"Bizim sənətçilər toya gedirlər, bununla da özlərini ucuzlaşdırırlar"

Xəbərlər
10.09.2017 22
Araz FM-də qonaq olan sənətçi əlçatmaz olmağa çalışdığını deyib:
"Şou-proqramlara,
hər toya getmirəm. Əgər bütün günü el şənliyindəsənsə, deməli, əlçatan
birisən. Müğənni əlçatmaz olmalıdır. Bizim sənətçilərdən ehtiyacı olan
da, olmayan da toya gedir. Bununla da özlərini ucuzlaşdırırlar. Mən hər
zaman əlçatmaz olmağa çalışıram”.
Ayan yaxın günlərdə "Yoxsan” adlı mahnısına klip çəkdirəcəyini də deyib:
"Çox maraqlı, fərqli ssenarisi var. Hələ Azərbaycanda belə bir klip olmayıb”.
Rejissor isə bu klipə görə başının çox ağrıyacağını vurğulayıb:
"Ayanı tam fərqli obrazda görəcəksiniz. Bu ssenarini indiyədək heç bir klipmeyker etməyib.
Bilirəm ki, klipə görə başım ağrıyacaq. Amma buna hazıram”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!