Azərbaycanda gəlin toy gecəsi zorlandığını iddia edir

Azərbaycanda gəlin toy gecəsi zorlandığını iddia edir
Xəbərlər
10.09.2017 95
Şirvan Apelyasiya
Məhkəməsinin cinayət işləri üzrə kollegiyasında seksual xarakterli
zorakılıq və xuliqanlıqda ittiham olunan rayon sakini, 30 yaşlı İ.Q.-nın
cinayət işi üzrə məhkəmə keçirilib.

İttihama görə, İ.Q.
Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 150.1 (zərərçəkmiş şəxsə və
ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiqetmə hədəsi
ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə
uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə)
maddəsi ilə ittiham olunub.
İ.Q. 2011-ci ilin yayında həmyerlisi
A.Q. ilə ailə həyatı qurub. Amma evləndiyi qız bakirə olmayıb. İ.Q. toy
gecəsi qızdan onun bakirə olmamasının səbəblərini soruşub. Gəlin uşaq
ikən dayısı oğlu tərəfindən zorlandığını deyib.
İ.Q. həyat
yoldaşının düz dediyini yoxlamaq üçün ondan dayısı oğlunu məhkəməyə
verməyi tələb edib. Lakin qadın bundan imtina edib və arada narazılıq
yaranıb. Toy gecəsi İ.Q. qızı döyərək evdən qovub. A.Q. ata evinə üz
tutub. Övladlarının qan içərisində evlərinə döndüyünü görən Quluzadələr
ailəsi polisə şikayət edərək qızlarını toy gecəsi İ.Q.-nin zorladığını
bildiriblər.
Bu hadisədən sonra İ.Q. qaçaraq gizlənib. 6 ay
ərzində axtarışda olan İ.Q. ötən il dekabrın 25-də Biləsuvar rayonunda
həbs edilib. O, polis şöbəsində dava salaraq, polisə tabe olmayıb və
özünü yandıraraq intihar etmək istəyib. Həmin vaxt polis intihara cəhdin
qarşısını alıb.
Məhkəmədə ifadə verən İ.Q. elan olunan ittiham
üzrə özünü təqsirli bilməyib. O, A.Q.-nın toy gecəsi bakirə olmadığını
öyrəndikdən sonra onunla yaşaya bilməyəcəyini deyib və evdən çıxarıb.
Onun sözlərinə görə, bu səbəbdən də Quluzadələr ailəsi qisas almaq
məqsədilə ona şər atıblar.
Zərərçəkən qismində məhkəmədə ifadə
verən A.Q. toy gecəsinə kimi bakirə olduğunu və təqsirləndirilən şəxsin
onu zorladığını bildirib. Bu cinayət işinə Biləsuvar rayon Məhkəməsində
baxılıb və İ.Q. 3 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmənin
hökmündən narazı qalan təqsirləndirilən şəxs və vəkili apelyasiya
şikayəti veriblər. Şikayətdə qeyd edilib ki, İ.Q.-nin təqsirləndirilən
şəxs kimi əməlində cinayət tərkibi yoxdur. Onlar rayon məhkəməsinin
hökmünün ləğv edilməsini və İ.Q.-nin barəsində bəraət hökmünün
çıxarılmasını xahiş ediblər.
Məhkəmədə müdafiə tərəfi seksual
xarakterli hərəkətlərin müəyyən edilməsi üçün vəsatətlə çıxış edib.
Vəsatət təmin edilib və cinayət işi üzrə Məhkəmə Tibbi Ekspertiza təyin
edilib. Buna görə də proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!