Rəfiqəsinin uşağını oğurladı, həbsə düşdü

Rəfiqəsinin uşağını oğurladı, həbsə düşdü
Xəbərlər
10.09.2017 43
 Tünzalə  rəfiqəsindən, qızından və ona olan ağır xəyanətlərdən danışır.
Tünzalə
rayonların birində, müəllim ailəsində doğulub. Orta məktəbi də elə
həmin rayonda bitirib. Tünzalə bir sinifdə oxuduğu Rəhimə ilə çox yaxın
rəfiqə olub. Bu dostluğun ömrü isə Tünzalə ailə qurub Bakıya gələnədək
çəkib. Məktəbi bitirdikdən sonra Tünzalə ailə qurub Bakıya köçür.
Rəfiqələrin münasibəti o vaxtdan bitir. Ailə qurduqdan sonra Tünzalənin
başı ailəsinə qarışır. Doğulub böyüdüyü rayonla əlaqəsi itir. Ailə
qurduqdan 1 il sonra Tünzalənin həyat yoldaşı Rasim oğurluq maddəsi ilə
həbs olunur. 

Əri
həbs olunanda Tünzalə 4 aylıq hamilə idi. Hər ay ərinin görüşünə gedir,
ona təmiz paltar, yemək aparır. Ərinə baş çəkdiyi ərəfələrdən birində
Tünzalə sinif yoldaşı, yaxın rəfiqəsi Rəhimə ilə qarşılaşır. İllərlə
görüşməyən dostlar bir-birilərini yenidən tapdıqlarına sevinirlər. Məlum
olur ki, Rəhimə də həbsxanaya ərini görməyə gəlib. Onun əri Əli qətl
törətdiyinə görə həbsə düşüb. 5 ildir ki, ailə qurublar. Lakin illər
ərzində övladları dünyaya gəlməyib. İndi isə Bakının Binəqədi rayonunda
kirayədə yaşayır. Rəfiqələr həbsxanadan Tünzaləgilə gəlir. Tünzalə bu
qədər illər ərzində rəfiqəsinin başına gələnləri soruşur. 

Rəhimə
ona əri ilə ailələrin icazəsi olmadan evləndiyini, münasibətlərin pis
olduğuna görə hazırda köməksiz qaldığını danışır. Tünzalə ərinin və öz
valideynlərinin rayonda olduğunu, hamiləliyini nəzərə alıb Rəhiməyə
əşyalarını da götürüb onun evinə köçməyi təklif edir. Rəhimə təklifi
sevincək qəbul edir, rəfiqəsinin evinə köçür. Tünzalənin hamiləliyi
dövründə onun bütün qayğılarını çəkir. Ev işləri görməyə qoymur. Bu
ərəfədə isə Rəhimə bircə dəfə də olsun, ərinin yanına getmir. Hər dəfə
Tünzalə sual verəndə bir bəhanə gətirir. Tünzalə isə cavab almaqda israr
etmir. 

Doqquz
ay tamam olduqdan sonra Tünzalənin qızı dünyaya gəlir. Rəhimə
Tünzalənin xəstəxanadan çıxmasına, qarşılanmasına, uşağın əşyalarının
alınmasına kömək edir. Ona əsl ana, bacı qayğısı göstərir. Bir yerdə
qaldıqları müddətdə aralarında heç bir problem olmur.

Tünzalə
üç ay sonra ərinin yanına, həbsxanaya gedir. Gedərkən yeni doğulmuş
körpəsinin də fotosunu aparır. Görüşdə ərinə övladlarının şəklini
göstərir. Rasim fotoya baxıb onu Tünzalənin üstünə atır. Deyir ki,
fotodakı onun yox, Əlinin uşağıdır. Tünzalə şoka düşür. Heç nə anlamır.
Əlinin kim olduğunu soruşur. Rasim deyir ki, Əli onun eyni kamerada
yatdığı həbsxana yoldaşıdır. Fotonu Əlidə görüb. Əli kameradakılara
göstərib deyib ki, illər sonra övladı dünyaya gəlib. O, həbsxanaya
düşəndə arvadı 1 aylıq hamilə olub. 

Tünzalə
ərinə uşağın doğum haqqında şəhadətnaməsini, evlərində çəkdiyi
fotoları, doğum evindəki fotoları göstərib. Yalnız bundan sonra Rasim
inanıb ki, uşaq onunkudur. 

Tünzalə
həbsxanadan çıxan kimi evlərinə, övladını yanına qoyub gəldiyi Rəhiməyə
zəng edir. Ərinin danışdıqlarına izahat istəyir. Rəhimə isə heç nə
anlamadığını, evdə üzbəüz hər şeyi həll edə biləcəklərini deyib.

Tünzalə
qaçaraq evə gedib. Evə çatanda isə evdə nə Rəhiməni, nə də qızını tapa
bilmir. Tünzalə iki gün bütün tanışlardan, qohumlardan qızının,
Rəhimənin yerini öyrənməyə çalışıb. İki gün sonra polisə müraciət edib.
Rəhiməni tapmaq çətin olmayıb. Onu qayınanasının evindən tapıblar.

Tünzalə
deyir ki, o, həbsxanadan ərini görməkdən gəldiyi gün Rəhimənin ərini
iki günlük evə buraxıblar. Rəhimə isə bu aylar ərzində Əlini aldadıb ki,
hamilədir. Uşaq doğulduqdan sonra isə fotolarını həbsxanaya aparıb.
Tünzalənin qızını öz övladları kimi təqdim edib. Uzun müddət həbs
cəzasına məhkum olan ərinin həyat ümidi artıb. Qızının doğulması onu
xoşbəxt edib. Yalvar-yaxarla bir günlük qızının doğulmasını əsas
gətirərək evinə gedib. Evə çatan kimi uşağını görmək istəyib. Rəhimə
uşağın xəstəxanada olduğunu, bu gün çıxaracağını deyib. Elə həmin gün də
uşağı Tünzalənin evindən qaçırıb. 

Tünzalə
deyir ki, qızından günlərlə xəbər tuta bilməyib. Onun öldüyünü,
qaldığını bilməyib. Günlərlə yuxu yatmayıb. Bacı bildiyi Rəhimədən
gördüyü xəyanəti bağışlaya bilməyib. 
Nəhayət, Rəhiməni polis ələ keçirir. Əri ilk dəqiqələrdə heç nə anlamayıb. Sonradan ona məlum olub ki, arvadı uşaq qaçırıb. 

Həbsə
düşdükdən sonra Tünzalə Rəhimənin yanına həbsxanaya gedib. Ondan hesab
tələb edib. Niyə ona bu cür xəyanət etdiyini soruşub. O isə deyib ki,
uşağı oğurlamaq istəməyib. 15 il həbs cəzasına məhkum olmuş ərini həyata
bağlamaq istəyib. Ona görə də deyib ki, hamilədir. Sonradan hamilə
rəfiqəsi ilə rastlaşmaq ona əldəndüşmə olub. Uşağa öz övladı kimi
bağlanıb. Əri həbsxanaya geri qayıtdıqdan sonra uşağı qaytarmağı
düşünüb. 

Tünzalə
isə polisə xəbər verdiyinə görə hər şey bir-birinə qarışıb. Rəhimə
həbsxanada Tünzaləyə onu bağışlaması, şikayəti geri götürməsi üçün
yalvarıb, ayaqlarına
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!