Ailə həyatı quran Safura sənətlə vidalaşdı

Ailə həyatı quran Safura sənətlə vidalaşdı
Xəbərlər
10.09.2017 31
Sənayə və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə quran müğənni Safura Əliyeva da sənəti ilə vidalaşıb.



Qadınlar.biz saytı "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə "Evrovision” təmsilçimiz özünün "Facebook" səhifəsində məlumat verib:



"Axşamınız xeyir, mənim əziz fanatlarım, dostlarım. Necəsiniz?  Sizin hamınız üçün çox darıxmışam. Mən artıq işlərimə son qoydum. Lakin mən həmişə sizinlə olacam. Sizin hamınızı sevirəm”.



Qeyd edək ki, Safura Əliyevanın toyu iyulun 5-də Bodrumda baş tutmuşdu. Bu, Fərhad Əliyevin ikinci evliliyi idi.



Onu da xatırladaq ki, Azərbaycana "Eurovision-2009" müsabiqəsində 3-cü yeri qazandıran müğənni Aysel Teymurzadə də Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovla ailə qurduqdan sonra sənətdən uzaqlaşdı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!