Ömürlük məhkumun qızını oğurlayıb zorladılar

Ömürlük məhkumun qızını oğurlayıb zorladılar
Xəbərlər
10.09.2017 13
Tarix müəlliminin qızını zorlamaqda təqsirli bilinən şəxs həbs edildi 





Ömürlük
azadlıqdan məhrum edilən və hazırda Qobustan Həbsxanasında cəza çəkən
Zaur Həziyev Milli Təhlükəsizlik Nazirliyinə məktub göndərib.
Hüquq-mühafizə orqanlarından "Gündəlik Teleqraf”a verilən məlumata görə,
ömürlük məhkum övladlarının təhlükə qarşısında olduğunu bildirib. 



Məlumata
görə, MTN-dən məktub araşdırılması üçün Daxili İşlər Nazirliyinin
daxili təhqiqat idarəsinə göndərilib. Araşdırmalar zamanı məlum olub ki,
Binəqədi rayonu Biləcəri qəsəbəsində anasının himayəsində yaşayan Zaur
Həziyevin 12 yaşlı qızını 21 yaşında olan Ümid adlı oğlan bu il iyunun
4-də oğurlayıb. Bu azmış kimi oğlan azyaşlı qıza təcavüz edib. 



Fakt
üzrə Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə
yetkinlik yaşına çatmayan şəxsə qarşı zorlama) maddəsi ilə cinayət işi
başlanıb. Cinayət işi araşdırılması üçün Binəqədi Rayon Prokurorluğuna
göndərilib. 



Rayon prokurorluğu və polis
idarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri
nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ümid Süleymanov həbs
olunaraq istintaqa təhvil verilib. 



İstintaqa
ifadə verən Ü.Süleymanov özünü ittiham üzrə təqsirli bilməyərək bəzi
faktlar açıqlayıb. O, qeyd edib ki, 1 il 6 aydır zorlandığı iddia olunan
azyaşlı qızla sevgi münasibətləri olub. 



Onun
sözlərinə görə, qızın anası Həbibə Zeynalovanın Biləcəri qəsəbəsində
icarəyə götürdüyü çörək sexində işləyib. Deyib ki, Həbibənin yanında
işləyib və onun evində yaşamağa başlayıb. Qeyd edib ki, həmin evdə
yaşadığı dövrdə 12 yaşlı qızla sevgi münasibətləri yaranıb. Hətta bu
müddətdə qızla cinsi əlaqədə də olub. 



Ü.Süleymanovun
bildirdiyinə görə, bir neçə ay əvvəl anası ilə birlikdə qıza elçi də
düşüb: "Həbibə qızını mənə verdi və biz nişanlandıq. Bundan sonra həmin
evdə yenidən yaşamaqda davam etdim. Evdə mən tək olmurdum. Həbibəni
saxlayan Zülfüqar adlı kişi də hər gün evə gəlirdi”. 



Bundan
başqa, H. Zeynalovanın evinə Rüfət adında gənc oğlan da gəlməyə
başlayıb. Daxili Qoşunlarda zabit olduğu iddia edilən Rüfət adlı gəncin
H.Zeynalovanın digər qızı ilə münasibətdə olduğu qeyd edilib. Ü.
Süleymanov ifadəsində onu da qeyd edib ki, həm özü, həm də Rüfət
qazandıqları pulları H.Zeynalovaya veriblər. Onun fikrincə, qazandıqları
pulları alan H.Zeynalova qızları ilə münasibət qurmalarına şərait
yaradıb. 



Qeyri-rəsmi məlumatlara görə, H.
Zeynalova əvvəllər "20 Yanvar” metrostansiyasının yaxınlığında çörək
bişirmə sexində işləyib və oradan da Zülfüqar adlı şəxslə münasibət
qurub. Onların münasibətli isinişdikdən sonra Zülfüqar adlı şəxs H.
Zeynalova üçün Biləcəri qəsəbəsində icarəyə çörək bişirmə sexi açıb.
Bundan sonra birlikdə qeyri-rəsmi yaşamağa başlayıblar. 



Qeyd
edək ki, Füzuli rayon Kürdmahmudlu kənd sakini, tarix müəllimi Z.
Həziyev 2006-cı il avqustun 15-də ailə münaqişəsi zəminində Beyləqan
sakinləri - qayınatası Cavanşir Zeynalovu, qayını Fədai Zeynalovu qətlə
yetirməkdə, baldızları Mehriban Mirzəyeva, Nəsibə Zeynalova, qohumları
Gülşən Zeynalova, Aygün Mirzəyeva və Xətai Mirzəyevə isə ağır bədən
xəsarəti yetirməkdə təqsirləndirilir. 



O,
Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi
təhlükəli üsulla adam öldürmə), 29.120.2-ci (qəsdən adam öldürməyə
cəhd), 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə), 133. 1-ci (işgəncə
vermə), 134.1-ci (öldürməklə və ya ağır xəsarət yetirmə ilə hədələmə),
127. 1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 315. 1-ci
(hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələri ilə ittiham
olunub və Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan
məhrum edilib, Həm ibtidai istintaq, həm də məhkəmə araşdırması zamanı
cinayəti törətmədiyini deyib. Onun iddiasına görə, bu cinayəti mərhumun
qonşusu Camaləddin törədib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!