Fransada eynicinslilər evləndi – İLK DƏFƏ

Fransada eynicinslilər evləndi – İLK DƏFƏ
Xəbərlər
10.09.2017 22
Fransada ölkənin tarixində ilk dəfə olaraq iki kişinin nikah mərasimi keçirilib. Yeddi il birgə yaşayan Vənsan və Brüno adlı iki homoseksualın nikahı Fransanın Monpelye şəhərinin bələdiyyə binasında keçirilib. Fransada 11 gün bundan əvvəl eynicinslilər arasında nikah haqqında qəbul olunmuş qanundan sonra bu nikahın rəsmən baş tutmasının mümkün edib. Nikah mərasimini Fransa və bir çox digər Avropa və dünya ölkələrinin televiziyaları canlı olaraq yayımlayıblar. Nikahın başlanmasına bir saat qalmış, Monpelye şəhər polisinə anonim zəng daxil olub və naməlum şəxs bu mərasimə həmlələrin ediləcəyini bildirib. Nəticədə Monpelye şəhərinin meriyası tamamilə evakuasiya edilib və hamının üzərində yoxlamalar aparılıb.
Xatırladaq ki, Fransada bu qanuna bir çox sağçı partiyalar və adi vətəndaşlar etiraz edirlər. Ötən bazar günü bu qanuna etiraz olaraq, milyonlarla insan Paris küçələrində etiraz aksiyası keçiriblər. Ötən həftə isə Fransa paytaxtındakı Paris Notr-Dam kilsəsində 75 yaşlı ifrat sağ təmayüllü bir yazıçı bu qanuna etirazını başına tapança ilə atəş açaraq, özünə qəsd etmişdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!