"Qaçırılan" oğlan danışdı

Xəbərlər
10.09.2017 18
"Bu qərarın təşəbbüskarı mən olmuşam və sonuna qədər də öz ailəmi qoruyacağam”



Diaspor Komitəsində çalışan Akif Məmmədovun oğlunun sevdiyi qız tərəfindən qaçırıldığı haqda məlumat vermişdik.



A.Məmmədov Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində məsləhətçi vəzifəsində işləyən oğlu Kənan Məmmədovun yoxa çıxdığını, iki gün öncə münasibətdə olduğu xanım tərəfindən qaçırıldığını deyib.



Qadınlar.biz xəbər verir ki, qız tərəfindən qaçırıldığı iddia edilən K.Məmmədov "Yeni Müsavat”a açıqlama göndərib.



O, yayılmış informasiyalarda məsələnin mahiyyətinin təhrif olunduğunu bildirib:



"Mətbuatda barəmdə yayılan xəbərlərlə əlaqədar açıqlama verərək bildirmək istəyirəm ki, bu informasiyalarda məsələnin əsl mahiyyəti təhrif olunub. Ailələrimiz uzun zamandır bir-birimizi tanımağımıza baxmayaraq ailə qurmağımıza etiraz etdirdi. Buna görə də biz birlikdə qərara gəldik ki, rəsmi nikaha daxil olub, müstəqil şəkildə həyatımızı quraq. Biz bu addımın düzgün olduğuna əminik və qərarımızdan da peşman deyilik. Bu qərarın təşəbbüskarı mən olmuşam və sonuna qədər də öz ailəmi qoruyacağam. Mən yeni bir ailə qurmuşam və təəssüf edirəm ki, bəzi kütləvi informasiya vasitələri ucuz sensassiya dalınca qaçaraq, şəxsi bir məsələni təhrif olunmuş formada ictimailəşdirməyə cəhd göstərirlər. Xatırlatmağı zəruri bilirəm ki Azərbaycanda gündə bəlkə də onlarla belə hadisə baş verir. Bir daha hər kəsi qərarıma hörmətlə yanaşmağa, yeni qurulmuş bir ailəyə psixoloji təzyiq xarakteri daşıyan bu cür ucuz sensassiyalardan uzaq durmağa çağırıram.



Mənim 31, həyat yoldaşımın isə 27 yaşı var və ümid edirəm ki, ictimaiyyət bizim müstəqil qərar vermək hüququmuza hörmətlə yanaşaraq bu addımımızı anlayışla qarşılayacaq. Azərbaycan Respublikasının Konstitusiyası (34-cü maddə) bizə müstəqil olaraq nikaha daxil olmaq hüququ verir. Mən eyni zamanda təəssüf hissi keçirirəm ki, kütləvi informasiya vasitələrində çalışdığım dövlət orqanının adı şəxsi bir məsələ kontekstində hallandırılır.



Bir daha bildirmək istəyirəm ki, bu bizim müstəqil olaraq qəbul etdiyimiz qərardır. Biz atdığımız addıma görə deyil, valideynlərimizin xeyir-duasını ala bilmədiyimizə görə çox təəssüf edirik. Valideynlərimizin bizim üzərimizdə əməyi o qədər böyükdür ki, bizə qarşı bütün haqlı və ya haqsız iradlarını tam anlayışla və hörmətlə qarşılayırıq”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!