Azərbaycanda 15 yaşlı qız kənddən sürgün edilir

Azərbaycanda 15 yaşlı qız kənddən sürgün edilir
Xəbərlər
10.09.2017 59
Sakinləri əxlaqsız hesab etdikləri kimsəsiz qızın kəndə yaşamasına etiraz edirlər.

 
Kənd sakinləri L. adlı
15 yaşlı kimsəsiz qıza kəndi tərk etmək göstərişi veriblər. 
Deyilənə görə L. əxlaqsızlıqda ittiham olunur və bu səbəbdən də sakinlər
onun kənddən çıxmasını tələb edir. Olaya Zərdab Rayon İcra
Hakimiyyətinin başçısı Lütfəli Babayev də qarışıb. İki gün bundan əvvəl
İcra hakimiyyətinin nümayəndələri Alıcanlıya gəlib və kənd sakinləri ilə
görüş keçirib. Görüşün məqsədi isə qalmaqallı olaya müdaxilə edərək
qızın gələcək taleyilə bağlı qərar qəbul etmək olub. 3 saata kimi davam
edən gərgin müzakirələrdən sonra isə yekun qərar belə olub: 
"15 yaşlı L. əxlaqsızlıq hərəkətlərinə görə, rəsmi qaydada Zərdab Rayon Polis Şöbəsinə verilsin”. 
Əldə etdiyimiz məlumata görə, həmin qız kimsəsiz böyüyüb, indi isə kənd
yaxınlığında yerləşən əxlaqsızlıq yuvasının əsas "qəhrəmanlarından”
biridir. Sakinləri isə belə bir adamın kəddə yaşamasına etiraz edirlər.
Xəbəri Zərdab Rayon Polis Şöbəsindən təsdiqləyiblər. Şöbənin müstəntiqi
Məsud Rəhimov deyib ki, sakinlər tərəfindən doğrudan da belə bir
müraciət olunub:
"Lakin, uşağın kənddən köçürülməsi, hansısa uşaq evinə yerləşdirilməsi
üçün müəyyən prosedurlar var. Və bu prosedurları rayon icra hakimiyyəti
etməlidir. Buna görə də, bizə ünvanlanan müraciət baxılması üçün İcra
Hakimiyyətinə göndərilib”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!