Həyat yoldaşını toy gecəsi bakirə çıxmadığı üçün qətlə yetirən usta

Həyat yoldaşını toy gecəsi bakirə çıxmadığı üçün qətlə yetirən usta
Xəbərlər
10.09.2017 40
2002-ci ildə Rafail Mahmudov ailəsinin razılığı ilə uzaq qohumlarından olan Esmira ilə ailə həyatı qurub.



Bir il sonra ailənin birinci, daha bir il sonra ikinci övladı dünyaya gəlib.



Rafail Mahmudov həyat yoldaşı, anası və qardaşının ailəsi ilə Qaradağda bir evdə yaşayıblar.



Mahmudov ailəsini ustalıq etməklə dolandırıb.



Bir gün Rafail ilə həyat yoldaşı Esmira arasında mübahisə düşür.



Uşaqlarının gözü qarşısında düşən mübahisə zamanı Rafail stolun üstündə olan bıçaqla Esmiraya bir neçə zərbə endirib.



Yaralı Esmira yaşadıqları otaqdan çıxaraq qaynanası və qaynı arvadının yanına qaçıb.



Lakin aldığı bıçaq zərbələrindən çoxlu qan itirən Esmira qayınanasının qucağında dünyasını dəyişib.



Arvadının öldüyünü görən Rəafail Mahmudov Qaradağ Rayon Polis İdarəsinə gələrək könüllü təslim olub.



Polis Rafaili rayon prokurorluğuna təhvil verib.



Müstəntiq tərəfindən dindirilən Rafail 7 illik həyat yoldaşını toy gecəsi bakirə çıxmadığı üçün qətlə yetirdiyini bildirib.



Bu sözləri deyəndən sonra Rafail istintaq zamanı ağzını açıb bir kəlmə də söz deməyib.



Qəsdən adam öldürmədə təqsirləndirilən Rafail Mahmudovun cinayət işinin istintaqı yekunlaşandan sonra məhkəməyə göndərilib.



Məhkəmədə hakim Rafailə ifadə verməyi təklif etsə də o, ağzını açıb bir kəlmə də söz danışmayıb.



Rafailin məhkəmədə iştirak edən qohumlarının da ondan hadisənin niyə törətməsini danışmasını xahiş etməsi nəticəsiz olub.



Rafailin
psixi vəziyyətini müəyyən etmək üçün hakim tibbi ekspertiza təyin edib.
Təyin olunan ekspertizannı nəticəsinə görə Rafail ağıl cəhətdən tam
normal adamdır və nə etdiyi anlamaq qabiliyyətindədir. Yəni Rafail
Mahmudovun heç bir psixi qüsuru yoxdur.



Bundan sonra məhkəmə
ondan istintaqa verdiyi 7 illik həyat yoldaşını toy gecəsi bakirə
çıxmadığı üçün öldürməsi ifadəsini təsdiqlədiyini soruşanda Rafail
başını yelləyərək təsdiq etdiyini bildirib.



Esmiranın anası isə
kürəkənini yalan danışmaqda ittiham edib. Qaynana Məryəm Hüseynova əgər
qızım bakirə deyildisə neçə ili niyə heç nə etmirdin deyə kürəkəninə
sual edib. Hamı kimi Məryəm xanımın da sualı cavabsız qalıb.



Məryəm
xanımın qətllə bağlı öz versiyası olub. Qaynananın sözlərinə görə, qızı
maddi vəziyyətdən əziyyət çəkdiyi üçün hadisədən bir müddət əvvəl
onlara 2 sot torpaq sahəsi bağışlayıblar.



Rafail isə qaynasının
onlara pay verdiyi torpaq sahəsini onunla bir evdə yaşayan böyük
qardaşına hədiyyə vermək istəyib. Rafailin bu istəyini həyat yoldaşı
müsbət qarşılamayıb. Məryam xanım bu səbəbdən də qızı ilə kürəkəni
arasında mübahisə baş verdiyini bildirib.



Rafailin ailə üzvləri
qayınanasının onlara pay torpaq sahəsi verməsini təsdiqləsələr də kiçik
qardaşın böyük qardaşa torpaq vermək istəməsindən xəbərsiz olduqlarını
söyləyiblər.



Dindirilən şahid ifadələri və ekspertizanın
nəticələrindən hadisənin tam dəqiq səbəbləri məlum olmasa da məlum olan o
olub ki, Rafail Mahmudov həyat yoldaşı Esmira Mahmudovanı azyaşlı
uşağının gözü qarşısında qətlə yetirib.



Məhkəmənin hökmü ilə Rafail Mahmudov 14 il müddətinə azadlıqdan məhrum edilib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!