“Sən onun yanında hiss edirsən ki, qadınsan...”

“Sən onun yanında hiss edirsən ki, qadınsan...”
Xəbərlər
10.09.2017 24
"Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova bu dəfə
jurnalın "Söhbət” rubrikasında "Qadınlar nə istəyir?” mövzusunda
danışıb.

O, bu dəfə qadın-kişi münasibətlərindən bəhs edib:
"Düşünürəm ki, ümumiyyətlə ideal heç nə yoxdur. Əgər sənə bəyəndiyin
və sevdiyin (bu, həyat yoldaşın da ola bilər) insanla olmaq xoşdursa, o
zaman görüşlərin restoran, ev və ya gəzintidə olması sənin üçün
əhəmiyyət kəsb etməməlidir. Mənəvi yaxnlığı tapmaq mükəmməllikdir.
Səninlə görüş üçün ideal sürpriz, ideal şərait yarada və ya ideal
restorana dəvət edə bilərlər. Lakin sən o insana yaxınlığını hiss
etmirsənsə, o nə etsə də sən özünü pis hiss edəcəksən. İdeal görüş odur
ki, sən görüş vaxtı aranızda hansısa görünməyən əlaqənin olduğunu
anlayırsan. Bu yaxınlığın sabah olacağı, yenidən yaranacağı heç bir
əhəmiyyət kəsb etmir. Əsas odur ki, sən hazırda bu əlaqəni hiss edirsən
və rahatsan.


Əgər münasibətlərdə xırda amillərdən danışırıqsa o zaman müəyyən
göstəriciləri nəzərə almalıyıq: əgər cütlük münasibətdədirsə, görüş
zamanı bir-birinin əlindən tutmaqla hər şeyi izah etmiş olurlar. Əli
müxtəlif şəkildə tutmaq olar. Əgər sənin əlin onun əlinin içindədirsə və
o əlini açıq saxlayıbsa, demək ki, o səni qəlbində hiss etmir. Bu
baxmaq, amma görməmək kimidir. Onlar birlikdədirlər, ancaq həqiqi mənada
yox...”

Ülviyyə Mahmudova eyni zamanda, iki sevgili arasında şablon münasibətə də toxunub:
"Bəzən də elə olur ki, kişi heç bir romantik hərəkət etmir. Lakin
harasa birlikdə gedəndə, o, sənin əlindən elə tutur ki, sən o zaman hiss
edirsən ki, o sənlə yalnız bədəncə deyil, həm də ruhən birlikdədir.
Bax, belə görüş mənim fikrimcə idealdır. Səni hara dəvət etməyi şərt
deyil. Sən o kişinin yanında olanda hiss edirsən ki, qadınsan, ondan
daha zəifsən və o, səni əli ilə idarə edir.


Şablon romantikanı isə təmamilə anlamıram. Məsələn, "Müqəddəs
Valentin Günü”nün məcburi qeyd edilməsini. Tutaq ki, bu gün 14 fevraldır
və biz mütləq qucaqlaşmalıyıq. Bayram qəlbinin istədiyi zaman
olmalıdır. Əgər sənin ürəyin bayram, güllər, romantika istəyirsə, qoy bu
qrafika üzrə yox, bütün ilboyu olsun.


Təkcə kişilər yox, qadınlar da romantik görüşlər təşkil etməlidirlər.
Mən anidən, istədiyim anda şamların da olduğu süfrə arxasında nahar
etməyi sevirəm. Əlbəttə, bu "Müqəddəs Valentin Günü”ndə də ola bilər,
adi günlərdən birində də”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!