Azərbaycanlı və türkiyəli gözəllər bir-birini qırdılar

Azərbaycanlı və türkiyəli gözəllər bir-birini qırdılar
Xəbərlər
10.09.2017 36
Türkiyəli müğənni Ebru
Poladla azərbaycanlı ifaçı Afaq Aslan 20 iyun tarixində Bakıda konsert
proqramı ilə çıxış etməli idilər. Bu günlərdə məlum oldu ki, konserti
Afaq Aslan təxirə salıb.

Buna səbəb isə Ebru Poladın Azərbaycan haqda səsləndirdiyi xoşagəlməz
fikirlər olub.

Vətənimiz sevməyən Ebru bunu Türkiyədə açıqladığı üçün rəfiqələrin
münasibəti korlanıb və Afaq konserti təxirə salıb.

Afaq məsələnin təfərrüatlarını açıqlayıb: "İstəməzdim ilk konsertim
təxirə düşsün. Amma Ebru ilə münasibətlərimiz də bu səbəbdən pozuldu.
Azərbaycanın çörəyini yemək qərarına gələn Ebru Polad buranı
bəyənmirmiş. Hər kəsin yanında Azərbaycanı pisləyir. Mənim həqiqətən
qəlbimə dəydi, pisimə gəldi. Niyə Azərbaycanı pisləməlidir ki? Sonra da
heç nə olmamış kimi burada konsert verməyi və digər açıqlamaq
istəmədiyim işlərə qol qoymağı planlaşdırırdı”.

Afaq qeyd edib ki, əgər onun konserti təxirə salmaq kimi imkanı
olmasaydı belə yenə də səhnəyə çıxmaqdan imtina edərdi: "Axı mən necə
vətənimi sevməyən bir müğənni ilə elə öz vətənimdə səhnə bölüşüm?
Konsertin təşəbbüskarı mən idim. Amma iş ki bu yerə çatdı, vicdanım yol
vermədi. Onun Azərbaycan haqda danışdıqlarını eşitdim və utandım. Yaxın
rəfiqə idik. Ancaq artıq ürəyim sındı. Çətin qulağım eşitdiyim sözlərdən
sonra ona qarşı yenidən əvvəlki kimi yaxşı münasibət bəsləyə biləm. Mən
bu sənətdə yeni-yeni addımlarımı atsam da vətənimi heç nəyə qurban verə
bilmərəm. Ən böyük problem onun Azərbaycan haqda səsləndirdiyi o
dəhşətli fikirlərdir. Ancaq bundan başqa o xanımda bir çox mənfi
xüsusiyyətlər gördüm. Üzülürəm olanlara”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!