Bakıda internet tanışlığı: sevgi, şantaj, pul - MƏKTUB

Bakıda internet tanışlığı: sevgi, şantaj, pul - MƏKTUB
Xəbərlər
10.09.2017 11
Bakı şəhərində oğlanla qızın internetdə baş tutan tanışlığı sonda polisə
qədər gedib çıxıb. Bu məsələyə görə ömrünün son günlərini yaşadığını
deyən Bakı şəhər sakini Nazim Şıxəliyev milli.az-a yazdığı, başına gələnlərlə bağlı məktuba həyatdan bezdiyini bildirməklə başlayıb:
"Bu
həyatda, bəlkə, siz yeganə şəxssiniz ki, sizə yazıb kömək istəyirəm.
Xahis edirəm, mənə kömək edəsiniz. Ola bilsin ki, bu həftə həyatımda son
günüm olsun. Mənə qarşı edilən şantaj və hədə-qorxulara dözə bilmirəm.
Özümə və ailəmə qarşı edilən şantajlara dözməyərək özümü öldürmək
qərarına gəlmişəm”.
Daha sonra N.Şıxəliyev məktubda başına gələnləri ətraflı yazıb: "Keçən ilin iyulunda internetdə Lalə adlı
bir xanımla tanış oldum. Onunla dostluq münasibətində oldum. O, məndən
istifadə edərək 15000 manat pul və 3000 manat dəyərində qızıl alaraq
işlədiyi lombardda dövriyyəyə buraxdı, sonra isə mənimsədi. Aradan altı
aya yaxın vaxt keçməsinə baxmayaraq, hər dəfə ondan pulumu istədikdə
mənə atasının və qardaşının yüksək vəzifələrdə işlədiklərini deyərək
hədə-qorxu gəlir. Bu ilin mayında ona metronun "Azadlıq prospekti”
stansiyasında yaxınlaşıb pulumu istəsəm də, bir oğlan qarşımı kəsərək
özünü İlqar kimi təqdim edərək mənə nalayiq sözlər dedi və qolumdan tutaraq zorla metro polisinin oturduğu otağa aparmaq istədi.
Mənə:
"Başın bədəninə ağırlıq etməsin, mənə "oper İlqar" deyərlər", - deyərək
hədələdi. Dedi ki, o xanıma yaxınlaşsan, sənə və ailənə pis olacaq. Bir
necə gün əvvəl metronun "Əcəmi” stansiyasında da qarşımı kəsərək
hədələdi. Artıq onun əlindən metroya qorxu ilə minirəm. Dözə bilmirəm.
İlqar və Lalənin şantajlarından özümü öldürmək qərarına gəlmişəm. Xahiş
edirəm, bu özbaşınalıqlara son qoyun, ailəmin, körpə balamın
təhlükəsizliyini təmin edin, yalvarıram sizə. Hüquq-mühafizə orqanlarına
müraciət etsəm də, məsələni ciddiyə almırlar".
Məktubda adı hallanan Lalə Kərimova isə yazılanları yalan adlandırdı. O, Milli.Az-a bildirdi ki, Nazimlə
ötən ilin avqustunda internetdə tanış olub. Həmin vaxt Nazim özünü subay
kimi təqdim edərək onunla evlənəcəyini deyib. Dekabr ayında isə onun
evli olduğunu bilib və əlaqəni kəsib.
Kərimovanın sözlərinə
görə, hər şey də elə bundan sonra başlayıb: "Dekabrdan bu günə kimi məni
təqib edir. Əvvəl özünü nazirlik əməkdaşı kimi təqdim etmişdi, sonra
məlum oldu ki, işıq idarəsində pul yığır. Zəng edib deyir ki, üzünə
turşu tökəcəm. Onun əindən 5-6 mobil nömrə dəyişmişəm. Taksofonlardan
məni yığır, haraya gedirəm, qarşımı kəsir. Axırda qorxumdan polisə
şikayət etdim. Sonra valideynləri, qohumları xahiş etdilər, şikayətimi
geri götürdüm”.
L.Kərimova lombarda qoyulmuş pul məsələsinə də
aydınlıq gətirdi: "Mən lombardda adi işçiyəm. Nazim mənə pul verməyib,
aparıb mərc oyununda uduzub. İndi də atır mənim üstümə. Məni hədələyir,
nəticəsi olmayanda özünü öldürəcəyini deyir. 6 ay ərzində özünü 10 dəfə
"öldürüb". Normal adam deyil o. İlqar deyilən şəxs isə metroda işləyən
polis əməkdaşıdır. Mənim qarşımı metroda kəsəndə ona dedim, mənə kömək
etdi”.
Anar Məmmədovскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!