"Onun incə, zərif gözəlliyi var" - Emin

Xəbərlər
10.09.2017 4
"Bəzən insanlar xarici görünüşləri ilə o qədər şeylər edirlər ki, artıq özləri olmurlar”
Bu yaxınlarda Moskvada "Amor” mahnısına çəkdirdiyi klipinin
təqdimatını keçirən Emin Ağalarov Rusiya mətbuatına müsahibə verib.Klipinin baş
qəhrəmanı, "Dünya gözəli” Oliviya Kulpo ilə birgə verdiyi müsahibəsində
Ağalarov əməkdaşlıqlarından, musiqidən və gözəllikdən danışıblar...
Ətraflı danışın, tamaşaçılar klipdən nə gözləsinlər?
Oliviya: Amorun əsas ideyası, əlbəttə sevgidir. Bu video qız haqqındadır, elə biri ki, hər zaman əlçatmazdır və daim onun izindəsən.
Emin: Klip boyu mən Los-Ancelesin qaranlıq
küçələrində o yeganə, sirli naməlumu axtarıram. Yeri gəlmişkən, videonun
sonuna qədər tamaşaçı onu görmür, yalnız əksini.


Bəs birlikdə mahnı yazmaq ideyası ağlınıza gəlməyib? Oliviya sizin axı çox gözəl musiqi təhsiliniz var!
Emin: Biz artıq yazdırmışıq. Bilirsiniz, hər şey çox
sürətlə keçib gedir. Biz videonu iki həftə əvvəl çəkmişik, bir həftə
əvvəl mahnını yazdıq və budur biz Moskvadayıq, klipi təqdim edirik.
Bizim daha sonra nə edəcəyimiz düşünmək üçün kifayət qədər vaxtımız
yoxdur.
Oliviya: Bu mənim ilk təcrübəm oldu. Və o (red-
Emini göstərərək) bu imkanı mənə bəxş etdi. Klip çəkilişi zamanı mən
bütün vaxtı oxuyurdum. Düşündüm ki, buna görə məni töhmətləndirəcəklər,
çünki kifayət qədər ucadan səsləndirirdim. Nəticədə isə biz qərara
gəldik ki, birgə trek yazdıraq.
Emin: Bəli, mən xoşbəxt idim ki, Dünya gözəli
mənimlə oxuya bilər. Məlum oldu ki, o, klassik musiqi təhsili olan
möhtəşəm ifaçıdır. Oliviya studiyaya daxil oldu və on dəqiqəyə mahnını
oxudu. Mənim özümə daha çox vaxt lazım oldu.
Özünüz hansı mahnını bəyənirsiniz? Musiqi zövqlərinizdə kəsişmələr var?
Bu zaman Emin və Oliviya bir çox ifaçıların adlarını sadalayırlar –
Enrike İqlesias, Maroon 5, Adel...lakin Eminin sevimli müğənnisi Şadedə
büdrəyirlər
Oliviya: Mən onu tanımıram...
Emin: (gülür) Başa düşürsünüz, Oliviya 1990-cı ildə doğulub. Onun hələ kəşf edəcəyi çox şeylər var.
Oliviya: Deməzdim. Mənim çox sayda yaşlı müğənni xoşuma gəlir..Bill Coel, The Bitlz, Ceymz Teylor...
Emin: Və biz hər ikimiz Elvisi sevirik!
Oliviya: Elvisi kim sevmir ki?!
Oliviya adi günlərdə necə geyinməyə üstünlük verirsiniz?
Müxtəlif tədbirlərdə qırmızı xalıda siz hər zaman "parad əhval
ruhiyyəsindəsiniz”...

Oliviya: Yeri gəlmişkən Emin də. Elə deyil?
Emin: (gülür) Bəli, bəli, mən həmişə dodaq boyasından istifadə edirəm.
Oliviya: Bax mən də. Lakin tədbirlər üçün belə
çalışıram ki, makiyajı maksimum təbii edim. Mən "az-həmişə yaxşıdır”
prinsipinə sadiqəm. Lakin bu prinsipin geyimə aidiyyatı yoxdur.
Ümumiyyətlə mən "parad əhavalında” olmağı sevirəm, qızın gözəlliyi
bundadır. Bundan başqa, bu, mənim işimin bir hissəsidir, bundan zövq
alıram.
Bəs klipdə biz sizi necə görəcəyik?
Oliviya: Maksimum təbii. Bilirsiniz, Emin bəzənirdi, mən isə çəkilişləri gözləyərək sadəcə gəzişirdim.
Emin: (gülür) Bəli, Oliviya çox təbii görünür, sanki
üzündə heç bir kosmetika yoxdur. Bir şey də var, Oliviyanın görünüşü.
Onun çox incə, zərif gözəlliyi var. Kövrək də demək olar.
Söhbət gözəllikdən düşmüşkən, siz onu necə təsvir edərdiz? Bir qızı gözəl edən şey nədir?
Oliviya: Əlbəttə, gözəllik sadəcə zahiri deyil. Bu,
səni əhatə edən aləmlə münasibətin, başqa insanların sənin yanında
özlərini necə hiss etməsi, sənin onlara necə təsir etməyindədir. Bəlkə
bu pafoslu səslənir, amma həqiqətdir. Sənin dünyanın ən xoşagəlimli qızı
ola bilərsən, lakin sənin təbəssümün yoxdursa, əgər sən istilik
saçmırsansa, gözəl ola bilməyəcəksən, insanların qəlbinə toxuna
bilməzsən.



Emin: Və özün olaraq qalmaq.
Oliviya: Bəli, bu vacibdir.
Emin: Bəzən insanlar öz xarici görünüşləri, şəxsiyyətləri ilə o qədər şeylər edirlər ki, özləri olmurlar artıq.
 
 




























[center][/center]скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!