Mənsum İbrahimov tələbəsinə əxlaqsız təklif etdiyi idda olunur

Mənsum İbrahimov tələbəsinə əxlaqsız təklif etdiyi idda olunur
Xəbərlər
10.09.2017 347
Aləm bir-birinə dəyib.
Yerli qəzetlərin birində çıxan xəbər xalq artisti Mənsum İbrahimovla tələbəsi, gənc müğənni Lamiyə Novruzovanı üz-üzə qoyub. Hətta o məqama çatıb ki, xanəndə haqqında yazılandan əsəb
stressi keçirib. Xəbərdə bildirilib ki, Lamiyə Novruzova müəllimi haqda
ağlasığmaz ittiham irəli sürüb. Guya M. İbrahimov ona əxlaqsız təklif
edib. Yazılan xəbərdən şok keçirən xalq artisti tələbəsinə telefon
açaraq onu yalanda qınayıb. Lamiyə isə öz növbəsində belə bir fikir
işlətmədiyini israr edib.
Bu haqda Simsar.az-a danışan gənc
müğənni hazırda özünün də stressdə və əsəb içində olduğunu dilə gətirdi:
"İmtahanda müəllimlərimdən biri ilə qiymət üstündə mübahisəm olmuşdu.
Onun kimliyini bildirmədən facebook səhifəmdə bu haqda yazdım. Qeyd
etdim ki, fəxri adı var, amma özünü apara bilmir. Hətta orda statusuma
rəy yazanlar bir neçə müəllimimin adlarını qeyd etdilər. Mənsum
müəllimin də adını qeyd edəndə cavab olaraq bildirdim ki, o, mələk kimi
insandır. Yazdığımın ona və digərlərinə heç bir aidiyyatı yoxdur. Amma
mənə qarşı alçaqlıq edərək qəzetlərdən birində həmin müəllimin məhz
Mənsum İbrahimov olduğu yazılıb. Mənim heç nədən xəbərim yox idi.
Hazırda Şəkidə istirahət edirəm. Mənsum müəllim bu gün zəng edib bu
xəbəri mənə deyəndə çox pis oldum. Çünki o özü də əsəb keçirirdi. Hətta
əsəbdən normal danışa da bilmirdi, dili-dodağı topuq vururdu. Bu olay
məni çox sarsıtdı. Müəllimimlə məni üz-göz etdilər. Mən onu nəzərdə
tutmamışam. Mənsum müəllimə sonsuz hörmətim var. Belə başa düşdüm ki, bu
yolla onu da gözdən salmaq istəyirlər. Ancaq buna imkan vermərəm.
Bakıya dönən kimi bu məsələni yoluna qoyacam. Böhtan yazanı məhkəməyə
verib etdiyi abırsılığa görə sonadək mübarizə aparacam. Bu böhtanı yazan
mütləq cazasını alacaq, onu məhkəmədə süründürəcəm!”
Mənsum İbrahimov da öz növbəsində xoşagəlməz yazıya Simsar.az vasitəsilə qısa münasibət bildirdi:
"Bu,
biabırçılıqdır. Yazılan böhtana cavab verilmək Lamiyənin öhdəsindədir.
Çünki onun adından yazılıb. Özü də bunun arxasınca düşüb həll etsin!”
Menbeскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!