
Reklamın şübhəsiz yaxşısı və pisi olur. "Olmaz” deyənlər çox
yanılırlar. Reklamçılar belə bəzən elə xətalar edirlər ki, çox satılacaq
bir məhsulun ticarət həyatı başlamadan bitir. Ona görə də reklam
strategiyaları həmişə yaxşı hazırlanmalıdır. Hazırda mənimlə işləmək
istəyən reklam firmaları var. Aktiv şəkildə olmasa da, fikir
çərçivəsində dəstək olduğum reklamçılar var.




- Hazırda tənhasan?

-
Bu yaxınlarda məşuqumdan ayrıldım. Yəni təkəm. Hətta aylardır rahibə
həyatı yaşayıram. Gənc və sağlığı yerində olan qadınam. Şübhəsiz ki,
mənim də bəzi ehtiyaclarım var. Ancaq birini bitirib, o saat başqasına
başlaya bilmirəm. Mütləq bir müddət tək yaşamalı oluram. Təbii ki, bu
çətin olur, ancaq tələsik başlanan münasibətlər sağlam olmur.




- Diqqət cəlb etmək çox xoşuna gəlir?

-
Bu bütün qadınların xoşuna gəlir. Qadın diqqətlə qidalanır, özünü yaxşı
hiss edir və əhval-ruhiyyəsi yüksəlir. Bunun əksini iddia edənin qadın
olmağına şübhə edirəm. Mən diqqət cəlb etməyi həyatım boyunca
xoşlamışam. Hətta ölürəm diqqət cəlb etmək üçün. Lütfən, hamı məndən
bəhs etsin! Məndən danışsın! İnanın çox xoşbəxt oluram.




[/center]
[center]


- Twitter izləyicilərin üçün paylaşmağı düşündüyün başqa şəkillər varmı ağlında?

-
Estetik olan bütün şəkillərimi şübhəsiz ki, paylaşacam. Şəkil bir
sənətdir və mən bu şəkillərimlə bir sərgi də təşkil eləməyi düşünürəm.
(Gülür)




- Bəziləri bu görüntülərin özününümayiş olduğunu düşünür. Səncə, özününümayiş nədir?

-
Hər insan özününümayiş edir. Təbii ki, bunun həddi olmalıdır. Bəzi
insanlar içlərindəki nümayiş olunma duyğusunu estetika ilə
bütünləşdirərək ortaya çıxarır. Bir çox tanınmış rəssamın, ya da onlara
poz verənlərin etdiyi kimi... Özününümayiş insan sağlığına zərər verəcək
səviyyədə deyilsə, məncə, bunda bir problem yoxdur.




- Tez əsəbləşirsən?

-
Hə, tez əsəbləşirəm və doğrudan bir kabusa dönürəm. Heç gizlətmirəm...
Bir az söyüş söyürəm. Eyni zamanda kinliyəm. Bunlar sevmədiyim
xüsusiyyətlərimdir. Məni incidən biri varsa, intiqamım qorxunc olur.
Mənə pislik edən qardaşım belə olsa, mütləq əvəzini çıxıram. Mənə
ediləni əsla unutmuram. Mənə sevgiylə gələnə mən də sevgiylə gedirəm.
Onsuz da məni tanıyanlar "iki Hilal var" deyirlər. Biri mələk, digəri
kabus... Ancaq günah məndə deyil. Belə deyim, yaxşı olanları sevirəm,
pislərin də dərslərini verirəm. (Gülür)




[/center]
[center]- Burulğan qorxusundan xaricə gedə bilmirsənmiş. Bəs təyyarəyə heç minmirsən?

-
Təbii ki, təyyarəyə minirəm. Amma xaricə olan uçuşlarda burulğan olduğu
üçün bu təyyarələrə minmirəm. Buna görə də xaricdə konsert verə, orda
yaşayan soydaşlarımızla görüşə bilmirəm. Bu da məni çox kədərləndirir.
Həyatda heç nədən qorxmayan mən, burulğan qorxumu heç cür yenə bilmirəm.
Fobiyası olanlar nə demək istədyimi çox yaxşı anlayacaqlar.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!